Ayxan Həmişəyev
1-ci şəkil Belçika hökmdarı II Leopolddur.
1865-1909-cu illərdə Belçika hökmdarı olmuşdur.
Bunun hakimiyyəti illərində Konqo rəsmən Belçikanın müstəmləkəsi oldu. Bütün nə təbii ehtiyatları varsa mənimsənildi.
Hətta bu gün Belçikada tikilən əksər tarixi binalar Konqodan gələn gəlirlər və işçi qüvvəsinin sayəsində tikilmişdir.
II Leopoldun vaxtında Konqo əhalisi istismar edildi, soyqrıma məruz qaldı.
"Konqonun cəlladı" ölənə kimi Konqonu sömürməyə davam etdi.
Beləsinə Brüseldə də heykəl qoyublarmış.
2-ci şəkil isə ingilis Edvard Colstondur. Parlament üzvü. Məşhur qul taciri.
Afrikadan ABŞ-a qul daşımaqla (100 minə qədər) ölkəsinin ən nüfuzlu və varlı adamına çevrilib.
Satmağa apardığı zəncilər həftələrlə yol getdiyinə görə əksəriyyəti yolda xəstəliklən, əzab-əziyyətdən və işgəncədən ölürdü.
Bu gün ABŞ da daxil olmaqla Avropada bir çox "mədəni həyat", "gözəl rifah" dediyimiz ölkələrin hamısının tarixi- beləcə ədalətsiz olaraq insan qanı ilə yoğrulub.
Hamısının keçmişi müstəmləkəçilik, istismar, soyqrım üzərində oturur.
Di gəl nolsun- indi dünyada "mədəniyyət pəncərəsi", "turizm bölgəsi", "demokratiyanın göbəyi" olublar!
Son günlər rasizm üzərinə ayağa qalxan toplum Belçikada Kral Leopoldun vaxtilə əlini və gözünü qan örtdüyünü bu gün heykəli üzərində sübut edirlər.
Qul alverçisinin heykəlni də İngiltərədə murdarlayıb çaya atırlar.
Комментариев нет:
Отправить комментарий