15.05.2019

General Məhərrəm Əliyevin qohumu tutuldu

Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib.
Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb. Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub. Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib. Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində "Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb. /anews.az/

Комментариев нет:

Отправить комментарий