29.05.2019

İbrahim Sel: Tezliklə Azərbaycanın bütün guşələrində Rus bayrağı dalğalanacaq

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

-Azərbaycan Avropaya inteqrasiya və Avrasiyaya inteqrasiya yollarından hansını seçməlidir?
-Qərb bizə genetik cəhətdən untermenş kimi baxır. Bizi Qərbə yox, Şərqə inteqrasiya etməliyik. Şərq bizə untermenş kimi baxmır. Bizimlə insan kimi rəftar edəni qoyub ona nökər olmağımızı istəyəndən yapışmışıq. Şərqdə ABŞ marionetkalarından ən yaxşı gündə olanı Yaponiya idi. 80 il idi ki ABŞ-a sədaqətli it kimi qulluq edirdi- axırı nə oldu? Keçən əsrin ortalarında üzərində atom sınağı həyata keçirməsi az deyildi, yeni əsrin başlanğıcında ABŞ yenidən Yaponiyanı Fukuşima faciəsi ilə mükafatlandırdı. ABŞ-ın sədaqətli iti olmağın axırı belə olur. Sovet mətbuatı Amerikanı idarə edən qruplaşmanı iudey mafiyası adlandırırdı. Müstəqillik yaranandan sonra həmin iudey mafiyası Azərbaycanı ələ keçirdi. Azərbaycan ABŞ-ın 51-ci ştatına çevrildi. Bizi yəhudi beyin mərkəzinin idarə etdiyi anqlo-amerikan konslagerinə qatdılar, adını da qoydular müstəqillik! Azərbaycan BP-nin xammal və energetika rezervuarına, Azərbaycan büdcəsi isə sionistlərin mənfur planlarının səxavətli sponsoruna çevrildi. Bizim ölkəmizdə yaşayan qeyri-yəhudi insanların taleyi, ac-susuz qalması, nə ilə dolanması Qlobal Hakimiyyəti qətiyyən maraqlandırmır. Bjezinskinin əsərlərini və Rokfellerin çıxışlarını oxusanız görərsiniz ki, onlar bizi heç insan yerinə də qoymurlar. Şükür Allaha ki, Azərbaycan hakimiyyətini beynəlxalq iudey-mason bankirlərinin polis və terror aparatına çevirmək cəhdləri baş tutmadı. Hal-hazırda Azərbaycan Rusiyayönümlü mövqe tutub. Amerika diqtəsi ilə oturub durmağa son vermək və Rusiya ilə birləşmək vaxtı çatıb.

-Rəhbərlik etdiyiniz Avrasiya Hərəkatı Azərbaycan təşkilatının fəaliyyəti nədən ibarətdir?
-Biz müqəddəs missiya həyata keçiririk. Azərbaycan xalqına onun əsl düşmənini tanıdırıq və bu düşməni məhv etmək üçün tutarlı zərbələri endirməyi proqramlaşdırırıq. Qlobal informasiya müharibəsində düşmənlə mübarizə yollarını öyrədirik. Pərakəndə təşikatlanmaqla və ənənəvi müxalifətin qoltuğuna sığınmaqla düşdüyümüz məngənədən çıxa bilmərik. Ziyalılar ümumi düşmənimizin gücünü düzgün hesablamalı, idarəetmə və təsir mərkəzlərini müəyyənləşdirməli, məram və məqsədlərini anlamalı, planlarını həyata keçirmək üçün işə saldıqları strategiyanı yaxından bilməlidirlər. Biz beynəlxalq sionizmin və onun yerli sindikatının fəaliyyəti barədə əlimizdə olan məlumatları xalqımızın aktiv üzvləri ilə bölüşür, gözlənilən təhlükələr barədə xəbərdarlıq edirik. Bizim məqsədimiz insanlarda nəinki düzgün teoretik dünyagörüş formalaşdırmaq, həm də onlara yüksək mənəvi-siyasi keyfiyyətlər aşılamaqdır. Azərbaycanı sionizmin caynaqlarından qurtarmağın yeganə yolu Rusiya ilə birləşməkdir. Başqa yol yoxdur. Əks təqdirdə xalqımız məhv olacaq. Bu gün ölkənin əsas televiziyaları, qəzetləri və saytları Fətulla Gülənin hakimiyyət koridorlarındakı imamlarının əlindədir. Aparıcı media Azərbaycan xalqının düşmənlərinin inhisarında cəmləşib. Odur ki, biz öz səsimizi cəmiyyətə hərtərəfli çatdıra bilmirik.

