Bakının məhşur qoçularından biri olan Kərbəlayi Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya gəlib. Atası Hacı Zərbəli Mirzəli oğlu İçərişəhərin Mirzəli nəslindəndir. Hacı Zərbəlinin şəhər kənarında - Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayi Abdulla idi.
Kərbəlayi Abdulla Bakıda və onun ətraf kəndlərində öz qorxmazlığı, mərdliyi ilə məşhur idi. Onu qoçuların qoçusu (baş qoçu) adlandırırdılar. Bakının ən tanınmış qoçuları Kərbəlayi Abdullanı görəndə əllərini sinəsi üstə qoyub ehtiramla baş əyirdilər. O əvvəlcə mollaxanada, sonra isə mədrəsədə oxuyaraq dini təhsil alıb. 1895-ci ildə Kərbəla ziyarətinə gedib Kərbəlayi titulunu qazanıb. Onun şəhər içində mülkü, Sabunçi-Balaxanı sahəsində bir o qədər neft mədəni və atasındn miras qalmış ağ neft istehsal edən zavodu var idi. Kərbəlayi Abdulla 1907-ci ildən sonra da neft yataqları ilə zəngin olan bir neçə torpaq sahəsi almış və öz şərikləri ilə neft istehsalına başlamışdır. O Bakının "Aşağı məhəllə" adlanan Karqanov (indiki Rəsul Rza, keçmiş Marinski) və Mirzağa Əliyev (keçmiş Çadrovıy) küçələrinin kəsişdiyi yerdə ikimərtəbəli evdə yaşayırdı.
Kərbəlayi Abdulla sərrast güllə atmaqda da mahir idi. Həmişə yanında iki mauzer gəzdirərdi. Müxtəlif vaxtlarda, müxtəlif libaslarda gəzərdi. Bəzən tam milli, müsəlman, bəzən qoçu, bəzən də avropalı sayaq geyinərdi.
Bilgəhli Ələsgər, Balaca Hüseynqulu, Nardaranlı Paşa və başqaları onun ən yaxın müşayiətçiləri idilər. Kərbəlayi Abdullanı tanıyanların dediklərinə görə, o çox kin-küdurətli bir şəxs olub. Kiminlə ədavəri və düşmənçiliyi var imişsə, mütləq onun axırına çıxıb məhv edərmiş.
Kərbəlayi Abdullanın qardaşı oğlu, 82 yaşlı Mirzə Əlibala oğlu Zərbəliyev deyir ki, bir dəfə "Fantaziya" hamamından çıxarkən Kərbəlayi Abdulla və Bilgəhli Ələsgər köhnə düşmənləri olan 17 nəfər tərəfindən mühasirəyə alınırlar. Atışma zamanı Kərbəlayi qarnından, Ələsgər isə kürəyindən yaralanır. Deyilənə görə, Kərbəlayi bir əli ilə bayıra tökülmüş bağırsaqlarını tutaraq, o biri əli ilə atışırmış. Çoxlu qan itirdiyindən huşunu itirib yerə yıxılır. Düşmənləri onları ölmüş blilb aradan çıxırlar.
O dövrün ən məşhur cərrahı sayılan Larionov onları öz xəstəxanasında əməliyyat edib yenidən həyata qaytarır. Kərbəlayi Abdulla hər cərrahiyə əməliyyatı üçün beş min manat pul verir. Larionov onları nahaq yerə sağaltdığını deyir və əlavə edir ki, onları sağaltmasaydı o zaman bunun müqabilində ona Kərbəlayinin düşmənləri 20 min manat verəcəkmişlər. Sonralar Kərbəlayi hamısını - on yeddisini də o dünyaya göndərir.
Kərbəlayinin Şüvəlanda "Bənd üstü" adlanan yerdə Mailov (Mailyan) adlı dövlətli bir erməni qoçusundan bağ alması hadisəsi də maraqlıdır. Mailov qardaşları Azərbaycanın və İranın balıq-kürü sənayesinə rəhbərlik edirdilər. Rusiyanı və Avropanı qiymətli balıqlar və qara kürü ilə təmin edən Mailov qardaşlarının şöhrəti Azərbaycandan çox-çox uzaqlarda belə məşhur idi. M.F.Axundov adına Opera və Balet Teatrı binasının əsası da Mailovlar tərəfindən qoyulub.
1918-ci ildə erməni-müsəlman hadisələri ilə əlaqədar Mailovların yaxın bir qohumu Lazar Mailov Şüvəlandakı bağını satmalı olur. Kərbəlayi Abdulla erməni ilə sövdələşib bağı alır və ora köçür. Ara bir qədər sakitləşəndən sonra Mailovlar həmin bağ yiyəsini başdan çıxarırlar ki, guya o buranı ucuz satıb, yəni Kərbəlayi onu aldadıb. O dövrdə Bakının ən məşhur qoçularından hesab edilən Levonu da həmin erməniyə qoşub, Kərbəlayinin üstünə göndərirlər. Erməni Kərbəlayidən əlavə pul istədikdə o "Kişi tüpürdüyünü yalamaz", - deyir. Kərbəlayi Abdulla söhbətin uzandığını gördükdə soyuqqanlıqla mauzerini çıxarıb Lazar Mailovun kəlləsini nişan alaraq, ermənini qətlə yetirir. Kərbəlayi göstəriş verir ki, ermənini bağ qapısının girəcəyində basdırsınlar ki, qoy qəbri gəlib-gedənlərin ayağı altında qalıb tapdalansın. Qoçu Levona isə deyir: "Sənə bu dəfə dəymirəm, ancaq gedib Mailovlara de ki, kişilikləri çatırsa vurduğum erməninin qanını alsınlar".
