21.04.2016

Bu millətlə niyə müharibə aparmaq olmaz

Azərbaycanlılar 4 günlük döyüş ərzində icazə verilməz surətdə ərköyün idilər. Hücum edən tərəfin müdafiə olunan tərəfdən 3 dəfə, Qarabağ kimi mürəkkəb yerdə isə hətta 5-10 dəfə çox qurban verəcəyi bütün dünyada əvvəlcədən qəbul edilən hərbi faktdır. Bütün dünyada, Azərbaycandan başqa. Əgər Azərbaycan ordusu mürəkkəb mövqeləri şturm edir, hətta ordan düşməni vurub çıxarırsa- bu azdır. Həmçinin, düşmən ondan azı ikiqat çox itki verməlidir. Niyə? Çünki azərbaycanlılar belə istəyir. Çünki azərbaycanlıların nə individual, nə də ələxsus kollektiv şüuru həqiqəti onun mürəkkəbliyində, çoxmənalılığında, qeyri-müəyyənliyində qəbul etməyə qadir deyil. Azərbaycanlılar milli şüur səviyyəsinə görə nağıllarla yaşayan körpəni xatırladır. Əgər azacıq uğur qazanıblarsa, deməli artıq sabah Yerevanda olacaqlar. Əgər hardasa uduzublarsa, günah özlərində deyil. Bunu böyük şər qüvvələr edib. Soruşa bilərsiniz bu ərköyünlük nə böyük günahdır ki, bunu xüsusi saf-çürük edirsiz. Cavab: ilk baxışdan məişət məsələsini xatırlatsa da, bu strateji əhəmiyyətli məsələdir. Hitlerin məlum kitabında bir məqam var. Birinci dünya müharibəsi xatirələrindən danışır və Almaniyanın məğlubiyyətini analiz edərkən vurğulayır (konkret sitat deyil, yadımda qalan şəkildə danışıram, ona gör başqa yerdə istifadəsi məqbul deyil): Bizim hərbi propoqandamız başdan ayağa səhv qurulmuşdu. Bizi inandırırdılar ki, düşmənlərimiz qorxaqdır, cılızdır, dərhal qaçır. Həqiqi döyüş şəraitlərində isə biz çox mərd, inadkar, ölümünə döyüşən düşmənlə qarşılaşırdıq və bu əsgərlərimizdə sarsıdıcı dissonans yaradırdı. Özləri koqnitiv dissonans yaşamaqla bərabər, rəsmi propoqandaya da inam qalmırdı. Harda kı rəsmi məlumatlandırma vasitələrinə inam qalmır, orda boşluğu dərhal agentura, xarici kəşfiyyat doldurur, prosesslər idarəolunmaz hal alır, kütləvi panikyorluq başlayır. Aloizıç həmçinin qeyd edirdi ki, müdrik propoqanda düşməni qorxaq, məğlub, cılız yox, qəddar, qaniçən, vəhşi təsvir etməlidir. Ermənilər məhz bunu edirdi. Bütün dünyaya hay-haray çəkmişdilər ki, Qarabağda ikinci soyqırım başlayıb. Bəs azərbaycanlılar nə edirdi!? Bəli. Cılız, qorxaq, axmaq, qaçan düşmənə istehza edirdilər. Bu isə həqiqətdən çox uzaqdır. Ermənilər kifayət qədər inadkar, monolit, döyüşkən ruhlu millətdir, bu ruh möhkəm dini köklərdən qidalanır. Belə düşmənlə tvitterdə, Bakının ücrəngə qurşanmış təhlükəsiz küçələrində yox, real döyüş şəraitlərində qarşılanda, ələxsus əgər şüur əvvəlcədən tez və yüngül qələbəyə köklənibsə, arxayın əhval-ruhiyyə tezliklə 180 dərəcə dəyişir. Bayram, qələbə atmosferini asanlıqla kütləvi isterika, panika, cəbhədə isə nizamın pozulmağı, tərksilah əvəz edir. Müharibələr məhz belə uduzulub və indiyə kimi belə uduzulur. Ölkədə çox qeyri-stabil kütləvi psixologiya formalaşıb. Cəmi üç günə məlum əhval-ruhiyyəyə, hələ formalaşmamış, amma xasiyyətləri sezilməyə başlayan ideologiyaya qurşanmış kütlə erməni ilə müharibəyə tezcə qalxdığı kimi, beləcə yüngüllüklə də ilk cüzi uğursuzluqda panikaya qurşana, dövləti çevirə, hakimiyyətə növbəti elçibəyi gətirə bilər.
