Gürcüstandan Azərbaycana avtomobil gətirən şəxslərdən biri gömrükdə üzləşdiyi problemlərlə bağlı "Hürriyyət"ə ətraflı məlumat verib. 2012-ci ilin Cənubi Koreya istehsalı olan "Hyundai Elantra" markalı minik avtomobilini Gürcüstanda 4800 ABŞ dollarına (8160 manat) aldığını deyən vətəndaşın sözlərinə görə, həmin nəqliyyat vasitəsini almamışdan öncə Dövlət Gömrük Komitəsinin saytına daxil olub və orada yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması üzrə kalkulyator vasitəsiylə nə qədər rüsum ödəməli olduğunu müəyyənləşdirib: "Maşını gətirməzdən öncə gömrük kalkulyatoruna baxdım və məlum oldu ki, mən mühərrək həcmi 1800 kubsantimetr olan "Hyundai Elantra" markalı minik avtobolinə görə 6580 manat 56 qəpik rüsum ödəməliyəm. Bununla da avtomobil mənə 14740 manat 56 qəpiyə başa gəlməli idi". Təəssüf ki, vətəndaşın gözləntiləri heç də özünü doğrultmayıb. Belə ki, onun iddiasına görə, şəxsi istifadəsi üçün əldə etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları kalkulyatorda göstərildiyi qədər, yəni 6580 manat 56 qəpik deyil, 7500 manata yaxın vəsait tələb ediblər.
Комментариев нет:
Отправить комментарий