Fikirlərimi sadə sözlərlə bildirəcəm. SSRİ vaxtı bizə və gələcək nəsillərə hər cür şərait yaradılırdı. Amma indi müstəqil dövlət olsaq da, bütün xalq kölədir.
Bütün dəyərlərimiz məhv olub gedir. Sovetdən qalma bütün nailiyyətləri itirməkdəyik. İndi bütün gedişatlar xalqımızın, xüsusən də milliyyətcə azərbaycanlıların əleyhinədir. Biz bunu açıq-aydın görürük.
SSRİ-nin qurulması əla olardı, camaatımız normal dolanardı. Rəhmətlik xalq şairimiz Bəxtiyar Vahabzadə ölkəmizi bu vəziyyətdə görüb dedi ki, mən belə azadlıq istəmirdim. Bəli, mən də belə "azadlıq" istəmirəm!
Başa düşməliyik ki, bu hakimiyyətin dövründə nə Qarabağı geri ala biləcəyik, nə də xalqımız xoş gün görməyəcək.
Söydüyünüz Rusun vaxtında, Sovetlər dönəmində qayda-qanun, haqq-ədalət vardı. Amma indi onlardan zərrə qədər də yoxdur. İşsizlik, özbaşınalıq baş alıb gedir, səsini qaldıranı da həbs edirlər.
Şəxsən mən belə hakimiyyətin tabeliyində yaşamaqdansa rusun tabeliyində olmağı üstün tuturam.
Bəzi liberallara ləzzət eləməsə də, inanın ki, cəmiyyətimizin böyük hissəsi mənim kimi düşünür.
Allah sizi də qorusun, ola bilsin bu hakimiyyət sizin üçün yaxşıdır, amma inanın ki, ölkə əhalisinin böyük əksəriyyəti üçün pisdir.
Bəli, mənimdə də ürəyim Qarabağımız üçün darıxır. Amma xahiş edirəm səmimi etiraf edin ki, bu hakimiyyət o torpaqların azad olunması üçün nə edib, edir və ya edə bilər?!
Səmimi etiraf edin ki, Sovetlər dönəmində pis yaşamırdıq. Xalqımızın əksər hissəsi də həmin günlərin nostaljisi ilə yaşayır.
Комментариев нет:
Отправить комментарий