Kərbəlayi Abdullanın iki arvadı olsa da, birincisindən uşaqları olmayıb. ikinci arvadından isə onun iki oğlu və bir qızı olub: Hacıağa, Balağa və Umxanım. Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçisi olan Ruqiyyə Hacıağa qızı Zərbəliyeva Kərbəlayi Abdullanın nəvəsidir. O sonralar tanınmış uşaq həkimi olmuşdur. Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və elmi işçi olmuşdur. Uzun müddət respublika Dəri-Zöhrəvi dispanserinin baş həkimi olmuş Ağaəli Əliyev Kərbəlayi Abdullanın qız nəvəsidir. Kiyev universitetinin məzunu, Bakının məşhur terapevti olmuş Muxtar Məşədi İsmayıl oğlu Əliyev isə Kərbəlayi Abdullanın doğma bacısı oğlu idi. Kərbəlayi kasıb bir kişinin qızını - Səkinəni qızlığa götürmüşdü.
Kərbəlayi Abdullanın ətrafında 40 nəfərə yaxın qoçu cəmlənərmiş: Bilgəhli Ələsgər, Balaca Hüseynqulu, Nardaranlı Paşa, Mərdəkanlı Keçəl Qüdrət, Altıbarmaq Baba və başqaları. Maraqlıdır ki, sonralar Azərbaycan Fövqaladə Komissiyasının və Azərbaycan SSR inqilab tribunasının sədri olmuş "altıbarmaq" Baba Əliyoldaş oğlu Əliyev Kərbəlayi Abdullanın ən fəal qoçularından olub.
Kərbəlayi Abdulla yaşayan məhəllədə oğurluq və əxlaqsızlıq olmazdı. O hətta məhəllələrində oğurluq edib aradan çıxmış bir nəfəri Tiflis şəhərində tapdıraraq, Bakıya gətizdirmiş və tənbeh etmişdir.
Kərbəlayi Abdulla Məşədi Əzizbəyovun və onun ömür-gün yoldaşı Püstəxanımın yaxın qohumlarından idi. Püstəxanımın qardaşı Daşdəmir isə Kərbəlayinin ən etibarlı qoçularından sayılırdı. 1905-ci ilin yayında Bakıda fəhlə çıxışları xüsusilə vüsət almışdı. Tətillər, nümayişlər günbəgün genişlənirdi. Belə bir vaxtda burjuaziyanın ayrı-ayrı dəstələri də birləşməyə başladılar. 1905-ci ilin iyununda onların təşəbbüsü ilə "Barışıq Komitəsi" yaradıldı. Bakı Şəhər Duması tərəfindən komitəyə 28 üzv seçildi. Həmin üzvlər əsasən burjua nümayəndələrindən ibarət idi. Onların sırasında Kərbəlayi İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Kərbəlayi Abdulla Zərbəliyev, İsabəy Hacınski, Mirzə Əsədullayev, İsmayıl bəy Səfərəliyev, A.Səlimxaniv, ziyalılardan Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev də var idi. Qeyd etmək lazımdır ki, Əhməd bəy Ağayevin yaratdığı "Difai" milli hərəkatını ilk maliyyələşdirənlərdən Kərbəlayi Abdulla olmuşdur.
Komitəni yaratmaqda əsas məqsəd proletariat ilə burjiaziyanı barışdırmaq və onları vahid bir məqsəd uğrunda mübarizəyə istiqamətləndirmək idi. Bu sahədə "Qeydiyyat Komitəsi"nin bir sıra yerli xeyriyyə təşkilatlarının, ən nəhayət, Bakı şəhər dumasının üzvü Kərbəlayi Abdullanın da xidməti az olmayıb...
Kərbəlayi Abdulla 1933-cü ildə Şüvəlandakı bağını, torpaq sahələrini və digər mülkünü bolşeviklərə könüllü təhvil verməkdən imtina etdiyi üçün həbsə alınaraq Bayıl təcridxanasına göndərilir. O 84 yaşında vəfat etmiş, Şüvəlanda - Mirmöhsün Ağanın məzarı yaxınlığında dəfn olunmuşdur.
Kərbəlayi Abdullanın yadigarı keçmiş 1 may, indiki Dilarə Əliyeva küçəsi 155 ünvanında 1881-ci ildə öz adıyla tanınan Kərbəlayi Abdulla məscididir.

Комментариев нет:
Отправить комментарий