26.12.2019

Nadir Qocabəyli: "Natiq Cəfərli və Qubad İbadoğlu Prezident İlham Əliyevin ÜTT-yə üzvlüklə bağlı söylədiklərini təkzib etmək istəsələr də, arqumentləşdirə bilmədilər. Onlar İlham Əliyevin təbii qazın daxili və ixrac satış qiymətləri arasındakı fərqlə bağlı ÜTT-nin şərti haqqında söylədiklərinin əsassız olduğu iddia etsələr də, ortaya konkret sübut qoymadılar. Prezidentin gətirdiyi arqument daha konkret idi: biz əhaliyə qazın 1000 kubunu 100 manata satırıq, ÜTT-yə daxil olsaq, gərək Avropaya da o qiymətə sataq. Avropada isə qiymət 300 dollardan yuxarıdır. Avropaya bu qiymətə satsaq, gərək əhaliyə də eyni qiymətə sataq, yəni indikindən təxminən 5 dəfə baha. Natiq Cəfərli dedi ki, ÜTT əhali ilə bağlı belə bir şərt qoymur, yalnız müəssisələrlə bağlı qoyur. İbadoğlu isə dedi ki, ÜTT belə bir şərt qoysa da, onun dərhal yox, tədricən həyata keçirilməsini tələb edir... Mən İlham Əliyevin Azərbaycan xalqının maraqlarından çıxış etdiyini düşünürəm, çünki ölkədə əhalinin güzəranına görə əsas məsuliyyət onun üzərində düşür. Odur ki, açıq danışaraq, konkret qərar qəbul edir. Amma digər iki iqtisadçı sadəcə ÜTT-ni "fırladanlara" xoş gəlmək üçün əsaslandırmağa çətinlik çəkdikləri yuvarlaq, nisyə söhbətlər edirlər..."

Комментариев нет:

Отправить комментарий