Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel:
—Biz müqəddəs missiya həyata keçiririk. Azərbaycan xalqına onun əsl düşmənini tanıdırıq və bu düşməni məhv etmək üçün tutarlı zərbələri endirməyi proqramlaşdırırıq. Qlobal informasiya müharibəsində düşmənlə mübarizə yollarını öyrədirik. Pərakəndə təşikatlanmaqla və ənənəvi müxalifətin qoltuğuna sığınmaqla düşdüyümüz məngənədən çıxa bilmərik. Ziyalılar ümumi düşmənimizin gücünü düzgün hesablamalı, idarəetmə və təsir mərkəzlərini müəyyənləşdirməli, məram və məqsədlərini anlamalı, planlarını həyata keçirmək üçün işə saldıqları strategiyanı yaxından bilməlidirlər. Biz beynəlxalq sionizmin və onun yerli sindikatının fəaliyyəti barədə əlimizdə olan məlumatları xalqımızın aktiv üzvləri ilə bölüşür, gözlənilən təhlükələr barədə xəbərdarlıq edirik. Bizim məqsədimiz insanlarda nəinki düzgün teoretik dünyagörüş formalaşdırmaq, həm də onlara yüksək mənəvi-siyasi keyfiyyətlər aşılamaqdır. Azərbaycanı sionizmin caynaqlarından qurtarmağın yeganə yolu Rusiya ilə birləşməkdir. Başqa yol yoxdur. Əks təqdirdə xalqımız məhv olacaq. Bu gün ölkənin əsas televiziyaları, qəzetləri və saytları Fətulla Gülənin hakimiyyət koridorlarındakı imamlarının əlindədir. Aparıcı media Azərbaycan xalqının düşmənlərinin inhisarında cəmləşib. Odur ki, biz öz səsimizi cəmiyyətə hərtərəfli çatdıra bilmirik.
Комментариев нет:
Отправить комментарий