***
Cəmi bir neçə günlük, heç iri miqyaslı da olmayan, cəbhənin bir neçə istiqamətində lokal xarakter daşıyan döyüşlər kifayət etdi ki, 23 ildir mülayim diktaturanın güc-bəla ilə əhliləşdirdiyi vəhşi, dağıdıcı elçibəyçi xisləti fontanla fışqıraraq üzə çıxıb beyinləri, infoməkanı, hətta küçələri yenidən ələ keçirsin. O boyda Qarabağda bircə təpə də ələ keçirməmiş kütlə Bakıda erməni ilə kifayətlənməyib, "Bakı, Təbriz, Ankara" hqyqıraraq artıq rusları və farsları da düşmən elan etməyə hazır idi. Dərkinə illər xərclədiyimiz və paylaşdığımız həqiqəti yenidən təkrar edirik: siyasi yük mənasında, şəxsi keyfiyyətlərinə, statusuna görə Heydər Əliyev Elçibəydən dəfələrlə üstün ola bilər, amma ideoloji nöqteyi-nəzərdən əliyevçilik elçibəyçiliyin mülayim formasıdır ki var, nəinki onu qətiyyən inkar va ifşa etmir, əksinə, təməl prinsiplərini nisbətən mülayim, amma daha əsaslı, çoxmüddətli sürətdə yaşadır. Azərbaycan tarixində Elçibəyin rolu cinayətcil sürətdə kiçildilir, tədqiq və ifşa edilmir. Halbuki, miqyas faktorunu nəzərə alsaq, elçibəyçiliyin Azərbaycana vurduğu yekun ziyan nasizmin Almaniyaya vurduğu ziyandan az deyil. Elçibəy təkcə türkçülük, millətçi-demokratiya, xalq cəbhəsi deyil. Elçibəy bütöv paradiqmadır, hansı ki öz cənginə azərbaycanlının hər növ siyasi-mənəvi tələbatlarını alır və yekun nəticədə hətta Elçibəyə şəxsən ikrah edən rusdilli belə bu paradiqmanın bixəbər daşıyıcısı ola bilər. Məhz Elçibəyin tarix interpretasiyası obıvatel üçün mübahisə olunmaz həqiqətdir: "Qarabağı ruslar ermənilərə verdi", "Qarabağı farslar ermənilərə verdi" və s. Yəni, ortastatistik azərbaycanlı xalq cəbhəsinə, Elçibəyə nifrət edə bilər, amma elçibəyçiliyin ideoloji parametrlərinin daşıyıcısıdır və ələxsus taleyüklü tarixi situasiyalarda bu elçibəyçi xüsusiyyətlər özünü daha da güclü biruzə verir. Müharibənin 3-cü günündə "Bakı, Təbriz, Ankara" qışqıran kütlə 13-cü günündə "rus, fars, erməni - bunlar türkün düşməni" qışqıracaq, 23-cü günündə Rusiya və İran səfirliklərini şturm edəcək, 33-cü gündə isə ya İlham Əliyev özü Elçibəyə çevrilməlidir, ya da kütlə onu devirib özü hakimiyyətə yeni Elçibəy gətirəcək.
Avropa siyasətində çoxdanın həqiqəti məlumdur: əgər hardasa uğurla, davamlı döyüşən "anarxist", "sosialist" və s. dəstələri peyda olursa, deməli bütün bunların arxasında müəyyən qərargah durur. Çünki arxa cəbhəsiz, nizamlı ordusuz müharibə mümkün deyil, istənilən "anarxist dəstə" ən qısa müddət ərzində məhvə məhkumdur. Eləcə də elçibəyçilin fenomenal uğurunun səbəbi heç də hansısa şeytani dahilikdə yox, elçibəyçilikdə maraqlı, onu daima qidalandıran, növbəti tarixi sıçrayışa hazırlaşdıran konkret qərargahdadır. Konkret qərargah zabitlərinin adlarını biz heç vaxt bilməyəcəyik, amma arxa cəbhəni yaxşı bilirik.
