“Ümid” sədrinin əleyhinə ifadə vermiş keçmiş müavini “bomba kimi partladı”: “Ofisində hər bir otağa dinləmə qurğusu qoyub, öz müavinlərini dinləməyin hüquq pozuntusu deyilmi?
Ümid Partiyası sədrinin ailə, qadın və uşaq məsələləri üzrə keçmiş müavini Könül Quliyeva bir neçə ay əvvəl hüquq-mühafizə orqanlarından birində partiyanın sədri, millət vəkili İqbal Ağazadənin əleyhinə ifadə verməsi barədə sensasiyalı açıqlama yayıb.
“Azerbaycansaatı.tv” saytında yayımlanan açıqlamada K.Quliyeva baş vermiş hadisənin geniş təfərrüatını yazmaqla yanaşı, İqbal Ağazadəyə qarşı sözün əsl mənasında şok ittihamlar da irəli sürüb.
Xatırladaq ki, Könül Quliyevanın İqbal Ağazadənin əleyhinə ifadə verdiyi haqda məlumatı ilk dəfə AzPolitika.info saytı ötən ilin noyabr ayında verib (Bax: MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır!” adlı məqaləyə).
Həmin vaxt K.Quliyeva əməkdaşımızla söhbətində faktı təsdiqləsə də, hadisənin necə baş verdiyini danışmaqdan imtina etmişdi. İqbal Ağazadə də “tarixə qayıtmaq istəmirəm, gələcək planlarımla bağlı suallarınız varsa cavablandırmağa hazıram” deyə, mövzunu bağlamışdı. Lakin indi Könül Quliyeva İqbal Ağazadənin ona qarşı “böhtanları davam etdirdiyini” əsas gətirərək, ötən ilin may ayında baş verənlərlə bağlı geniş açıqlama yayıb. Açıqlamanın həcmi böyük olduğundan, ən əsası, orda müxtəlif şəxslərin, o cümlədən Ümid Partiyasının üzvü olan bir neçə qadının adı çəkildiyindən, şəxsi həyata dair məsələlələr qoyulduğundan onu olduğu kimi təqdim etməyi məqsədəuyğun hesab etmədik.
“3 QADINDAN ONUN ƏLEYHİNƏ İFADƏ ALINSA DA…”
Qısaca olaraq qeyd edək ki, Könül Quliyeva hansısa məmurun zəng olunaraq təhqir olunması işinin araşdırılması çərçivəsində 23 may 2014-cü il tarixində bacısı ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə aparıldığnı, orda məcbur qalaraq İqbal Ağazadənin əleyhinə ifadə verdiyini yazır: “Məndən tələb olundu ki, sən bizə İqbal Ağazadənin E.Ə. ilə şəxsi yaxınlıqlarını təsdiq edən izahatı imzalamalısan. Mən bundan imtina etdikcə təzyiqlər atrmağa başladı. Əlacsız qalmışdım… Yeganə ilə bacımın evə buraxılması müqabilində çox böyük mənəvi əziyyət çəkərək onların dediklərini imzalamağa razılaşdım…”
Keçmiş müavini bildirir ki, bundan sonra İqbal Ağazadə onu MTN-lə əvvəlcədən əməkdaşlıq edən şəxs kimi təqdim edərək, böhtanlar atmağa, təzyiq göstərməyə başlayıb. Sitat:
“Səhəri gün mayın 24-də partiyaya gələrək hər şeyi İqbal Ağazadəyə danışmaq istəyirdim. Müstəntiqlər məndən tələb etmişdilər ki, onun əleyhinə ifadəyə məcbur edildiyimi və zorla imzaladığımı ona bildirməyim. Çox çətin durumda qalmışdım. Olanların əksəriyyətini ona danışsam da, onunla bağlı hissəni deməyə tərəddüd edirdim. Lakin söhbət əsasında gördüm ki, İ.Ağazadənin bütün ifadələrdən ətraflı xəbəri var. Orda olan hər şeyi tam olaraq bilir və hətta mənim unutduğum məqamları da tez-tez yadıma