24.04.2019

"Türkmənçay" və "Gülüstan" müqavilələri barədə həqiqət

Məktəbdə uşaqlar dava edərkən "hünərin var gedək məktəbin dalındakı meydançada dava edək" deyə davanı orda davam etməyə gedirlər...
Azərbaycan Respublikasınını tarix kitablarında və KİV-lərində "Türkmənçay və Gülüstan" müqavilələri barəsindəkı məlumatlarda da eyni mənzərəyə rast gəlmək olur: Güya Rusiya və İran dava etmək istəyib, deyiblər "gedək Azərbaycanda dava edək". Sonda da guya gediblər Azərbaycanda dava ediblər və guya Azərbaycanı ikiyə bölüblər. Təbriz İrana düşüb, Bakı isə Rusiyaya!
Belə də gop olar?!..
Həqiqət isə odur ki, Rusiya 19-cu əsrin əvvəllərində əyyaş Qacarlar sülaləsinin İranı zəiflətdiyini görüb İrana hücum etdi və Qafqazda İran dövlətinə aid olan 17 iri şəhəri işğal edərək "Türkmənçay və Gülüstan" müqavilələri vasitəsilə İrandan qoparıb öz ərazilərinə qatdı.
Sözü gedən müqavilələrdən söz açan pantürkistlərin digər yalanı isə odur ki, guya Türkmənçay və Gülüstan" müqavilələri zamanı İRAN adlı dövlət yox imiş. Bu yalanları sübut etmək əziz izləyicilərimizə sözü gedən müqavilənin foto kopyasının ilk səhifələrində yazılan İRAN ifadəsini aşağıdakı şəkildə təqdim edirik.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin öz rəsmi səhifəsində yerləşdirdiyi "Gülüstan müqaviləsinin" tərcüməsində bütün yerlərdə ölkənin adı İRAN yazılıb və Azərbaycan adlı dövlətdən söz getmir.
http://mfa.gov.az/content/809?fbclid=IwAR25pPu4rmoHlH4Isnee0-bNxdg3iTHsRPqee6gc0Pvut8BbSFEg6AEw-9A
Bir daha qeyd edirik ki, bu sənəd Azərbaycanın rəsmi dövlət idarəsində dərc olunan rəsmi sənəddir.

Furqan

Комментариев нет:

Отправить комментарий