Elçibəyçilik üçün Qarabağ məqsəd deyil- vasitədir. Əsl məqsəd üçün vasitə. Əsl məqsəd isə Azərbaycanın hesabına, hətta nəticədə Azərbaycan məhv olsa da, regionda İran və Rusiyaya ağır zərbə endirməkdir. Azərbaycan burda "peşkadır". Buna görə Qarabağ məsələsini ən əvvəldən elə cür şəkilləndirmək, konstruksiya etmək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsi asanlıqla Azərbaycan-Rusiya, Azərbaycan-İran qarşıdurmasına keçsin. Bu heç Türkiyənin də səviyyəsi deyil, hərçənd arxa cəbhə missiyasını məhz Türkiyə icra edir. Bu məqsəd naminə yüzlərlə, minlərlə məlum və ağlagəlməz kanallardan təhsil sisteminə, yerli jurnalistikaya, aylıq icarəsi Amsterdam fahişəsinin bir gecəlik məvacibinə bərabər olan siyasətçilərə illər ərzində milyardlarla "səhm" yatırılır. Ki, qoyun kütlə "rus, fars, erməni - bunlar türkün düşməni" qışqırmaqla, qoyun siyasətçi Qarabağın azad olunmağı üçün Rusiyanın dağılmağını arzuladığını (guya ABŞ, Fransa ermənipərəst deyil!) bəyan etməklə bir gecənin içində bütün səhmləri artıqlaması ilə doğrultsun.
Burda Qərbdən savayı ermənilərlə türklərin kooperasiyasını sezmək mümkündür. Hələ rəhmətlik Elmar Hüseynov jurnalında milləti ayıltmağa çalışırdı ki, Türkiyə Azərbaycanın hesabına özünün erməni məsələsini həll edib, ermənilərin tarixi torpaqları indiki Türkiyə ərazisində idi və onlar məhz Anadolu ərazisində dövlətçiliyə iddia edirdilər. İndi də, Ərdoğanın Putindən Azərbaycanın hesabına Suriyanın əvəzini çıxmaq niyyəti ilə yanaşı, münaqişəni alovlandırmaqdakı marağı: erməni ekspansiyasından Türkiyəni sığortalayıb, məhz Azərbaycanı onlara qurban verməkdir. Təsadüf deyil ki, ümumdünya erməni diasporalarının "Azərbaycanın əli ilə bizimlə Türkiyə döyüşür" kampaniyasına Türkiyə rəsmiləri özlərinin bir zəhrimara dərman olmayan dəqiqəbaşı "Azərbaycanı dəstəkləyirik" bəyanatları ilə dolayı dəstək verirdi.
Əgər həqiqət görünən olsaydı, insan nitqinə, ümumiyyətlə sözə ehtiyac olmazdı. Allah ona görə insana söz bəxş edib ki, illüzor görünənlə gizlədilmiş həqiqəti ayırd edə bilsin. Min bir inadla bizə yaratmağa çalışdıqları illüzor mənzərədə "qardaş" Türkiyənin və "müttəfiq" qərbin köməyi ilə ermənilərlə müharibəya başlayırıq, tezliklə "rus və fars" havadarları ilə üzləşib, artıq İran və Rusiya ilə münaqişə edirik. Həqiqətdə isə Qərbin hiyləgər və ağ yırtıcı şeytanı durub qıraqda, Türkiyə, heç bir real kömək göstərməyərək, Azərbaycanı Qarabağa, elçibəyçiləri isə Bakıya hücuma təhrik edir, nəticədə İran və Rusiya böyür-yanlarında başını itirmiş elçibəy plasdarmına reaksiya verməli olur. Azərbaycan qanunauyğun surətdə məğlubiyyətə düçar edilir. Xeyir alan tərəf: Qərb, Türkiyə, Ermənistan. Uduzan tərəf: Azərbaycan, Rusiya, İran. Düzdür, möhtərəm admin ağ yırtıcı şeytanı yaxşı tanıyırsa, hökmən bu dəfə Türkiyənin daxilində millətçi müxalifət hərəkətə gətirilərək, artıq Türkiyənin özü məğlub olan "qardaşların" fonunda Rusiya və İranla münaqişəyə təhrik ediləcək, amma bu nə bizim mövzumuzdur, nə problemimiz.
