22.05.2019

Corc Buşa "Eşşək və Şeytan" deyən mərhum lider Uqo Çaves

Tərlan Poladov

Aaron Russonun ''11 Sentyabr'' etirafında Rokfellerin dediyi söz əslində 2013-cü ildə vəfat edən Uqo Çavesin kimlər tərəfindən öldürüldüyünün isbatıdır: "Yaxın bir zamanda böyük səs gətirəcək bir hadisə baş verəcək. Bundan sonra Yaxın Şərqə girəcəyik. Daha sonrakı hədəfimiz isə Uqo Çaves olacaq".
Kimdir Uqo Çaves?
Corc Buşa ''Şeytan'' deyən qorxmaz lideri tanıyırıqmı?
Elə isə tanıyaq. Cənubi Amerika dövləti Venesuelanın köhnə prezidenti Uqo Çaves 28 iyul 1954-cü ildə anadan olmuş və 5 mart 2013-cü ildə Karakasda vəfat etmişdir. Gənclik illərində daim Venesuela ölkə sistemini tənqid edən və qarşı gələn Çaves 1992-ci ildə prezident Karlos Andres Perez hökümətinə qarşı inqilab başlamış, lakin bu cəhdi uğursuz alınmışdır. Bundan sonra 2 il həbs yatan Çaves 1999-cu ildə arzusu olan Venesuela prezidenti seçilmişdir. Ardından yeni bir Konstitusiya tanıtmış və 2000-ci ildə yenidən ölkə prezidenti seçilmişdir.
Xalqı tərəfindən çox sevilən Çaves daim insanların yanında olur, qayğılarına qalırdı. Venesuela dövlətində artıq xalqı düşünən və sevən bir lider sayılırdı. Çaves tədricən ölkənin iqtisadi gücünü qaldırmağa nail olmuş, çoxlu iş yerləri açdırmış, onun sayəsində Venesuelanın daxili və xarici investisiyası yüksəlməyə başlamışdır.
Uqo Çavesin gəlişindən sonra Venesuelanın neft gəliri 60 milyard dollara qalxmışdır. Yoxsullar üçün 250 min yeni ev tikilmişdir. Vergilər azadılmış, təqaüdçü maaşı 50 faiz qalxmışdır. Çavezin necə bir lider olduğunun daha çox statistika göstərir.
Daim kapitalizmə qarşı çıxan Uqo Çaves, kapitalizmin insanlar arasında böyük fərq yaratdığını və kapitalizmin Amerikanın oyununun bir parçası olduğunu söyləyirdi. Daha çox sosializm tərəfdarı olan Çaves Venesuelanın ancaq sosializm sayəsində güclü və abad olacağını qeyd edirdi.
Amerikanın düşmən olaraq gördüyü Kuba, Rusiya, Şimali Koreya, İran, Suriya kimi ölkələrlə daim yaxın əlaqələr quran Çavez Amerika əleyhinə olduğunu söyləməkdən heç bir zaman çəkinməmişdir.
"Alo Presidente" proqramında Corc Buş haqqında "Sən cahil bir Eşşəksən, Cənab Təhlükə!" deyən Çaves 2006-cı ildə BMT çıxışı zamanı "Şeytan dünən burada idi" sözləri ilə Corc Buşu ''Şeytan'' adlandırmışdır. Çaves Amerikaya nifrət etdiyini açıqca dünya qarşısında göstərən bir şəxsdir.
Sosialist düşüncəli bir lider olan bu Venesuela prezidenti BMT-də çıxışı zamanı bütün dünya qarşısında ''Süper Güc'' Amerikanın prezidentinə ''Şeytan'' deyir. Həqiqətən təqdirə layiq bir hərəkətdir. Amerikanın ayaqlarını öpərək diz çökən bəzi ərəb kralları baxıb bundan utanmalıdır...
Uqo Çavesin ən unudulmaz cavablarından biri 2007-ci ildə Çilidə keçirilən zirvə toplantısında, "Ağzını yum" deyən İspaniya kralı Xuan Karlosa dediyi bu sözdür:
"Biz 500 ildir buradayıq və heç bir zaman susmamışıq. Bir kralın deməsindən sonra da əsla susmarıq. Hansı ki o kral da mənim kimi dövlət başçıdır. Lakin məni xalqım seçib, mən kral deyiləm- aramızdakı fərq də budur!"
Tarix heç bir zaman Uqo Çaves kimi liderləri unutmayacaq. Unutmamalıdır. Amerika qarşısında daim dik duran, qorxmaz bir formada "Super Güc" liderini təhqir edən Uqo Çaves heç vaxt unudula bilməz.
Həmçinin İslam dini haqqında xoş düşüncələrini açıqlayan Çaves, İslam ölkələri ilə əlaqəsini hər zaman yaxşı tutmuşdur.
Sonda xərçəng xəstəliyinə tutulan Uqo Çaves 5 mart 2013-cü ildə gözlərini həyata əbədi yumdu. Əlbəttə ''Süper Güc'' olan Amerikanın prezientini dünya qarşısında təhqir edən, azğın Amerikan kapitalizminə qarşı duran, ''Qlobal Nizam"ı qəbul etməyərək ona qarşı çıxan bir liderin sadəcə xəstəlik ucbatından öldüyünə inanmaq sadəlövlük olardı...

Комментариев нет:

Отправить комментарий