salırdı. Sanki, istəyirdi ki, onun əleyhinə yazılmış ifadədə E. ilə özü haqqında olan hissəni mən açıqlayım. Amma mən onun otağının dinlənilə biləcəyindən ehtiyat edərək bu barədə susmağa üstünlük verirdim. Həm də gözləntilərimin əksinə olaraq, o məni sakit dinləmək əvəzinə, səsini yüksəldərək çox sərt rəftar edirdi. Onun belə sərt rəftarı ilə qarşılaşdığıma görə iki tərəfli basqı altında hər şeyi danışa bilmirdim. Maraqlıdır ki, partiyadan MTN-ə aparılan hər üç qadından dindirilmə zamanı İqbal Ağazadəyə qarşı ifadə alınsa da, o yalnız mənim üzərimə sərt şəkildə gəlirdi…”
“TƏKİDLƏ SORUŞURDU KI, SƏNCƏ BU OYUN NƏDİR”
IKönül Quliyeva yazır ki, İqbal Ağazadənin əleyhinə ifadə verdiyini onun özünə demədiyi üçün mənəvi əzab çəkib. Və qərara alıb ki, hər şeyi olduğu kimi danışsın: “Əsl gerçəkliyi İqbal bəy bildiyi halda, mən ona demədiyim üçün vicdan əzabı çəkirdim. Ona zəng edib çıxılmaz durumda olduğumu və bəzi məqamları olduğu kimi çatdırmaq istədiyimi dedim. Hətta ciddi təhlükələri belə qarşılamaq üçün özümü buna hazırlamışdım. O, millət vəkili, 12 il üzv olduğum partiyanın sədri və siyasi lideri idi. Onunla çıxdığımız yolda hər zaman qətiyyətli və prinsipial fəliyyətimi ortaya qoymuşdum. Bu yoldan dönüklük mənim mənəviyyatıma yad idi. Həm də o insana böyük hörmətim və inamım var idi. Odur ki, partiya sədrinin etimadını itirməkdənsə, fəaliyyətim olduğu kollektivdə şübhəli biri kimi qalmaqdansa, təkrar əziyyətləri qəbul etməyə hazır idim. Onunla nə zaman və harada görüşəcəyimizi qərarlaşdıq.
Səhəri gün – 25 may bazar günü İqbal bəylə “Divani-Hikmət” adlı çay evində görüşüb bütün olayları tam olaraq ona danışdım. O, mənə bildirdi ki, bu məsələni aydınlaşdırmaq üçün nazir Eldar Mahmudova müraciət edəcək. Bunun üçün hər şeyin ərizə formasında İqbal bəyin adına yazılması lazımdır. Çay evinin xidmətçilərinə qələm-kağız gətizdirdi və mən elə orada hər şeyi olduğu kimi yazdım… Təəssüflər olsun ki, İ. Ağazadəyə hər şeyi olduğu kimi desəm də, o məndən ərizəni aldıqdan sonra da “sənin səmimiyyətinə yenə də inanmıram” deyirdi. Təkidlə soruşurdu ki, səncə bu oyun nədir və nə üçün qurulub? Mən daha çox şübhələndiyim məqamları deyəndə o mənə “sən əməliyyatçıların dediklərini söyləyirsən” deyərək yenə də mənə qarşı haqsızlıq edirdi. Məni üzən ən vacib məqam o idi ki, guya mən qurum tərəfindən xüsusi tapşırıq alıb, icazə verilən yerə qədər danışıram…”
“DEDİM Kİ, SİZ DƏ İSA QƏMBƏRİN ÜZÜNƏ DURMUŞDUNUZ…”
K.Quliyevanın yazdığına görə, belə böhtan və cəfəngiyyatların müəllifi olan İ. Ağazadənin baş verənlərdə özünün maraqlı olduğu qənaətinə gəlib: “O, partiya sədri olaraq məsələnin ictimailəşməsində maraqlı deyildi. Bir siyasi partiyanın rəhbərliyində təmsil olunan üç vəzifəli qadın dindirilməyə aparılıb, ifadələri alınsa da, o nəinki partiya sədri, siyasətçi və deputat, hətta heç bir kişi kimi də bu məsələləri ictimailəşdirməyə cəhd etmədi.”
