23.04.2016

Petisiya ələsalması

Fidan Fəradi

Görəsən bu petisiya səsverməsi üçün hər müəssisədə incidirlər insanları? Görəsən hər yerdə məcburi say qoyurlar kompüterdən başı çıxan işçilərin boynuna? Mən axı özümə cavabdehəm. Və özüm də səs vermişəm. Başqasını necə məcbur edə bilərəm? Hər kəs özü öz istəyi ilə səs verməlidir. Digər tərəfdən, hər kəsin öz iş yeri var. Mən onları necə məcbur edim ki mənim iş yerimin adından səs vesin? 
Hər evin wifi-da cəmi bir səs verilə bilər, yalnız smartfon telefonlardan səs verilə bilər. Mən indi qapı qapı düşüb səs verməliyəm? Adama deyərlərki, "get işinlə məşqul ol, sənə nə, biz səs veririk ya səs vermirik". İşdə, məktəbdə məgər hamı smartfon telefon işlədir məgər? 
1+6=7 səs yığmışam, biri öz səsim, digər 6 nəfər də yuxarı sinif şagirdlərim. Bundan başqa əlimdən heç nə gəlmir. Əslində mənim özümü belə məcbur etməyə haqları yoxdu heç kimin. Azad demoktarik ölkəyik axı biz, ölkə prezidentinin dediyi kimi.
Digər tərəfdən də, keçən il Xocalıya səs verək petisiyası da vardı. Nə oldu nəticəsi? Xocalı soyqırımı Amerika parlamentində müzakirəyə çıxarıldı?.. Yox. Çıxarılmadı...
İndi guya Amerikada baxacaqlar Qarabağ məsələsinə? HEÇ VAXT! 
Amerika rusu görəndə dalına təpik vurulmuş küçük kimi zingildəyə-zingildəyə qaçır. Amerikada o cəsarət yoxdu ki bura, rusun ərazisinə burnunu soxsun. Ara yerdə bizi ələ salırlar petisiya məsələsi ilə.

Комментариев нет:

Отправить комментарий