-Niyə rusları Allahın seçilmiş xalqı adlandırırsınız?
-Dünya ağaları 7-8 milyard əhalinin sayını 1 milyard etmək istəyirlər. ABŞ-da hətta abidə qoyulub və lövhə vurulub ki, Yer kürəsində 500 milyon insan yaşamalıdır. Bax, əgər ruslar olmasaydı, həmin plan çoxdan yerinə yetirilmişdi. SSRİ olmasaydı, indi dünya əhalisi 1 milyarda endirilmişdi. Ruslar güclü olmasaydı, indi iudey ağalar çoxdan qoy xalqları genosidə uğratmışdılar. Stalinin SSRİ-ni möhkəmləndirməsi bəşəriyyətin kasıb hissəsini qırılmaqdan qurtardı. Rusların hesabına dünyada sülh bərqərar oldu. Məhz SSRİ-nin qorxusundan ABŞ, İngiltərə və İsrail kimi hegemonlar üçüncü dünya ölkələrinə toxuna bilmirdilər. 1967-ci ildə SSRİ, ruslar olmasaydı, Yaxın Şərqdə müsəlman-ərəb dövləti qalmayacaqdı, İsrail hərb yolu və satqın liderlərin əli ilə hamısını alacaqdı. Putin Suriyaya müdaxilə etməsəydi, Türkiyədə Darbenin qabağını almasaydı, indi Yer üzündə şiə qalmazdı. Şiələri məhv olmaqdan Putin xilas etdi. Tarixə nəzər salsaz görərsiz ki, taleyüklü məsələrimizin hamısı ruslarla bağlı olub. Məhz rusların osmanlıları darmadağın etməsi Qızılbaş İmperiyasını xilas etdi. Rus ordusunun həmin zəfərləri olmasaydı, indi Yer üzündə şiə yoxdu. İŞİD-i Türkiyədə şiələri məhv etmək üçün hazırlamışdılar. Rusiya olmasaydı indi döyüşlər İranda çoxdan qurtarmışdı, Lənkəran və Bakı küçələrində gedirdi. Tarix boyu ruslar bizə intibah gətirmişdir. Ruslar olmasaydı, dünya xalqları çoxdan ibtidai icma quruluşuna qayıtmışdı. Odur ki gecə-gündüz dua etməliyik ki, ruslar güclü olsunlar. Rusiyanın zəifləməsi- qoy xalqların məhvi deməkdir.

-Yeni yaranacaq dövlətdə rus xalqına titullu xalq imtiyazı verilməsi məsələsinə münasibətiniz necədir?
-Biz yeni yaranacaq dövlətimizdə rus xalqını titullu xalq elan edəcəyik. Yəni əsas işlərin hamısında ruslar işləməlidir, ikinci dərəcəli işlərdə isə başqa millətlər. Məsələn, ölkəmizdə nazirlər, rəislər ruslar olmalıdırlar, müavinlər isə azərbaycanlılar. Onda türk də irəli gedəcək, talış da, ləzgi də- ayrıseçkilik olmayacaq. Rus titullu xalq olmayan yerdə yenə də həmişəki kimi bütün postlar kürd və yəhudi məmurlar tərəfindən tutulacaq, indiki kimi quru yurdda qalacaqsınız. Stalinin dediyi kimi, “Dövlətdə stabilliyə yalnız Rus xalqının sayəsində nail olmaq mümkündür”.

-“Turan mifi” tədqiqatınızda Azərbaycanın sakral keçmişini slayvanlara bağlamısınız...
-Qədim mənbələrin hamısında şahi-mərdanlarımızın göygöz, sarısaç olduğu göstərilir, amma nədənsə müasir şəkillərimizdə qaraqaş-qaragöz kimi təsvir olunurlar. Bizim multiplikasiyalara fikir verin. Siz onlara cizgi filmi deyirsiniz? Bizim multiplikasiyaların əsas qəhrəmanları göygöz, sarısaç personajlar olmalıdır. Amma indilərdə bizim televiziyalarda göstərilən qəhrəmanlar qarasaç, qaragöz personajlardır. Bu yeni dövrün Bibliya proyektinə tam uyğun gəlir. Yeni dövrün əsas qəhrəmanı daha ariya-slavyan insanı yox, iudey insanı planlaşdırılır. İudanın müqəddəsliyi və əlahiddəliyi beyinlərə yeridilir. Bizim insanların şüurunu hələ körpə ikən pozurlar. Demək istəyirlər ki, siz putinlərə yox, netanyaxuylara tapınmalısınız. İnsanların Allahın yolundan ayırıb satanizmə yuvarlandırırlar.

