Rəhmli və mərhəmətli Allahın adı ilə. Hibrid söz olan ziyarətgah ərəbcə “ziyarət” və farsca “gah” sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “ziyarət yeri” mənasını verir. And yerimiz olan ziyarətgahlar əsasən imam Həzrəti Əli (ə.s), seyid, şeyx və din alimlərinin adı ilə bağlıdır. İnsanların çətin günündə mənəvi dayağına, ümid yerinə çevrilən ziyarətgahlar Allah dərgahında dualarımızın müstəcab olmasında vasitəçilərimizdir. Müqəddəs saydığımız ziyarətgahlar el arasında ocaq, pir, türbə, came və xanəgah adı ilə tanınır.
Respublikamızın hər bir bölgəsində olduğu kimi, Lənkəran rayonunun ərazisində də çoxlu sayda ziyarətgah vardır. Təkcə doğulub boya-başa çatdığım və yaşadığım Havzava kəndində bir neçə ocaq və müqəddəs, nəzirli hesab olunan bir neçə yer vardır.
70 il yaşadığımız (1920-1991) Sovet dönəmində ölkədə ateizm- Allahsızlıq ideologiyasının hökm sürməsinə baxmayaraq insanların ziyarətgahlara gedib nəzir-niyaz qoyması, qurban kəsməsi və digər dini ayinlərin icrasının qarşısını almaq mümkün olmamışdır. Lakin həmin dövrdə müqəddəslər və ziyarətgahlarla bağlı yazılmış kitab və məqalələrdə ateizm tərbiyəsi özünü açıq-aydın göstərirdi. Respublikamız müstəqillik qazandıqdan sonra isə ölkədə vicdan azadlığı elan edilmiş, insanların inancına hörmətlə yanaşılmış, yeni məscidlər tikilmiş, tarixi-dini abidələr təmir və ya bərpa edilmiş, bu qəbildən olan bir çox abidə ölkə və yerli əhəmiyyətli memarlıq abidəsi statusunu almış, müqəddəslər və ziyarətgahlarımız haqqında kitab və məqalələr yazılmışdır. Məhz, tarix elmləri doktoru, professor Məşədixanım Nemətin “Azərbaycanda pirlər” (Bakı,1992; 100 səhifə) və yazıçı-publisist Əlisahib Əroğulun “Cəbrayıl ziyarətgahları” (Bakı, 2009; 100 səhifə) kitablarından ruhlanaraq Lənkəran rayonunun ziyarətgahları barədə kitab yazmaq qərarına gəldim. Bu məqsədlə demək olar ki, rayonun yaşayış məntəqələrini qarış-qarış gəzərək burada olan ziyarətgahları ziyarət etməklə, eyni zamanda onlar haqqında məlumat əldə etdim. Rayonun ziyarətgahlarından yazarkən həmçinin kitablar, qəzet, jurnal məqalələri və informantların köməyindən istifadə etmişəm. Ziyarətgahlarımız fərqli məkanlarda qəbristanlıq, ev, həyətyanı sahə, meşə və yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərində yerləşir. Lənkəran ziyarətgahları imam Həzrəti Əli (ə.s), seyid,şeyx, din alimlərinin adı, habelə ələm və qaraağacla bağlıdır. Lənkəran rayonu ərazisində olan ziyarətgahlardan üçü Şeyx Zahid (Şıxəkəran kəndi), Seyid Zeynal (Xolmili) türbələri və Sexəlifə (Cil) ocağı yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Kitabda Lənkəran rayonunun 63 ziyarətgahı haqqında məlumat verilir. Şam və məşəl yandırılması, qurban kəsilməsi və digər dini ayinlərin icra edilməsi bütün ziyarətgahlara xas olduğu üçün kitabda ziyarətgahlar haqqında ayrı- ayrılıqda məlumat verərkən bu barədə qeydin verilməməsini məqbul hesab etdik. “Lənkəran ziyarətgahları” kitabının ərsəyə gəlməsində mənə maddi və mənəvi cəhətdən dəstək olmuş hər bir şəxsə öz dərin təşəkkürümü bildirirəm.

Комментариев нет:
Отправить комментарий