04.05.2019

Vakant iş yerlərinə məcburi köçkünlər götürüləcək

Məcburi köçkünlər işlə təmin olunacaqlar

Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən yarmarkada məcburi köçkünlərə özəl və dövlət müəssisələrində olan vakant iş yerləri təqdim ediləcək. Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi layihələr barədə də məlumatlar veriləcək. Ümumilikdə yarmarkada 70-dək müəssisənin iştirak edəcəyi gözlənilir.
Əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.

Комментариев нет:

Отправить комментарий