“Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir, orada Rusiyada qadağan olunan İŞİD terror təşkilatı möhkəmlənir”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehranda Əfqanıstan probleminin müzakirəsinə həsr olunan təhlükəsizlik şuraları katiblərinin görüşündə deyib.
“İŞİD-çilərin əsas səyləri öz mövqelərini Əfqanıstanın şimalında cəmləşdirməkdir. Hansı ki, Tacikistan və Türkmənistan vasitəsi ilə Mərkəzi Asiya regionuna soxulmaq üçün plastdarm hazırlamaqdan ötrü ora iki mindən çox döyüşçü toplanıb. Döyüşçülərin əsas məqsədi özündə Mərkəzi Asiya ölkələri və Əfqanıstan ərazilərini birləşdirən “Böyük Xorasan” adlandırılan dövlətin yaradılmasıdır”, – deyə N. Patruşev vurğulayıb.
O qeyd edib ki, əldə olunan məlumatlara əsasən, İŞİD-çilərin prioritet məqsədləri kritik infrastruktur obyektləri, güc strukturları, diplomatik nümayəndəliklər, eləcə də xarici vətəndaşlar ola bilər: “Müxtəlif qiymətləndirmələrə görə, Əfqanıstanda olan İŞİD üzvlərinin sayı 4 min nəfərə çatır. Xüsusi xidmət orqanlarının məlumatlarına görə, bu terrorçu qruplaşmalar ölkənin şərq əyalətlərində yerləşib. Oradakı terrorçuların sayı 1500 nəfəri ötüb və onların sayı Pakistan vasitəsilə Suriya və İraqdan gələn cihadçıların hesabına artmağa davam edir”. /APA/

Комментариев нет:
Отправить комментарий