Günel Eyvazlı
Bu başlıq Sizi qorxutdumu? Şəxsən məni yox.
Hər dövlətin çatışan və çatışmayan cəhətləri var. Həm siyasətində, həm də sosial həyatında. Mən İran siyasətində nələrin cərəyan etdiyini, xarici mətbuatdan bir, İran mətbuatından isə başqa cür alıram. Kim daha doğru deyir?
Maraqlı sualdır.
Siyasətlə işim yoxdur. Siyasət elə bir çərxdir ki, ondan baş çıxarınca, başın dönür.
Mətləbə keçək.
3 il bundan öncə İran İslam Respublikasında oldum. Bir Azərbaycanlı kimi gözəl şəhərimiz Təbrizdə olmaq mənə qismət olmadı. Əsas gedəcəyim yer, Məşhəd ziyarəti idi. 15 gün ərzində Cənublu qohumlarımızın evinin qonağı idik. Kərəc, Şəhriyar, Tehran şəhərlərində oldum. Məişətlərini, həyat tərzlərini həm Azərbaycanlı, həm də yaradıcı baxışla sezdim.
Üzərindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, özlüyümdə belə bir qənaətə gəlirəm: İran qadınının azad görünməməsinin bir elementi örtükdə olmasıdır, bürünməsidir. Azərbaycan qadını buna məcbur edilməsə də daha kölə şəraitində yaşayır.
Fikirlərim subyektivdir. Mənimlə razılaşmaya da bilərsiniz.
Azərbaycan qanunları sırf kişi hüquqlarının qorunmasına dirənib.
Gəlin mən çözəliyim, siz də baxın.
Mən müşahidə etdim ki, İranda ailə quran qadınlar uşaq sahibi olmağa tələsmirlər . Niyə?
Boşanma baş verdiyi halda uşaq atasınının himayəsində qaldığı üçün, ana, övladını yanında saxlamaqdan məhrum olduğundan belə bir dəhşətli olayı yaşamaq istəmir. Onu tələsdirən yoxdur. Hər ayın əvvəli, hər ayın sonu zəhlətökən suallar verən yoxdur. Xasiyyətlərin adoptasiya prosesi gedir. 3 ildən sonra uşaq haqqında düşünməyə başlayırlar.
Boşanarkən uşağın atasında qalmasını dəhşətli qanun sanırsınızmı? Mən sanmıram. Əlbəttə, ana üçün övladdan əziz kim var ? Heç kim .
Səbəb - Qadının sonrakı ailə həyatında övladının əziyyət çəkməməsi üçün, qadına isə yeni həyatını qurmaq üçün şərait yaradılır.
Azərbaycanda isə, bütün komfortlu şərait kişilər üçün yaradılıb. Uşaq anasında qalsın, qəpik-quruş aliment ver, yenidən evlən. Bir sözlə kef elə.
Qadınında, dırnaqarası xanımın da canı çıxınca işləyib, sənin övladına baxmaq borcudur. Azərbaycan qadının hamına borcu var. Atasına, anasına, ərinə, qaynanasına, qaynatasına, qohumlarına, cəmiyyətə.
Boşanmış Azərbaycan qadını ərə getməyə tələsmir. İndi tək özünün deyil, övladının da məsuliyyəti çiyinlərindədir. Etibarlı kişi ilə ailə qurmalıdır. Ya beləsi tapılacaq, ya da yox.
İran qadını azaddır. Həm ailədə, həm də cəmiyyətdə. Sözün həqiqi mənasında XANIMDIR. Pəh-pəhlə yaşayır, ehtiyacsız, hörmətlə, izzətlə. İşləyir, təhsil alır, sözü keçır. Məgər bunlar azadlığın elementi deyilmi?
Biz Azəri qadınları isə cəmiyyətin şillə-qapazını yeməkdən cana yığılmışıq. Dünyəvi dəyərlər üzərində qurulan dövlətdə rahat yaşaya bilmirik. Gəlin cəfəngiyyata aldanmayaq, gender bərabərliyindən söz belə gedə bilməz. YOXDUR. Bəlkə də biz bərabərlik deyil, anlayış, hörmət istəyirik cəmiyyətimizdən.
Ailəsini dolandırmaq üçün bazarda hamballıq edən qadın, alver məqsədi ilə Türkiyə, İran bazarlarını ələk-fələk edən qadın - Azərbaycan qadınıdır. Çox fədakardır.
Bəs yoldaşı? O nə edir? Məni qınamayın, müzakirəyə qoymayın. Mənim gözümün qarşısındadır Azərbaycan kişisi. Yayda həyətdə şeş-beş oynayanların, çayxanalarda boş-boş veyillənənlərin yoldaşlarıdır həmin qadınlar. Ərə gedən kimi qul kimi işlədilənlərdir Azərbaycan qadınları. Gedin, gedin İrana orada şeytan oylağı olan bazarlarda qadın gözünüzə dəyəcəkmi? İndi də öz mənafeyiniz üçün üryan edirsiniz Azərbaycan qadınını. Kim daha lüt oldu.
Hə, yarışın hörmətli qadınlar Siz belə olanda müftəxor Azərbaycan kişisi Sizi bəyənir. Sizin boynunuza yeni çəkilər yüklənir, xəbəriniz yoxdur. Siz hörmətli bəyzadələrin həm yoldaşı, həm qardaşı, həm atası, həm də aşnası olmalısınız.
Səni internet xəbərlərində, reklam bloklarında, küçədə, nəbilim harda-harda görəndə xəcalət çəkirəm. Gör səni nə hala salıblar. Sənə azad deyib soyundurublar. Əvvəllər milli geyimdə qarşılayardın xarici qonaqları, indi qısa ətəkdə. Mən bürünməyin tərəfində deyiləm, amma, soyunmağı da qəbul edə bilmirəm.
Mən İran şəhərlərində oldum, əyalətlərdən xəbərim yoxdur.
Yazılarım hamıya aid olmasa da, çoxuna aiddir.
İndi isə bunu deyə bilərəm: Mən başı örtüklü, bədəni bürünmüş İran qadınına qibtə edirəm. Təki bu üryan şəraitdə səndə olan qədər azadlığım və rahatlığım olardı.

Комментариев нет:
Отправить комментарий