20.04.2019

Qədim Misir kitabəsindən mətn: “Əsilzadələr paytaxtının düşmənlərini qırın”

Baxın! Hər yad ölkə deyir: “Bu bizim sudur, bizim sahədir”. Buna qarşı heç nə etmək mümkün deyil, axı hər şey tənəzzülə doğru gedir... Gülüş yaddan çıxmışdır. O heç yerdə eşidilmir. Ölkədə eşidilən yalnız fəryadla qarışıq olan ahu-zardır. Geridə olan adamlar əsilzadələr kimi olmuşlar, misirlilər isə yola atılmış gəlmələrə dönmüşlər. Hamının saçı tökülür. Atası olanlar yetimdən fərqlənmirlər. Böyük və kiçiklər deyir: “Mən ölmək istəyirəm”. Balaca uşaqlar da deyirlər: “O (atamız) mənə həyat verməsəydi yaxşı olardı”. Əsilzadələr ac və ümidsizləşmişlər. Azğınlaşmış adamlar deyir: “Allahın yerini bilsəydim ona qurban kəsərdim”. Həqiqətən! Hüququn yalnız adı qalmışdır. Adamlar Allah adı ilə yalan danışır və günahlar işlədirlər. İnsan öz dayısını öldürür. Adamlar kolluqda gizlənib, gecə yoldan keçənlərin mallarını alırlar. Kimin nəyi varsa tutub alırlar. Özlərini çubuqla döyüb, cinayətkarcasına öldürürlər. Qullar özləri qul sahibinə çevrilmişlər. Ağalar övladları küçəyə atılmışlar. Bilən adam bunu təsdiq edəcək, axmaq isə inkar edəcək, çünki cahillər üçün hər şey gözəl görünəcək.

Mənbə: Б.А. Тураев, «История Древнего Востока»

Комментариев нет:

Отправить комментарий