Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar həyata keçirdiyi kadr islahatları cəmiyyətdə böyük maraqla izlənilməkdədir. Bu islahatlar çərçivəsində iki məmurun - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifədən uzaqlaşdırılması isə daha çox marağa səbəb oldu. Çünki istər “boz kardinal” ləqəbli R.Mehdiyevin, istər də medianın “xaç atası” hesab edilən Ə.Həsənovun istefaya göndəriləcəyi çoxları üçün gözlənilən deyildi. Amma, görünür, hər iki məmurdan şikayətlər artdığından, ölkə başçısı cəmiyyətin rəyini nəzərə alaraq, belə bir addım atdı.
Qeyd edək ki, Ramiz Mehdiyev və Əli Həsənov işdən çıxarıldıqdan sonra ölkənin ictimai-siyasi, ideoloji və media sahəsində qismən boşluq yaranıb. Hansı ki, “Hürriyyət”in ötən saylarının birində dərc olunan “Fətullahçılar Azərbaycan mediasını ələ keçirməyə çalışır” sərlövhəli yazımızda bu haqda məlumat vermişdik. Oxucularımızın diqqətinə çatdırmışdıq ki, bu “boşluq”dan istifadə edən müəyyən qüvvələr "dördüncü hakimiyyət" hesab olunan mətbuat üzərində nəzarəti ələ almağa çalışırlar.
“Söhbət vaxtilə Azərbaycan hakimiyyətində ciddi təsir imkanı əldə etmiş, 15 iyul 2016-ci ildə qardaş Türkiyədə baş verən dövlət çevrilişinə cəhd olayından sonra ölkəmizdə də fəaliyyətləri məhdudlaşdırılan FETÖ-çulardan gedir”, - deyə vurğulamışdıq.
Onu da bildirmişdik ki, Azərbaycan mediasını ələ keçirməyə çalışan şəxslərin başında adları mətbuatda tez-tez FETÖ lideri Fətullah Gülənə yaxınlıqları ilə hallandırılan Elnur Aslanov və Ceyhun Osmanlı “cütlüyü” dayanır. Mötəbər mənəbələrə istinadən qeyd etmişdik ki, Fətullahçı şəbəkə mətbuat üzərində hökmranlığı ələ aldıqdan sonra Azərbaycanda gənclər siyasətinə nəzarət etməyi də hədəfləyiblər. Məlumata əsasən, Elnur Aslanov və Ceyhun Osmanlı Pensilvaniyadan gələn təlimata uyğun olaraq, bu işi hazırda ABŞ-da yaşayan dostları Elnur Baimovun vasitəsilə həyata keçirməyə çalışır. Hansı ki, E.Baimov 2016-cı ilədək Azərbaycanda Fətlullahçı şəbəkənin media siyasətini həyata keçirən şəxslərdən biri olub. E.Aslanov vəzifəsindən azad edildikdən sonra Baimov da təbliğat aparatlarından uzaqlaşdırılıb.
Marqlıdır ki, bu informasiya saytımızda işıq üzü görəndən az sonra Ceyhun Osmanlı mətbuatda Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis etdiyini açıqlayıb. Keçmiş deputat bildirib ki, hazırlıq işlərinin aparılması ilə bağlı artıq təşkilat komitəsi yaradılıb: “Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”.
Xatırladaq ki, Ceyhun Osmanlı son aylaradək “Odlar Yurdu” Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində çalışırdı. Mətbuatda dərc olunan informasiyalara əsasən, “Odlar Yurdu”nun rektoru Əhməd Vəliyev C.Osmanlını “nurçu” şəbəkə ilə bağlantısı səbəbindən universitetdən xaric edib. Çünki FETÖ liderinə bağlı olduğu iddia edilən Osmanlı rəhbərlikdə təmsil olunduğu üçün, universitetin diplomlarının qardaş Türkiyədə tanınması ilə bağlı problemlər yaranıb.
