30.05.2019

Müsavat dövründə Bakı və Abşeron Britaniya qoşunları tərəfindən işğal olunmuşdu, amma buna görə heç bir azərbaycanlı bundan narahat deyildi, onlara daş atan da yox idi. Sovet əsgərlərinə 20 Yanvar öncəsi və gecəsi öz ölkəsinin ərazisi olan Bakıda təxribatçı amerikan qladioçuları güllə atmışdılar... Deməli müsavat hökuməti heç bir müqavimət təşkil etməmişdi, çünki ağaları qonaq gəlmişdilər. Eyni vaxtda, yəni 1919-cu ildə daşnaklar azərbaycanlıları Zəngəzurda kəsirdilər, oranı azərbaycanlılardan təmizləyirdilər, Naxçıvanı və Dağlıq Qarabağı demək olar ki işğal etmişdilər. Lakin yenə də Bakıda heç kim mitinq filan etmirdi... Amma Sovet Bakısında Topxana meşəsində iki ağac kəsiləndə on minlərlə, yüz minlərlə adam çıxarıldı nümayişə... Deməli təşkil edən vardı. Bizim xalq belə ağac sevəndisə, SSRİ dağıdılandan, yəni "müstəqillik" illərində Bakıda hər gün ortalama 20 ağac kəsilir, səsini çıxardan da yoxdur. (Ekososialist)

Комментариев нет:

Отправить комментарий