Nə oruc tutandır, nə qılar namaz,
Gəl amma möminə edər etiraz.
Çəkib qulaqına qoyasan qapaz,
Adam ol deyəsən, adam ol adam!
Məşədi, kəbleyi və yaxud hacı
Deyəndə birinə baxacaq acı.
Dərdinin olarsa bu söz əlacı,
Adam ol deyəsən, adam ol adam!
Görəndə hicablı bir xanım əgər
O ulaq dodağın sağ-sola əyər.
Tutasan şallağı vura-vura hər
Adam ol deyəsən, adam ol adam!
Deyir ki, içkili masamda otur,
Deyirsən bu yerlər günahda tutur.
Olmusan radikal deyərkən qotur,
Adam ol deyəsən, adam ol adam!
Комментариев нет:
Отправить комментарий