Keçmiş müavini bundan sonra İ.Ağazadəyə adekvat cavab verməyə başladığını yazır: “İ. Ağazadə onun əleyhinə ifadə verdiyimi bəhanə edərək, üzərimə çox gəldiyi üçün artıq münasibətlərimiz xeyli gərginləşmişdi. Mən də məcbur olub ona 2003-cü ildə İsa Qəmbərin üzünə durduğunu xatırlatdım. “Siz məndən də yaxşı bilirsiniz ki, təzyiq altında istəmədən ifadə vermək necədir. Özünüz də etiraf edirsiniz ki, o addımı atmağınıza daha ciddi səbəblər var idi və bunu etdiyiniz üçün peşman deyilsiniz. Bəs onda niyə məni qınayırsınız? Siz bir kişi kimi özünüzün tab gətirmədiyiniz məsələdə bir qadını ittiham etməklə, şərləməklə, hansı qisası alırsınız?” deyərək onunla uzun-uzadı mübahisə etdim.”
“ÖZ MÜAVİNLƏRİNİN OTAĞINA DİNLƏMƏ QURĞUSU QOYUB…”
“Üstündən 8 aylıq zaman fasiləsi keçsə də, indiyədək nə vicdanı, nə də partiyadaşları qarşısında mənə qarşı etdiyi hərəkətlərə görə peşmançılıq keçirmədiyini, böhtanlarını dayandırmadığını əsas tutaraq geniş ictimaiyyətə olaylar haqqında danışmağa və İ.Ağazadənin əsl siyasi obrazını təqdim etməyə qərar verdim”, deyə K.Quliyeva bildirir və ardınca “Ümid” sədrinə qarşı sərt ittihamlar irəli sürməklə yanaşı, sensasiyalı məlumatlar da verir.
Bəyanatın bu hissəsini olduğu kimi təqdim edirik: “Sənin əsl siyasi portretini və mahiyyətini mənə bu gün də sevimli müavinlərindən biri zamanında çox dəqiq cızmışdı. İqbal Ağazadəyə “müxalifətin Ştirlisi” deyərək, onunla məsafə saxlamağımı tövsiyyə edən, özümü ondan qorumasam, başımın çox bəlalar çəkəcəyini iddia edən təcrübəli müavinin səni daha yaxşı tanıyırmış. Mənə atdığın böhtanların cavabını həm bu dünyada, həm də axirətdə alacaqsan. Sən öz fəaliyyətin və xarakterinlə həm iqtidar, həm də müxalifət üçün yararsız olan siyasi möhtəkirsən. Heç bir tərəfdə olan ağıllı adamlar sənə etibar etmir və etməz. Sən insanlara yuxarıdan aşağıya baxmağınla, onları ələ salmağınla, özünə hədsiz aşiqliyinlə, mənbəyi şübhəli olan pullarınla, bahalı maşınlarınla, villalarınla öyünən tək müxalifətçi kimi parlament tarixinə düşdüyün üçün məğlubedilməz olduğunu düşünürsən. Ətrafına topladığın bütün gənc qadınlara bir gün qənim kəsilməyəcəyindən heç kəsin şübhəsi olmasın! Səni tanıyanlar yaxşı bilir ki, öz mənafeyin üçün elə eybəcərliklərə imza atarsan ki, onu tarix heç zaman unutmaz. Hər dəfə palaz-palaz yazılar yazıb, müsahibələr verirsən ki, mən siyasətdə söyüşlə, təhqirlə danışmıram. Amma sənə xatırlatmaq istəyirəm ki, bir gün ərzində müxalifətin ünvanına söydüklərini, aşağılamalarını, təhqirlərini bir yerə toplasan, o bəyənmədiyin radikal müxalifətçilərin hamısının bir ildə dediyindən çoxdur. Yazılarında müxalifəti əbləh adlandırmaqla cəmiyyətə guya barış, “yeni siyasi xətt” gətirəcəksən? Sənin bu “dəyişək” nağıllarına, yalnız saxta təbəssümlə kabinetinin qapısını kəsdirən o muzdlu dəstəkçilərin inanar! Sən dibçək liderisən! Sənin siyasətin hansısa mənbələrdən aldığın pulların ömrü qədərdir. Ən böyük uğurun, mükafatın və statusun deputatlıqdır. Bundan artığını heç zaman görmək sənə nəsib olmayacaq. Sənin kimi birinin prezident olması, hakimiyyətə gəlməsi heç vaxt mümkün deyil. Əgər belə mümkün olmayan bir hadisə baş versə, bu təkcə Azərbayan üçün yox, həm də insanlıq üçün fəlakət və misilsiz faciə olar. İnsan hüquqlarından, qanunçuluqdan dəm vurursan, amma özün hər addımında bunun əksini edirsən.
