“2-3 il bundan öncə karqo 350 dollar idi. Sonradan ödənişi 650 dollara qədər artırdılar. Üstəgəl, vergi, yer haqqı və digər xərcləri aybaay ödəyirik. Dünən Çindən 4 kub malım gəlib, amma karqo ikisini verib, ikisini saxlayıb. Eyni maşınla, eyni konteynerlə qeydiyyatdan keçən və eyni yolu gələn malın ikisini 600 dollara, ikisini də 700 dollara verirlər. Bu cür işləmək olmur. Biz o malı satıb ödənişlərimizi etməliyik. Mövsüm bitəndən sonra karqoda qalan malı sahibkara verməyin heç bir əhəmiyyəti olmur. Həm pulumuzu alırlar, həm də özümüzü incidirlər. Xahiş edirik sahibkarlara qarşı yönələn bu qanunsuzluğa son qoyulsun”.
Комментариев нет:
Отправить комментарий