Məşhur “Qara kəmər” əməliyyatından 14 il ötdü. 2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına göndərilmədi.
O 10 il qanunsuz olaraq MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu. Hacı Məmmədovun belə bir ölümlə həyatdan gedəcəyi gözləntiləri “Qara kəmər”dən sonra baş verənləri izləyənlərdə vardı.
“Qara kəmər” əməliyyatı (10 mart 2005-ci il) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman “Beynəlxalq Bank”ın o dövrdə idarə heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu…
“Qara kəmər” 14 il əvvəl keçirilsə də, bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən cinayətlər qalmaqdadır. Hacı Məmmədov məhkəməsində yarımçıq ifadələr verməklə bir çox səs-küylü cinayətlərə aidiyyətinin olmasına işarə vurur, amma konkret fikir söyləməkdən yayınırdı. Onun bandasının cinayətlərinin tam araşdırılmaması bu gün də dartışılan mövzulardandır. Belə müşahidələr var ki, banda sifarişli qətlləri icra edəndən əvvəl və ya sonra adam oğurlayıb, ona belə bir hüquq tanıyıblar. İstintaqın qənaətinə görə, Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində sifarişli qətllər icra olunub, adamlar oğurlanıb. Belə fikirlər də var ki, banda 1994-cü ildən əvvəl də cinayətlər törədib, lakin həmin cinayətlər Hacı Məmmədovun kriminal dosyesinə əlavə edilməyib. Ümumilikdə cinayət işində qətllərə, adam oğurluqlarına, quldurluğa, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var.
Hacı Məmmədov məhkəməsində bandasının osminoqun 1 ayağı olmasını deməklə özünün yalnız icraçı olduğunu söyləmişdi. Onun bu fikirləri digər bandaların da fəaliyyətdə olmasıhaqda yayılan məlumatları bir daha təsdiqləmişdi.
Hacı Məmmədovun bandası 1996-cı ildə iş adamının oğlu Elşad Həsənov oğurlayıb və onun azad edilməsinə görə 120 min dollar tələb edib. Növbəti il iş adamının oğlu Ülvan Bağırov oğurlanıb və azad edilməsinə görə 850 min dollar alınıb. Hacı Məmmədovun həmin il oğurladığı digər şəxs dostunun oğlu İlham Qədimzadə olub. 1997-ci ildə azad edilməsinə görə 180 min dollar alınıb. 1998-ci ildə çeçenlər Şirxan Albıyevi, Ruslan Ukuşovu və Boris Eyyubovu qətlə yetirib. Həmin il 2 iş adamının oğlu oğurlanıb. Cavid Manafovun azad edilməsinə görə yaxınlarından 650 min dollar alınıb. Dövlət Sığorta Şirkətinin sədrinin oğlu Əhməd Məmmədovun azadlığa buraxılması üçün yaxınları 850 min dollar ödəyiblər.
1 il sonra- 1999-cu ildə Süd zavodunun direktoru Zeynalabdin Babayevin oğurlanıb. 450 min dollar ödədikdən sonra banda üzvləri onu azad ediblər. Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin oğurlanması və 2000-ci ildə azad edilməsinə görə 850 min dollar alınıb. 2001-ci ildə Hacı Məmmədov həmkarı, DİN Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılovu oğurlayaraq Keşlədəki evinə aparıb, orada işgəncələr verməklə qətlə yetirib. Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun oğurlanması və 2001-ci ildə azad edilməsinə görə yaxınları 950 min dollar verməli olublar.
2002-ci ildə Hacı Məmmədov dostu, tanınmış kriminalist Rövşən Əliyevin qətlinə imza atıb. Rövşən Əliyev onun bandasının izinə düşdüyünə görə həyatla vidalaşmalı olub. 2003-cü ildə iş adamı Hafiz Məmmədovun atası oğurlanıb və oğlundan 2 milyon avro və 200 min dollar alınıb. Növbəti il DİN-in sabiq polkovnik Fətulla Hüseynov evini kandarında qətlə yetirilib.
Hacı Məmmədovun sonuncu oğurladığı Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva idi. Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bilinir. Bununla belə Eldar Mahmudovun istintaqçıları sifarişçinin kimliyini Hacı Məmmədovdan öyrənə bilməyiblər. Rəsmi olaraq belədir, amma bu inandırıcı görünmür.
