Britaniya ordusudur. Bakı küçələrində, 1919-cu il.
Britaniya ordusunun Abşeronda rahat gəzdiyinə dair şəkillər paylaşmışdım. İndi dedim birini təkrar paylaşım. Həm cənab İlham Əliyev bu günlərdə bu ili Azərbaycan Cümhuriyyəti ili elan etdiyinə görə, həm də 20 Yanvarda Sovet ordusunun Bakı küçələrinə çıxmasında qeyri-adi heç nə olmadığını izah etmək üçün.
Birincisi, cənab Rəsulzadəgilin kağız üzərində olan "müstəqil" "dövlətinin" adı Azərbaycan Cümhuriyyəti olub. Nə ADR olub, nə də AXC... Bugünkü kimi Azərbaycan Respublikası olub. Azərbaycanın dövlət ideologiyası musavatçılıq olduğundan camaatın beyninə "ADR", "AXC" yedirib dəli, şizofren ediblər. Özləri daşnakları deyirlər, amma tarixi saxtalaşdırmaqda daşnaklardan heç də geri qalmırlar. Geri qalmış kimi görsənirlər, amma bacardıqları budur... Tarixi bacarıqları, fantaziyaları çatdığı qədər saxtalaşdırırlar.
İkincisi cənab Rəsulzadəgilin "azad və müstəqil dövləti" kağız üzərində var olduğu həmin "müstəqil" 23 ayda daim Bakıda xarici dövlətlərin qoşunları olub. Həmin xarici ordular gələrkən, Bakıda, Abşeronda dolaşarkən heç vaxt heç kimdən müsavat hökuməti daxil icazə istəməyiblər...
Musavatçı qaraguruh Bakıya, Abşerona soxulmuş xarici ordulara görə "işğal" filan demir, amma Sovet ordu hissələrinin SSRİ-nin rəsmi ərazisi olan Bakı küçələrinə çıxmasına necə "işğal" deyə bilir? Çünki şüvənlikdə sərhəd tanımırlar!
Üçüncüsü Bakı və Abşeron Britaniya qoşunları tərəfindən işğal olunub, heç kim, heç bir azərbaycanlı bundan narahat deyil, onlara daş atan da yoxdur. Sovet əsgərlərinə 20 Yanvar öncəsi və gecəsi öz ölkəsinin ərazisi olan Bakıda təxribatçı amerikan qladioçuları güllə atırdılar... Deməli, müsavat hökuməti heç bir müqavimət təşkil etməyib, etmək istəməyib, çünki ağaları qonaq gəlmişdilər. Eyni vaxtda, yəni 1919-cu ildə daşnaklar azərbaycanlıları Zəngəzurda kəsirdilər, oraları azərbaycanlılardan təmizləyirdilər, Naxçıvanı və Dağlıq Qarabağı demək olar ki işğal etmişdilər. Lakin yenə də Bakıda heç kim mitinq filan etmirdi... Amma Sovet Bakısında Topxana meşəsində iki ağac kəsiləndə on minlərlə, yüz minlərlə adam çıxarıldı nümayişə...
Deməli təşkil edən vardı. Bizim xalq belə ağac sevəndisə, SSRİ dağıdılandan, yəni "müstəqillik" illərində Bakıda hər gün ortalama 20 ağac kəsilir, səsini çıxardan yoxdur.
Dördüncüsü Sovet ordusunun Bakıda etdikləri, kimin əmri ilə, niyə etdikləri - bu tamamilə ayrı, geniş mövzudur, o haqda da dəfələrlə yazmışam, o yazıları da çalışacam tapıb bu günlərdə paylaşım.
Ekososialist
Комментариев нет:
Отправить комментарий