28.03.2019

Bərdə camaatının Azərbaycan xalqına müraciəti:

«İsgəndər Həmidovları biz çoxdan görmüşük. 1988-ci ildən, bu xalq hərəkatından yaxşı tanıyırıq. O gədələr ki, vardı özünə “bəy” adı qoymuşdular, hamısının iç üzü açıldı. Bəy layiq olan adama deyilməlidir. İndi bəy sözü adiləşib, hətta nifrət mənbəyinə çevrilib. Məhz İsgəndər Həmidov kimilərin timsalında bəy sözü nifrətlə xatırlandı. İndi xalq bəyliyə üzdəniraq bir şey kimi baxır. İsgəndər Həmidovun dədəsi Məcid quldur olub. 1941-45-ci il müharibəsindən qaçıb gəlib, Bərdənin kəndlərində gizlənib, kəndlərdə evləri soyub. Özü də quldur olduğu halda “obexees” işlədi, nazir olanda da bütün Azərbaycanı soydu! Ey Azərbaycan xalqı eşidin, bu adam əsl bandit olub! Bərdədə döyüşən mərd oğul qalmadı, hamısını tutdurdu. Bərdədə o qədər pislik etdi ki, saymaqla qurtaran deyil. Neçə ailəni başsız qoydu, neçə adamı öldürtdürdü. Bunlar bir az da vəzifədə qalsaydılar, vətənsevər oğulların hamısının axırına çıxacaqdılar. Ağıllı, mərd oğullarımızı öldürdülər, yurdlarını boş qoydular. Müharibə başlasa, məhz belə şərəfsizlərə görə insanlar döyüşə getməyəcək. Nazir olduğu vaxtı xalq ondan qəddarlıq, allahsızlıq və quldurluqdan başqa heç nə görmədi. Bu adam indi hansı ağılla, hansı insafla, hansı kişiliklə adam içinə çıxır? O kişi deyil, onun danışmağa dili yoxdur! Bu gün yutub-a çıxır, bütün Azərbaycan xalqını aldatmaqla məşğul olur. Sən nə üzlə adam içinə çıxırsan? Nə abırla, nə ismətlə ağzını açıb danışırsan? Sənin heç Azərbaycanda yaşamağa haqqın yoxdur. İsgəndər Həmidova demək istəyirik ki, sənin artıq vaxtın keçib, get ziyarətə, ibadət elə, günahlarını yu. Sənə bu xalqın içində yer yoxdur, sən şərəfsiz, ən alçaq adamsan. Azərbaycan xalqına isə onu demək istəyirik ki, müharibə başlamazdan əvvəl biz ilk növbədə öz içimizdəki belə düşmənləri məhv etməliyik».

Комментариев нет:

Отправить комментарий