22.05.2019

"Bura şəxsi klinika deyil, dövlət xəstəxanasıdır və hər şeyı özünüz alıb gətirməlisiniz!"

Ölkə biabırçı vəziyyətdədi...
Nəvəm gecə 41 qızdırma altında sudoroqa keçirdi. Çox dəhşətli vəziyyət idi. Güc-bəla ilə özünə qaytarmışıq. Skorı çağırdıq, gəlmədi. Taksi çağırıb Xırdalan Təcili yardımına aparıblar. Orada işıq olmadığı üçün Respublikanski uşaq xəstəxanasına çatdırıblar. Orada da heç bir dərman, xidmət olmadığı üçün demək olar ki, yardım göstərməyiblər. Anası (qızım) aləmi bir-birinə qatıb. Şöbə müdirini şillələyib. Baş həkimə ağzına gələni deyib. Bir sözlə dişinin dibindən çıxanı deyib və uşağı götürüb sahə həkimin yanına aparıb.
Sözümün canı odur ki, Dünən Yasamal polisi buna bildiriş göndərib ki, sizdən şikayət var, gəlin izahat verin-filan. Bu da əri ilə gedib polisə, onu da quru yuyub yaş sərib. Çatan kimi sorğu-sualsız polisə deyib ki, əgər sənin 11 yaşlı oğlun ölüm ayağında olduğu halda respublikanın ən böyük dövlət uşaq xəstəxanasında heç bir dərmanımız yoxdur deyərək yardım göstərməsələr siz necə səbr edərsiniz?! Əgər barmağı sarımaq üçün (uşağın ağzını aralayanda barmaqları diş parça-parça eləmişdi, qanı axa-axa getmişdi) bir damcı yod yoxdur, tənzif yoxdur desələr, siz necə səbr edərsiniz?! Tualetdə həm qusan, həm də ayağa gedən uşağı təmizləmək üçün bir ədəd belə salfetka yoxdur desələr siz necə səbr edərsiniz?! Əgər baş həkim gəlib desə ki, bura şəxsi klinika deyil, dövlət xəstəxanasıdır və hər şeyı özünüz alıb gətirməlisiniz, onda siz deməzdinizmi prezident hər il 1,5 milyard manat dövlət xəstəxanalarına pul ayırır, onu hara eləmisiniz, ay qancıq, bir paçka salfetkanız da yoxdur? Yaxud siz onun qolundan tutub ayaqyoluna aparıb, uşağın vəziyyətini göstərmək istəyərkən o əlinizi mənə vurmayın deyərək ironiya ilə sizə baxsa, siz, virus sən özünsən və sənin nəslindi həyasız deməzdinizmi və arxası ilə üzünə tüpürməzdinizmi?
Elə bu məqamda polis qızımın sözünü kəsib və kifayətdir deyib. Özüm hər şeyi yoluna qoyaram deyərək ədəbi-ərkanla qızımı yola salıb.
Həmin polisə təşəkkür edirəm. Oktay Şirəliyevə isə lənətə gələsən deyirəm...

Binnət Qəribli

Комментариев нет:

Отправить комментарий