Eynulla Fətullayev: “Şəhərin canına düşüb rüşvət yığırlar”
“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qarşı belə sərt ittihamla jurnalist Eynulla Fətullayev çıxış edib. O “Facebook” statusunda bu barədə söhbət açıb.
Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, AQTA məmurları isə onu satanlardan rüşvət alaraq buna göz yumurlar. “Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər “Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu “qara nöqtənin” əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur… Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”, – Fətulayev davam edir.
Jurnalist öz statusuna AQTA rəhbəri Qoşqar Təhməzlinin fotosunu əlavə edərək fikrini belə bitirir: “Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı…”
Qeyd edək ki, son vaxtlar AQTA-ya qarşı bu səpgili ittihamların sayı artıb. /azpolitika.info/

Комментариев нет:
Отправить комментарий