"Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib: "Kifayət qədər istifadə olunmayan rezervlər var və bu rezervləri biz aşkar etməliyik, elə etməliyik ki, Azərbaycanın hər bir sahəsi şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hal-hazırda bu mübarizə tam bizi qane bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyatı qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə bunu, aidiyyati orqanları bunu aşkar etməli və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidir. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq. Hal-hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə əsas, hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən, əyləş, ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına qoyduğum islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları aparılmalıdır. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayarıq, köhnə, necə deyərlər, təfəkkürlə, köhnə biliklərlə biz necə gələcəyə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə inersiya yolu ilə gedirik? Düzdür islahatlar aparılır, bax, bu dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, rezervlərimiz çoxdur və onu da bilirik ki, əgər hər hansı quruma dövlət, ya özəl, təmiz, bilikli və vətənə bağlı kadr gətirilirsə orada biz dərhal dəyişiklikləri görürük".

Комментариев нет:
Отправить комментарий