2005-ci ildə “Qara kəmər” əməliyyatından sonra belə məlumatlar vardı ki, Hacı Məmmədovun Keşlədəki evindən çoxsaylı videomateriallar götürülüb. Hansıları ki, Hacı Məmmədov gizli çəkilişlər vasitəsi ilə əldə edib. Həmin videolar kompromat xarakterli olub. Lakin həmin videokompromatlar məhkəmə zamanı ortalığa çıxarılmadı. Hacı Məmmədovun videokompramatlarının Eldar Mahmudovun zənginiyinə şübhə olmayan kompromat bazasının əsasını təşkil edə biləcəyi də istisna deyil.
Hacı Məmmədov və bandasının işi üzrə proses 2006-cı il iyulun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə(hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi) hakim Əli Seyfəliyevin sədrliyi altında Hacı Məmmədovun cinayətkar dəstəsinin işi üzrə proses başlayıb. 2006-cı il avqustun 28-də keçirilən prosesdə Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə ifadəsində sifarişçinin kimliyi haqda suala “Bu, hansısa böyük qüvvənin sifarişi olub” deyə cavabını vermişdi. Lakin vəkillərin dəqiqləşdirici suallarına konkretlikdən uzaq cavablar verməklə həqiqəti söyləməkdən yayınmışdı.
Hacı Məmmədovun bu ifadəsindən belə bir nəticəyə gəlmək olar ki, onunla sifarişçi arasında konkret şəxs olub. Həmin şəxsin kimliyi məhkəmədə ortalığa çıxarılmayıb. Hacı Məmmədov ittiham aktında kənar çıxmaqdan çəkinib. Məhkəməsi boyu 1 dəfə belə kənarlaşmaya yol verib. Həmin çıxışı zamanı Elmar Hüseynovu vaxtilə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev tərəfindən qətlə yetirdiyini söyləyib. Lakin onun bu ifadəsinə inanan olmayıb, həmin ifadənin təqsdiqlənməsi üçün ortaya hər hansı sübut, dəlil də qoymayıb. İfadənin Eldar Mahmudovun təzyiqi ilə Fərhad Əliyevdən pul qoparmaq üçün verildiyi haqda xəbərlər də yayılıb.
Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodundan danışarkən “Sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi” deyə açıqlamışdı. Bu ifadəni Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə 9 oktyabr 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə vermişdi.
Demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona 2 qətl də tapşırıb. Sitat: “Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi. Mən heç kimə qarşı birbaşa ifadə verməmişəm. Əgər belə bir ifadə verəsi olsaydım, cəza çəkməli olan şəxslər bu zala yerləşməzdi. Mən heç kimə mesaj göndərmirəm. Lakin həmin qətllər və oğurlanmalar mənə məcburiyyətlə sifariş olunub. Həmin sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var. İndi onların adını deyə bilmərəm”.
Hacı Məmmədov 2 ildir ki, həyatda deyil. Onun deyə bilmədiyi, adını dilə gətirmədiyi vasitəçi kim olub? Vasitəçinin ifşası sifarişçinin qandallanması demək olardı. Elə həmin gün keçirilən məhkəmədə Hacı Məmmədov belə bir ifadə də vermişdi. Sitat: “Mənim cinayətləri həyata keçirməyim sifarişli olduğu kimi, MTN-in də istintaqı sifarişli idi. MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb”.
Niyə araşdırılmayıb? Eldar Mahmudov nazir olaraq bu araşdırmalara niyə imkan verməyib? Niyə o nazir postundan çıxarılandan sonra da bu araşdırmalar ortada deyil? Hacı Məmmədov məhkəməsində “mən ”osminoq”un bir ayağı olmuşam” sözlərini elə-belə demişdi? Hacı Məmmədovun fikirləri iş üzrə yeni istintaq araşdırması aparılması zərurətinin bu gün də aktuallığını qoruub saxladığını söyləməyə əsas verir.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə 2007-ci il yanvarın 19-da hökm çıxarıb. Hökmə əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zakir Nəsirov 2017-ci ildə azadlığa buraxılıb. /azpress.az/

Комментариев нет:
Отправить комментарий