Sovetdənqalma dövlət idarəçilik sistemi xalq cəbhəsindən aldığı zərbədən sonra birtəhər özünə gələ bildi. İndi isə həmin ehtiyat, ələxsus sovetin tərbiyə etdiyi monolit cəmiyyət yoxdur. Ölkə sosial, dini, demoqrafik, etnik, regional- hər cür daxili ziddiyətlə doludur, daha bir elçibəyçilik təcrübəsi- və şərqin ilk respublikası tarixi yoxluğa qərq olacaq. Ən yaxşı halda bu dəfə özümüzə gələndən sonra Qarabağ və ətraf (artıq) 17 rayonu düşmən işğalından azad etməklə məşğul olacağıq. Dövlət mürəkkəb dilemma qarşısında qalıb. Qarabağ uğrunda kampaniya daxili ciddi sürətdə çalxalandırır. Çalxalanma ənənəvi siyasi institutları paralizə edərək, idarə olunmaz kütləni meydana çıxarır, hansı ki dərhal elçibəyçiliyə qurşanır. Çalxalanmanın müddəti uzandıqca, elçibəyçiliyin şiddəti artır, dağıdıcı effektlər özünü biruzə verməyə başlayır. Qarabağda separat quruluşu devirməli olan dalğa Bakıdakı dövləti devirməyə başlayır. Azərbaycan hal-hazırda iri sakitləşdirici fasilələrlə 5-10 gündən artıq döyüşlər aparmaq iqtidarında deyil. Deməli, Qarabağı hələlik almaq mümkünsüzdür və yaxın tarixi gələcəkdə bu belə qalacaq. Nəyisə dəyişmək üçün dövlətimiz və millətimiz üçün troya atına çevrilmiş elçibəyçiliyi ifşa yox, yerli-dibli məhv etmək lazımdır. Nə qədər ki, bu agentura şəbəkəsi məhv edilməyib, Türkiyəni başa sala bilməmişik ki, bizim sizin alətiniz olmaq fikrimiz yoxdur, istənilən milli başlanğıc fiaskoya məhkumdur.
***
İNTERPRETASİYADA BİRİNCİLİK FAKTI HADİSƏLƏRİN SONRAKI GEDİŞAT SƏMTİNİ MÜƏYYƏNLƏŞDİRMƏYƏ QADİRDİR.
Qrant fahişələri meydan sulayır. Gecə-gündüz "ermənipərəst Rusiyaya" lənət yağdırır. Yeri gəlmişkən, bəlkə güləcəksiniz, amma bu sətirləri yazdığım dəqiqələrdə Yerevanda "azərbaycanpərəst Rusiyaya" qarşı Rusiya səfirliyinin qarşısında izdihamlı mitinq gedir. Başa düşənlər üçün bütün hikmət artıq bu faktda gizlidir və onlarçün artıq bura qədər kifayət idi. Amma hələ də başa düşməyənlər var, hətta onlar çoxluqdur. Ona görə dişimizi sıxıb bir az saf-çürük edək. Bütün bu qrant fahişələrinin Qarabağdakı məğlubiyyətə görə min bir üsulla Rusiyanı səbəbkar çıxarmaq cəhdləri uğurlu olmazdı, əgər milli psixologiyada münbit zəminə yatmasaydı.