-Sizcə Azərbaycanda xalqlar arasında nifaq salmaq istəyənlər hansı məqsədi güdürlər?
-Biz elə bir həssas regionda yaşayırıq ki, gərək millətçilərin ağzını tikək. Gözümüzün qabağına sionistlər iki qardaş xalqı- rusları və ukraynalıları bir-birinə qırdırdılar. Onlar bunu yaxşı bacarırlar: xalqları bir-birlərinə qırdırmağı! Məzhəb fitnəsi sionizmin islamı parçalayan silahı olduğu kimi, millətçilik də qoy xalqları bir-birinə qırdırmaq üçün sionizmin ortaya atdığı vasitədir. Biz o silahın güllələrinə çevrilməməliyik. Biz Azərbaycan türkləri talışları hücumdan talış ziyalılarının özündən də çox qorumalıyıq. Talış ziyalıları da Azərbaycan türklərini hücumlardan bizdən çox böyük canfəşanlıqla qorumalıdırlar. Ləzgi məsələsi ilə də bağlı həmçinin. Qardaşlığın təməli belə qoyulur. Azərbaycan türkü talışın 1 nömrəli dostudur. Tarixən osmanlılar bizim ümumi düşmənlərimiz olub. Bizim Avrasiya Hərəkatının lideri Aleksandr Duqin belə deyir: “Manna və Midiyadan baş alıb gələn qədim Azərbaycan dövlətçiliyinin varisləri talışlardır”. Azərbaycan türkü başa düşməlidir ki, talış yüksəlməsə onun özünü də məhv edəcəklər. Talış yüksəlməli, öz layiqli yerini tutmalıdır. İudey məmurların istibdadına qarşı birgə mübarizə aparmalıyıq. Eramızdan əvvəl 2-ci əsrdə yazılmış “Manu qanunları”nda deyilir ki, “brahman olmasa kşatriya yaşaya bilməz, kşatriya olmasa brahman irəli gedə bilməz, brahman və kşatriya birgə olarlarsa həm bu dünyada, həm də o dünyada çiçəklənərlər”. Bizi xalq edən talışın ari beyni və türkün işləkliyidir. Mən deyəndə türklər ilk növbədə talışlardan mədəniyyət öyrənməlidirlər, bəzi yoldaşlar inciyirlər. Talış xalqı olmasaydı, bizim region böyük bir cəngəllik olardı. Yulius Evolanın konsepsiyasında irq fiziki və mənəvi mahiyyəti özündə birləşdirən böyük bir gücdür. Bizim xalqın mənəvi mahiyyəti talışla, fiziki mahiyyəti isə türklə bağlıdır. Bunlar bir birini tamamlamasa biz güc ola bilmərik və məhv olarıq. Rəhmətlik talış şairi Əli Nasirin qızıl sözləri hər birimizçün örnək olmalıdır: “Mən talış olduğum qədər türkəm, türk olduğum qədər də talışam”. Şəxsən mən gözəl Azərbaycan xalqımızı rus və talış olmadan təsəvvür edə bilmirəm. Mənim tədqiqatlarımda rus günəş irqi, talış ay irqi, rus qadını Afrodita, talış qadını Amazonkadır. Talış qadını- müqəddəs qadındır. O böyük və ulu bir genetik mirasın mənbəyidir. Bizim xalqın genetikası talış qadınına bağlıdır. Talış etnosundan kənarda Azərbaycan xalqı yoxdur və ola da bilməz. Allah bizə gözəlliyi və əzəməti ona görə qismət edib ki, birgə olaq. Bir olmasaq gözəllik də olmayacaq, əmin-amanlıq da. Nə qədər ki bu komponentləri özümüzdə birləşdirməmişik, biz qəhrəman xalqa çevrilməyəcəyik, daim iudeylərin əlinin altında qul olacayıq. Məhz rus, talış və türk bir yerdə olanda biz Avrasiyanın titan qövmünə çevriləcəyik.

-Müxalifət liderlərinə qarşı aqressiv çıxışlarınızla yadda qalmısınız...
-Mən demişəm ki, müxalifət liderləri hakimiyyətin klounlarıdır. Artıq küçə və meydan inqilablarını müasir təfəkkürlülər qəbul etmirlər. Belə inqilablar ölkələrə və xalqlara xaos və fəsaddan başqa heç nə gətirmir. Xalq meydanda “Azadlıq!” yox, “Rusiya” hayqırmalıdır. Rus qoşunu Azərbaycana girməyincə zülm qurtarmayacaq. Şikayətlərinizi Rusiya dövlət orqanlarına göndərin, ölkəyə Rus qoşunu çağırın. A kişi, vallah-billah düz sözümdür, gəlin yığışıb Putinə müraciət edin, Azərbaycana qoşun çəksin, canınız qurtarsın. Nə sizdən müstəqil dövlət olan deyil, nə də 100 prezident dəyişəz neftin pulu sizə çatan deyil. Başınıza vaxtkən çarə qılın. Milli hökumət Azərbaycanın heç bir tutarlı problemini həll edə bilməz. Milli hökumət Azərbaycana problem yaratmaqdan başqa heç bir iş görə bilməz. Nə qədər ki Azərbaycan Rusiyanın tərkibinə qatılmayıb, xalqımız daim bir qarnı ac bir qarnı tox yaşayacaq. Nə qədər ki Rus ordusu gəlməyib, sionizmin psevdointelligent kürd məmurları xalqın qanını içəcəklər. Bizə dəstək verin. Tezliklə Azərbaycanı vilayət halında Rusiya Federasiyasının tərkibinə birləşdirəcəyik. Müqəddəs Rusiya İmperiyası uğrunda vuruşmağa hər an hazır ol! Az qaldı, tezliklə Azərbaycanın bütün guşələrində Müqəddəs Rus Bayrağı dalğalanacaq. Xalqımız ümidlə yaşayır. O ümidlə ki, 11-ci Qızıl Ordu gələcək və yenə də bizi bu zülmlərdən qurtaracaq.

Hazırladı: Alı Vüsal

Комментариев нет:

Отправить комментарий