Nəzərə alsaq ki, Türkiyədə prezident Ərdoğanın rəhbərliyi altında FƏTÖ qruplaşmasına qarşı mübarizə hələ də davam edir, Fətullahçı C.Osmanlının “Odlar Yurdu” Universitetində rəhbər vəzifədə olmasının narahatçılıq yaratması başadüşüləndir. Heç şübhəsiz, Fətullahçıların yenidən Azərbaycan hakimiyyətində söz sahibinə çevrilmək cəhdi də qardaş ölkədə xoş qarşılanmayacaq. Hansı ki, FETÖ-nün gənclər qolu ölkəmizdən yenidən fəallaşmaqdadır. Onlar Azərbaycan Yaşıllar Hərəkatı yaratmaqla media sahəsi və gənclər siyasəti üzərində nəzarəti ələ almağa cəhd edirlər.
Hurriyyet.org-un əldə etdiyi məlumata əsasən, Aslanov-Osmanlı “cütlüyünün” arxasında dayanan güc öz çirkin niyyətini həyata keçirmək üçün ABŞ-da yaşayan Elnur Baimovla yanaşı, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin keçmiş baş direktoru, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi “qlobalçı” Elnur Abdullayevi də bu işə cəlb edib. Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun baldızı oğlu olan Elnur Abdullayevin də zaman-zaman mətbuatda FETÖ örgütünə bağlı olduğu iddia edilib. Onun hələ illər öncədən Elnur Aslanov və Elnur Baimovla yaxın dostluq münasibətləri olduğu vurğulanır. Təsadüfi deyil ki, vaxtilə bəzi saytlarda “Fətullah Gülənin 3 Elnuru...” sərlövhəli yazılar da dərc olunub. Məlumata görə, Elnur Abdullayev sabiq nazirin qohumu, oğlu Anar Məmmədovun dostu olsa da, hər zaman Pensilvaniyadan idarə olunub və onun vəzifədə çalışdığı dönəmdə ən böyük dəstəkçisi də Fətullahçı şəbəkə olub. Hətta cumhuriyyet.az saytı vaxtilə yazıb ki, “FETÖ-nün deşifrə olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni "İMAMI” seçməli oldu. Bu imam isə Elnur Abdullayevdir”. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda bu şəbəkə çökdürüldükdən sonra E.Abdullayevin də vəzifə kariyerasına son qoyulub.
Yeri gəlmişkən, Azərbaycanda Fətullahçıların “ən parlaq” simalarından biri kimi təqdim olunan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (ləğv olunan) keçmiş rəhbəri Fərhad Məmmədov da FETÖ-nün “Azərbaycanda hakimiyyəti ələ keçirmək planı” çərçivəsində ciddi aktivlik nümayiş etdirir. Belə ki, onun son zamanlar tez-tez televiziylarda siyasi debatlara qatılması, müxtəlif siyasi tədbirlərdə iştirakı heç də təsadüf hesab olunmur.
Bütün bunlar onu deməyə əsas verir ki, Fətullahçı şəbəkə Azərbaycanda media sahəsini ələ keçimrək üçün öz imkanlarını tam şəkildə ortaya qoyub. Hələ bunlar sadəcə bizim bildiklərimizdir. Nəzərə alsaq ki, bu şəbəkə hər zaman qapalı fəaliyyət göstərib, deməli, bizim bilmədiyimiz daha ciddi planlar üzərində iş gedir. Sözsüz ki, digər hədəflər bir yana, təkcə media sahəsi bu qruplaşmanın nəzarəti altına düşərsə, çox qısa zamanda gənclər təşkilatlarını və QHT-ləri də asanlıqla ələ keçirə biləcəklər. Bu halda isə FETÖ-nün Azərbaycan hakimiyyətində nəzarəti ələ almaq planı reallaşa bilər. Odur ki, bu şəbəkənin dövlət əleyhinə yönəlmiş fəaliyyətinin qarşısı vaxtında alınmalıdır. Əks halda dövlətçiliyimiz təhlükə altında düşməklə yanaşı, qardaş Türkiyə ilə münasibətlərimiz də çox böyük zərər görər. /hurriyyet.org/

Комментариев нет:
Отправить комментарий