Azərbaycanlı "Qarabağda erməniyə yox, Rusiyaya uduzmuşuq" deməklə şüurlu, şüursuz, şüaraltı, şüurüstü ÖZÜNÜ SAKİTLƏŞDİRİR. Əgər azərbaycanlını onun bir ovuc erməniyə uduzduğu faktı ilə qarşı-qarşıya qoysan, narahat suallar üzə çıxa bilər. Tezliklə məlum olar ki, bütün günah özümüzdədir. Azərbaycanlı isə hətta Məryəm Ananı özünün ən xırda problemində günahkar çıxarar, amma öz səhvlərini etiraf etməz. Milli xarakterin məhz bu ərköyün xasiyyəti müxtəlif növdə və cilddə siyasi təxribatçılara, agentlərə, qrant fahişələrinə parazit fəaliyyətə imkan yaradır. Həyatda ancaq o şeylərdə qəbahət axtarmaq lazımdır ki, sonradan, tezliklə və yaxud nisbətən gec, birbaşa və yaxud dolayı, amma hökmən, qaçılmaz sürətdə tənəzzülə aparır. Səfeh "Qarabağda erməni ilə yox, rusla döyüşürük" mifi isə azərbaycanlını dolayı tənəzzülə yox, birbaşa və dərhal total darmadağına aparır. Bu göz yumulacaq xırda kapriz deyil. Bu ÖLÜMdür.
İdealda müharibə vaxtı ölkə yarımkomendant rejiminə keçməli idi və "biz ruslarla döyüşürük" deyə çərənləyən bütün bu altayları, erkinləri, fazilləri Bakı şəhərinin komendantı "erməni diversantları" qismində fəvvarələr meydanında ANS-in efirinə canlı yayımla gülləyə düzməli idi.
Hal-hazirda erməni-azəri münaqişəsini Rusiya-Azərbaycan münaqişəsi kimi ən çox qələmə verməyə çalışan heç də milli qrantyeyənlər deyil. Qərbin özü də deyil. Hətta türklər də deyil. ERMƏNİ DİASPORU-dur. Rus dövlətinin prinsipial neytrallığına baxmayaraq, erməni diasporu min bir həyasızlıqla rus ictimai fikrini bu və ya digər formada erməniyönümlü mövqeyə çəkməyə çalışır. Gah Azərbaycan Türkiyənin əlaltısı kimi qələmə verilir, gah NATO-nun, gah İŞİD-in Azərbaycanın tərəfində döyüşmək üçün Qafqaza yollandığı xəbəri yayılır, gah İraq türkmənləri Azərbaycanı dəstəkləyən İŞİD-çilər kimi qələmə verilir və daha nələr nələr. 
Ağıla gələn və ağılasığmaz bütün həmlələrlə. Erməni əsilli politoloqlar, jurnalistlər, ekspertlər RUS efirinə çıxaraq RUSİYALI ictimai xadimlər qismində RUS maraqları nöqtey-nəzərdən Qarabağ məsələsini məhz Azərbaycan-Rusiya qarşıdurması kimi İNTERPRETASİYA edir. Bunun əvəzində sizin azərbaycanlı qoyunlarınız nə edir!? Fuad Abbasov adlı qoyun (və ya şüurlu kriptoerməni təxribatçı?) RUS efirinə çıxıb Azərbaycanı, Rusiya azərbaycanlılarını, Rusiya-Azərbaycan ittifaqını, müştərək rus-azərbaycan maraqlarını müdafiə etmək əvəzinə nə edir? Xeyir, vəziyyətin əxlaqsızlığını heç təsəvvür də edə bilməzsiniz. ƏRDOĞANI müdafi edir! Ərdoğanı, Karl! Təsəvvür edin talış kəndi ilə ləzgi kəndi bir-birini qırıb. Bakı reaksiya verməlidir. Onun reaksiyasından münaqişənin taleyi asılıdır. Bu məqsədlə ANS-də ləzgilərin və talışların iştirakı ilə veriliş təşkil olunur. Ləzgilər bir ağızdan Azərbaycanın maraqlarından, Azərbaycanın atmalı olduğu addımlardan danışır, bundan əlavə, yorulmayaraq talışların Ermənistanın əmri ilə hərəkət etdiklərini