Ümid partiyasının ofisində hər bir otağa dinləmə qurğusu qoyub, öz müavinlərini dinləməyin hüquq pozuntusu deyilmi?
Partiyada fəaliyyət göstərən əksər qadınların bir otaqda oturmasından istifadə edib onların özəl danışıqlarını, şəxsi həyatlarını dinləyib, fakt toplamağın qanunçuluqdurmu?
İclaslarda müavinlərinə, partiya üzvlərinə əsib-coşaraq, onları hədələyərək kimin nə danışdığını dinlədiyini dəfələrlə özün etiraf edirdin. Kimə arxalandığını bilməsəm də, öz partiyasında bu qədər “juçok” yerləşdirmək qabiliyyəti olan bir adamın, görün kənarda nə qədər belə açılmayan əməlləri var. Texniki işçi təfəkküründə olan şəxslərə siyasi status verib siyasi vitrin bəzəməklə deyil. O gözü qıpıq etdiyin bəzi sevimli funksionerlərinə istənilən bir jurnalist yaxınlaşıb hansısa bir siyasi soru sorsa, gözlərini döyəcəklər. Yanında müstəqil düşüncəli və özündən ağıllı adam görəndə az qalırsan onu boğasan. Sən bu xarakterinləmi hakimiyyət istəyirsən? Partiyanın hər bir qurumuna, MNTK-ya, Məclisə yalnız özün təyinat aparmaqla, “demokratiya nümunəsi” yaratmısan. Kabinetində təəsübünü çəkib, mətbuatda tənqid etdiyin iqtidarın və daim lağa qoyub məsxərə etdiyin müxalifətçilərin partiyasında yüzlərlə fədakar insan olduğu halda, sənin yanında maaş almayan heç bir nəfər də səni dəstəkləmir. Özündən yaşda da, təcrübədə də böyük olan insanları aldıqları 392 manata görə az qalırsan hər iclasda döyəsən. Mənə şər, böhtan, təhqir yazmayanlara hədə-qorxu gəlirsən. Onları məcbur edirsən ki, məni söysünlər. İ.Ağazadə, sən Azərbaycan tarixində bir ilkə imza atan “qəhrəman” olacaqsan. “125-lər” ordunla, 392 manata görə əmrlərinə müntəzir olanlarla və gizli dostlarınla, tək bir qadına qalib gələn “sərkərdə” olacaqsan.
Mənə minnətdar ol ki, sənə “qəhrəmana” çevrilmək üçün tarixi fürsət verdim. Mənə qarşı etdiyin haqsızlığa, bohtanlara görə peşmançılıq çəkmədiyini və bəzi əxlaqsız adamlarını mənim üstümə qaldırdığın üçün sənin cavabını vermək haqqımdan istifadə etdim. Bu mübarizəmin növbəti mərhələsi hüquq müstəvisində davam etdiriləcək”.
İqbal Ağzadənin mövqeyini dərc etməyə hazırıq.
Vaqif NƏSİBOV azpolitika.info

Комментариев нет:
Отправить комментарий