18.04.2016

Bəhruz Xəlil - Doğmaların təkliyi

Qaranlığ otağın düz ortasından,
gözü parıldayan darıxmaq baxır...
Mənim ümidlərim sənin telində,
səninsə əllərin, əlini sıxır.

Bir soyad altında iki yadıq biz
arada beş nəfəs məsafəmiz var...
Gah uşağ ağlayır, gah çaydan daşır,
əcəb ayrılmağa bəhanəmiz var...

Yalan nə deyim ki,sevmirəm səni:
Sənli darıxdığım nədir ki, gülüm,
sənsiz darıxdığım günün yanında...
Getmə uzaqlara, kasıb komamdan,
qoy elə darıxım sənin yanında...

Комментариев нет:

Отправить комментарий