vurğulayırlar. Talış isə əlinə mikrofon alaraq bəyan edir ki, əgər azərbaycanlılar vaxtında Sarkisyana qulaq assaydı, bütün bunlar olmazdı. Bununla kifayətlənməyərək, talışların uğursuzluğunda AZƏRBAYCANIN EFİRİNDƏ azərbaycanlıları ittiham atəşinə tutur. Əlinizi ürəyinizə qoyub, təmiz vicdanla cavab verin. Bundan sonra talışlar haqda nə fikirləşərsiniz? Ümumiyyətlə bu cür axmaqlıq və əxlaqsızlığı təsəvvür edirsiniz? Azərbaycanlılar isə nəinki təsəvvür, hətta əməl edir. Fikirləşməyin ki, nəyisə şişirdirik. Fuad Abbasov adlı azərbaycanlının RUSİYAnın BİRİNCİ kanalında rus aparıcının Azərbaycanın Qarabağda Türkiyə ilə əlaqəsini dəqiqləşdirmək, Azərbaycanın Qarabağdakı hərəkətlərinin doğurdan da Rusiyaya qarşı yönəlin-yönəlmədiyini müəyyənləşdirmək üçün verdiyi suala cavabı sözbəsöz bu idi: "PUTİN VAXTINDA ƏRDOĞANIN DANIŞIQLAR TƏLƏBİNƏ CAVAB VERSƏYDİ BUNLAR OLMAZDI... RUSİYA ERMƏNİLƏRİ DƏSTƏKLƏYİR". Əlbəttə ki axmağa bundan artıq danışmağa icazə vermədilər, çünki ERMƏNİ SSENARİSTLƏRin ondan və ümumiyyətlə bütün azərbaycanlılardan istədiyi KONKRET budur. Azərbaycanlıları Rusiyanın və bütün sivil dünyanın gözündə "Kiçik Ərdoğan Türkiyəsi" kimi təsvir etmək azdır, azərbaycanlılar özləri özlərini bu ampluada təqdim etməlidirlər. VƏ AZƏRBAYCANLILAR ERMƏNİLƏRİN SSENARİSİNDƏ ONLARA AYRILAN ROLU NƏİNKİ KÖNÜLLÜ SÜRƏTDƏ, HƏTTA CANLA-BAŞLA İCRA EDİRLƏR. Qarabağ məsələsini "iki Şərqi Avropa respublikasının ərazi münaqişəsi" kontekstində Azərbaycanın xeyrinə həll etmək REALDIR. Amma, inanın, "türkiyə-erməni", "müsəlman-xristian" kontekstində həll etməyə heç kim nəinki imkan verməyəcək, hətta Azərbaycanın darmadağın edilib Fələstinin gününə salınması Qərbin gündəminə gələ bilər.
Putin - Medvedev - Lavrov səviyyəsində Rusiya bütün bunları çox gözəl anlayır, ermənilərin Rusiyanın hesabına öz problemlərini həll etmək cəhdlərini aydın sezir və nümayişkəranə neytrallıqla qarşısını alır. Rus idarəçiləri Azərbaycanın Ermənistandan qat-qat qiymətli olduğunu, Azərbaycanla münaqişədən Rusiyanın da zərər çəkəcəyini bilirlər və buna görə erməni oyunlarından hələlik yaxa çəkə bilirlər. HƏLƏLİK. Çünki ictimai fikir səviyyəsində ermənilər nəinki azərbaycanlıları darmadağın edib, hətta praqmatist rus vətənpərvərlərini də sıxışdırıblar. Hələ bu azmış kimi, azərbaycanlı axmaqlar rusofobluqları, türkiyəçilikləri ilə alova benzin tökür.
Əgər indi Azərbaycana 4 gün döyüşməyə imkan verildisə, bütün faktorları nəzərə alaraq, gələn dəfə başlamağa da imkan verməyə bilərlər. Özgə maraqlarını ayaq altına atmaq olar. Amma azərbaycanlılar Rusiyaya daş atmaqla ilk növbədə öz maraqlarını, müqəddəratlarını, talelərini ayaq altına atır. Öz həyati maraqlarına zidd hərəkət etmək isə dəlilik əlamətidir. Belə millətləri çox yaşatmırlar. Ona görə bu millətlə müharibə aparmaq olmaz. Lələtəpənin alınması ilə başlayan müharibə asanlıqla Baksovetin bombardmanı ilə qurtara bilər.
