23.06.2020

Abşeron İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirir. 
Bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.
O bildirib ki, icra hakimiyyətinin bir çox vəzifəli şəxsləri saxlanılıb.
Xatırladaq ki, ötən gün Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyevin və bir çox digər vəzifəli şəxslərin də saxlanılması barədə məlumat yayılmışdı.
Akif Əliyev uzun illərdir ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi vəzifəsində çalışır. Hazırda Sumqayıtın, daha əvvəl isə Abşeronun icra başçısı olan Zakir Fərəcovun vaxtından bu vəzifədə olan A.Əliyevin adı dəfələrlə evlərin tikintisinə icazələrin verilməsi və bir çox digər məsələlərdə  korrupsiyada hallanırdı. Abşeronun indiki icra başçısı İradə Gülməmmədovanın bu kresloya Z.Fərəcovun müavinliyindən gəlməsi isə rayonun hələ də Fərəcov tərəfindən nəzarətdə saxlanıldığı barədə şübhələr oyadırdı. Təsadüfi deyil ki, indiki icra başçısının ətrafındakı əsas adamlar da məhz Z.Fərəcovun vaxtından qalan məmurlar və ya qohumlarıdır.
Bu gün Abşeronda aparılan əməliyyat haqqında açıqlama verən Baş Prokurorluq detallar haqqında daha sonra məlumat veriləcyini bildirib.

Комментариев нет:

Отправить комментарий