07.03.2019

"Azərbaycan əsgəri silaha əl atıncayadək Rusiya özü İrəvanın sonuna çıxacaq"

"İsgəndər" 102-ci hərbi bazanın ixtiyarındadır, Ermənistanın onun üzərində istifadə səlahiyyəti yoxdur

Son günlər Azərbaycan mediasında daha çox müzakirə olunan məsələlərdən biri Rusiyanın Ermənistana verdiyi "İsgəndər" raketləridir. Analitik Əli İsgəndərov baymedia.az-a açıqlamasında bu addımın Azərbayacana nə qədər təhlıükə yaratması və Ermənistana hansı dividentlər verməsini şərh edib: “Birincisi, "İsgəndər" əməliyyat-taktiki raketdi. Xırda məhəlli savaşlarda işlənməsi üçün deyil. İkincisi bu silah 102-ci hərbi bazanın ixtiyarındadır, Ermənistanın onun üzərində istifadə səlahiyyəti yoxdur. Üçüncüsü, İrəvan tərəfi bundan istifadə etsə belə uzağı həmin raketlərlə (dünyanı vahiməyə salan İsgəndər M-i Rusiya hələ kimsəyə satmır- bu raketlər təyinatıyla yanaşı fərqli uçuş məsafələrinə sahibdir) Mingəçevir SES-i vura bilər. Buna isə cəsarəti çatmaz və bu addımı ata bilməz”.
Politoloq əlavə edib ki, Azərbaycan İsgəndərlərə sahib olmasa da, hərbi arsenalında birbaşa İrəvanı vurmaq gücündə olan son model raket qurğularına sahibdir ki, bu da Ermənistanı Yer üzündən silməyə kifayət edir: “Yəni belə risklə üzləşəriksə, əlimiz boş deyil. Coğrafi və digər imkanlar onunla haqq-hesab çəkməyə bir neçə dəqiq zərbələr endirməklə bəs edir. Mingəçevir SES-i bütün Cənubi Qafqazın elektrik enerji təlabatının əsas hissəsini ödəyir. Ermənistan Gürcüstanla da eyni vaxtda münaqişəyə gedəcək qədər ağılsız və güclü deyil. Bundan iqtisadi və digər ziyanlar çəkəcək tərəf həmçinin özüdür. Bu zərəri daxilində qısa zamanda nə ilə kompensasiya edə bilər? Hazırda alternativ yoxdur. Bu obyektə toxunmaq irili-xırdalı xarici sərmayədarların işlək müəssisələrini də tam və ya yarımiflic etməklə nəticələnər ki, bədəlini ağır ödəməli olar. Azərbaycan əsgəri silaha əl atıncayadək Rusiya özü elə İrəvanın sonuna çıxar. İrəvanda hərbi paradda adıçəkilən raketlərin nümayişi Ermənistanın deyil, Rusiyanın rəqiblərinə güc nümayişi idi. Regionlara nəzarət şərtlərini, hərbi bazaların ölkə sərhədlərindən kənarda dislokasiyasiyasının əsl formada səciyyəsini bilənlər yaxşı anlayır ki, bu nə deməkdir. Yəni Moskva opponentlərinə bir daha nümayiş etdirir ki, regionda böyük güc adına şərtsiz- bölgüsüz güc sahibi odur. Bu, aprel döyüşlərindən sonra İrəvanın Moskvadan küskünlüyünü fürsət kimi bilib Cənubi Qafqazda daha bir istinad nöqtəsi axtaranlara xəbərdarlıq idi”.

Комментариев нет:

Отправить комментарий