-Təbiətin “bənzərlik” qüvvəsi “bənzər - bənzər yaradar” deməkdir. Bütün təbiət tam qanuna uyğun şəkildə hərəkət edir və hər gün, hər saat təbiətin müəyyən qanunları ilə təmasdadır. Novruz bayramının 1-ci günü yaz, 2-ci günü yay, 3-cü günü payız, 4-cü günü qış fəslinin ümumi vəziyyəti ilə əlaqədardır. Yəni əgər bayramın 1-ci günü havalar soyuq keçsə, deməli yaz fəsli soyuq olacaqdır. Eyni dərəcədə bütün digər fəsillər də belədir. Ana bətninə düşən uşağın xüsusiyyətləri müəyyən günlərlə əlaqədardır. Uşaq ana bətnində ilk tərpənəndə ana kimə baxsa, uşaq o adama oxşar. Yaxud uşağın “ilk tikəsini” kim versə, uşağın xasiyyəti o adamın xasiyyətinə bənzər. “Müəyyən gün” ananın qoluna yazda açılmış gül dəysə, uşağın qolunda da gül şəkli olar və hər yaz uşağın qolundakı gül açmış kimi qızarar. Əgər siz göydə ulduz sürüşəndə üzünüzdəki xırda sızaqları eyni sürətlə dəsmalla silsəniz, ulduz itəndə sızaqlar da yox olar. Qədim folklor araşdırıcısı Ceyms Frezer təbiətin bu qüvvəsini “qomeopatik magiya” adlandırmışdır. Təbiətin məhz bu qüvvəsinin təsiri altında insan beyni düşünmə qabiliyyətinə malik olmuşdur. Damarlardakı qan çayda axan suya bənzəyərək hərəkətə gəlmişdir və s.
Комментариев нет:
Отправить комментарий