30.03.2019

SABİQ NAZİRİN RİYAKARLIĞI

YAP sədrinin sabiq müavini, keçmiş nazir Əli Nağıyev son 10 gündə verdiyi bir neçə açıqlama ilə gündəmə gəlib. Amma səmimi olmadığına görə hər dəfə bir-birinə zidd fikirlər səsləndirib, belə demək mümkünsə, özü-özünü dolaşdırıb. Məsələn, martın 18-də Əli İnsanovun açıqlamasına kəskin tənqidi münasibət bildirərək deyib: “Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi fikirlərin hamısı səhvdir... Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri adamları yox!”. Üstündən cəmi 8 gün keçəndən sonra isə başqa bir müsahibəsində sabiq səhiyyə nazirini tərifləyərək göylərə qaldırıb, guya onunla həmişə dost olduğunu iddia edib: “Biz Əli İnsanovla çətin günlərin dostu olmuşuq. Bizim şəxsiyyət olaraq hər zaman bir-birimizlə sağlam və xeyirxah münasibətimiz olub”.
15-20 il əvvəlki prosesləri xatırlayan insanlar Əli Nağıyevin nə qədər qeyri-səmimi olduğunu yaxşı anlayırlar. Belə ki o dövrdə Əli Nağıyevlə Əli İnsanov arasında olduqca gərgin münasibətlər var idi. Ambisiyaları qabiliyyətlərindən qat-qat böyük olan bu iki nazir bir-birinə az qala düşmən kəsilmişdi. Biri digərini aşağılamaq, gözdən salmaq üçün əlindəki ifşaedici materialları ya müxalifət mətbuatına ötürür, ya da himayə etdiyi şəxslərdən birinin dili ilə dedizdirirdi. Məsələn, Qarabağ Əlillələri Cəmiyyətinin o vaxtkı sədri, mərhum Etimad Əsədov Əli Nağıyevə yaxın idi. Nazir də məhz onun dili ilə Əli İnsanovu ifşa edən, onun korrupsiya əməlllərinə işıq salan faktları ictimailəşdirirdi. Bu sahədə səhiyyə naziri də həmkarından geri qalmırdı. İndi Ə.Nağıyevin öz keçmiş rəqibini tərifləməsi, onunla guya dost olduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil.
Əli Nağıyev tək Ə.İnsanova deyil, özünə rəqib saydığı digər nazirlərə də ilişir, onları təsir altına salmağa çalışırdı. Məsələn, Milli Məclisdəki çıxışlarından birində o vaxtkı təhsil naziri Misir Mərdanovun ünvanına kəskin ifadələr işlətmiş, onu faktiki olaraq təhqir etmişdi. 
Deyilənə görə, Ə.Nağıyev 2003-cü ildən sonra gününü kabinetində oturub bədii əsər oxumaqla, şeir əzbərləməklə keçirirmiş. İştirak etdiyi məclislərdə uzun-uzadı sağlıq deyib şeir söyləməklə məşğul imiş. Belə qeyri-adekvatlığı Ə.Nağıyevin nazir vəzifəsindən azad edilib Belarusa səfir göndərilməsi, bir neçə il sonra isə həmin vəzifədən də kənarlaşdırılması ilə nəticələndi.
Sabiq nazir son vaxtlar yenə də fəallaşıb, bulanıq suda balıq tutmaq sevdasına düşüb. Ölkə ziyalılarını aşağılayır, dahi Nəsimidən sitatlar gətirərək özünü prinsipiallıqda ona oxşatmağa çalışır. Küçə uşaqlarının səviyyəsinə enərək, xoşuna gəlməyən insanların ünvanına müxtəlif təhqiredici ifadələr işlədir. Vaxtilə əlillik dərəcəsini rüşvət müqabilində verdirən, pensiyaları yenə də rüşvət müqabilində təyin etdirən birisi bu gün korrupsiyaya qarşı mübarizədən ağızdolusu danışır. Qeyri-adekvatlığı o həddə çatıb ki, hətta xüsusi intellekti ilə fərqlənməyən İsgəndər Həmidov da onun haqqında deyib: “Mən Əli Nağıyevi ağıllı adam bilirdim...” 😃

https://www.facebook.com/5cikolon/

Комментариев нет:

Отправить комментарий