30.05.2019

Yalan və böhtanla dolu təbliğat aparmaq üçün nə savada, nə də peşəkarlığa ehtiyac yoxdur

Qərbin "Azadlıq radiosu"nun, "Amerikanın səsi"nin, "Bi-Bi-Si"sini, nə bilim "Freedom-Azadlıq" "brendli" KİV-lərinin SSRİ və SSRİ-Qərb qarşıdurması ilə bağlı materiallarına göz gəzdirirəm, imkan düşəndə dinləyirəm...
Və dəqiq deyə bilərəm ki, olduqca həyasızcasına, Qebbelsin əcdadlarına rəhmət oxutduracaq qədər yalan-böhtan danışırlar, təbliğat aparırlar...
İndi kimsə deyə bilər ki, onlar işinin professionalıdır... Bəlkə də haqlı olarlar. Amma mənə elə gəlir ki, həyasızcasına yalan təbliğat aparmaq üçün, böhtanla dolu hiyləgərliklə camaatın beynini yumaq üçün nə savada, nə də peşəkarlığa ehtiyac yoxdur. Sadəcə parabeyin fahişə olmağa ehtiyac var. Bəlkə də elə bu özü də peşəkarlıqdır - parabeyin fahişə olmaq...
Elə peşəkar olmaq çox asandır. Əxlaq tələb edilmir. Beyin, dərrakə, zəka tələb edilmir. Manqurt ol, kölə ol, kapitalist elitaların maraqlarını gözüyumulu ifadə et - vəssalam...
Heç təəccüblü deyil ki, onlar ilk növbədə rahatlıqla məlumat bazası zəif olan, dərrakəsi və analiz mexanizmi oturuşmamış gəncləri manqurtlaşdırırlar.
Onların hər cümləsinin nə qədər səhv, yalan, böhtan, söz oynatması olduğunu sübut etmək üçün bəzən bir saat vaxt lazımdır. Bizim sosial şəbəkədəki səhifəmizə də həmin təbliğatı yemiş adamlar çox gəlirlər. Şərh yazırlar, hər cümləsində o qədər səhvlər olur ki, adam mat qalır, bilmir hardan başlasın, nəyi və necə izah etsin... Bir cümlədə bir neçə fikir səsləndirirlər, hərəsinin səhvliyini sübut etməyə isə saatlarca vaxt tələb olunur. Məndə elə bir vaxt yoxdur. Həm də eyni, yaxud bənzər mövzuları dəfələrlə səhifədə yazmışam, izah etmişəm... Səhifədən araşdırıb oxumaq da istəmirlər, ayrıca polemika və diqqət görməyəndə də, yekəxanalıq kimi qavrayırlar.
Zaman göstərdi ki, SSRİ-də Qərb kapitalizmi haqda bütün təbliğ edilənlər həqiqətdir. Bax elə götürək bu karikaturanı. Çox gözəl Sovet karikaturasıdır. Telekanallar, KİV-lər, onların yaydığı verilişlər vasitəsilə insanların beyninin yuyulması çox gözəl təsvir edilib.
Bu gün həmin format Azərbaycanda və digər keçmiş Sovet respublikalarında da tətbiq edilməkdədir.

Ekososialist

Комментариев нет:

Отправить комментарий