***
Avropadan tərəqqi, Rusiyadan mədəniyyət, İrandan mənəviyyat öyrənə bilmədiniz, heç olmasa türklərdən millətçilik öyrənin. PKK nə qədər türkləri partlatsa da heç kim Türkiyədə kürdləri təqib etmir, evlərindən, işlərindən qovmur, balkonlardan atmır, başlarını, qulaqlarını kəsmir. Ermənistan Azərbaycanın təbii-coğrafi periferiyasıdır. Xaricdən süni alovlandırma və daxili təxribatçılar olmasaydı, ermənilər də ruslar, ləzgilər, talışlar, kürdlər kimi azərbaycan xalqlarından biri idi. Özləri üçün ayaqqabı düzəldər, televizor təmir edər, biznes qurar, bir-iki erməni nazir də olardı. SOCAR Ermənistanda ən böyük sərmayeçi idi və erməni iqtisadiyyatı bizdən asılı idi. Ermənistan kimdir ki, siz onunla ölümünə müharibə edirsiz!? Ermənilər balaca lobbist millətdir. Onlar üçün qatı millətçilik olmaq, ya olmamaq məsələsidir. Azərbaycan isə kiçik ölkə deyil. 9 milyon külfət - bu artıq Serbiyadır, İsveçrədir, İsveçdir, Portuqaliyadır. Əgər siz doqquz milyonsunuzsa, sizin yaxın qonşularınızın sayı isə 2-5 milyon arasında dəyişirsə, sizə millətçilik yox, xırda qonşuları inteqrasiya edə biləcək geniş platforma lazımdır. Belə halda böyük xalqa xırda lobbist tayfasının xasiyyətlərini nümunə gətirib, onları aşılamaq milləti şikəst etməkdir ki, sözü gedən təxribatçılıq metodu on illərdir sürətlə həyata keçirilir. Normalda isə: Bakı, Gəncə və Sumqayıt erməniləri dövlət qarantiyası altında doğma şəhərlərinə qaytarılmalı, mülki və mənəvi kompensasiya ilə təmin edilməli, Azərbaycanın düşməninin doğma və qardaş erməni xalqı yox (bəli, məhz belə: "doğma və qardaş erməni xalqı"), 15-20 min terrorçu-daşnak olduğu dünyaya bəyan edilməli idi. Ermənilərin Azərbaycan şəhərlərində maneəsiz yaşayışı təbliğ olunmalı, Milli Məclisə 2-3 erməni deputat, nazirlər kabinetinə 1-2 erməni nazir təyin edilməlidir. Sumqayıt hadisələri eynən Xocalı kimi bütöv Azərbaycan xalqının faciəsi qismində qeyd edilməlidir və s. Və ancaq bundan sonra, Azərbaycan ermənilərinin də dəstəyi ilə Qarabağda hansısa hərəkətlərə başlamaq olar. Ancaq belə. Nə qədər ki, sivil dünyanın gözündə Qarabağ müharibəsi daha bir tutsi və xutu tayfalarının növbəti qarşılıqlı qırğını kimi qarşılanır, Azərbaycana irəliləməyə heç kim imkan verməyəcək. Nə qədər ki, Azərbaycan təkcə əraziləri yox, həm də Qarabağ ermənilərini Azərbaycana qaytarmağı məqsəd qoymayıb, 1-2 təpədən sonra Azərbaycan ordusunun qarşısı hökmən alınacaq. Sumqayıt hadisələrinə haqq qazandırmaq, ölü əsgərin başı və qulaqları ilə oynamaq - hər şeydən qabaq bu mənəviyyatsızlıq, mədəniyyətsizlikdir. Bununla düşməni ancaq daha şiddətli müqavimətə sövq edir, sivil dünyanın gözündə ermənilərə haqq qazandırırsınız. Aprelin əvvəlindəki döyüşlər göstərdi ki, azərbaycanlılar nəinki ciddi müharibəyə hazır deyil, heç qələbəyə layiq də deyillər.

https://www.facebook.com/RusiyaDagilacaq/?fref=ts




Комментариев нет:

Отправить комментарий