Qəmlidir, qasid, bu qəlbim, xoş gümanım qalmadı,
Yarıma çatdır xəbər kim, təndə canım qalmadı.
Yarələr vurmuş bu hicran tişəsi, köksümdəki,
Yarələrdən damla-damla axdı- qanım qalmadı.
Neylədim Yusif kimi əhzanə tuş etdin məni?
Rahət ol, can üstəyəm, ahü fəğanım qalmadı.
Mən şikayət eylərəm səndən Xudayi-Kə'bəyə,
Ondan özgə bir ümidim, bir həyanım qalmadı.
Binəva könlüm dözübdür çox cəfayi-hicrinə,
Bivəfalər zümrəsindən bir əmanım qalmadı.
Gəl daha, bəsdir bu hicran, həsrətindən ey gülüm,
Soldu könlüm bağı sənsiz, gülsitanım qalmadı.
Bandoja, baği-gülüstanın təmənnasın dilə,
Bəlkə gül əyyami gəldi, zimsitanım qalmadı.
Комментариев нет:
Отправить комментарий