Yağışdan çıxıb yağmura düşmək. Qorbaçovun yenidənqurmasını xalq haqlı olaraq fəlakət yenidənqurması adlandırıb. Prezident Putin Sovet İttifaqının süqutunu XX əsrin geosiyasi fəlakəti adlandırdı.
Biz dəqiqləşdirməli olacıq: süqut yox dağılma. Şərəfinə Yekaterinburqda təmtəraqlı abidə ucaldılmış cənab Yelsinin əli ilə dağılma.
Amma indi söhbət onda deyil.
Artıq neçə illərdir ki, Rusiyanın yetişən nəslini "sosializm dəhşətləri" ilə qorxudurlar. SSRİ-də sənayeləşmənin çoxmilyonlu "qul-məhbus" gücü hesabına həyata keçirilməsi haqda sonsuz isteriya ilə.
Amma dünyaca tanınmış alim Viktor Zemskovun öz məqaləsində nümunə gətirdiyi, özünün arxivlərlə iş əsasında əldə etdiyi məlumatlar bunlardır.
"Qorxunc 1937-ci ildə" QULAQ-da (Главное управление лагерей и мест заключения - Düşərgələr üzrə baş idarə) 1 196 369 insan vardi ki, bunun da 87%-ni cinayətkarlar təşkil edirdi.
1938-ci ildə QULAQ-da insanların sayı artıq 1 881 570-ə çatmışdı, yəni ora kütləvi surətdə "37-ci il qurbanları" da daxil idi. Cinayətkarlar 81% təşkil edirdilər.
39-cu ildən və müharibənin başlanğıcına kimi məhbusların sayı azalmağa başladı. Cinayətkarların ən aşağı faizi 1947-ci ildə olmuşdu: indiki liberast və tolerastların fikrincə, düşərgələrə salınmış 1,7 milyon məhbusun 40%-ni polislər, faşizm tərəfdarları və digər "günahsız qurbanlar" təşkil edirdi.
"QULAQ”-a düşmüş məhbusların maksimal sayı, 1 yanvar 1950-ci il tarixi üçün 2 561 351 insan təşkil edirdi". Onlardan 77%-i cinayətkarlar idi.
"Kütləvi repressiyaların qızğın vaxtı" 1,9 milyon məhbus - çoxdur yoxsa az?
Gəlin hal-hazırda, sülh vaxtı həbsxanalarında iki milyon yarımdan çox insan yerləşən "demokratiyanın dayağı" –ABŞ ilə müqayisə edək.
ABŞ əhalisinin sayı – təxminən 300 milyondur, həmin dövrün SSRİ-nin əhalisi – təxminən 200 milyon. Əgər SSRİ əhalisini ABŞ-a saysaq, o zaman ABŞ-da indi 1,53 milyon məhbus olardı ki, bu da "kütləvi Stalin repressiyalarının qızğın vaxtından", – 1,88 milyondan bir qədər az, "qorxunc 37-ci il repressiyalarından " bir qədər çox, və təxminən 1939-cu ildə SSRİ-də məhbusların miqdarına – 1,66 milyona bərabərdir.
Vurğulayıram – QULAQ-ın bütün məhbusları.
2000-ci ildə Rusiya həbsxanalarında yerləşən məhbusların sayı – təxminən 1,1 milyon insan idi ki, bu sayı SSRİ əhalisinin sayı üçün hesabladıqda (200 milyona nisbətdə 145 milyon) 1937-ci ildə olduğundan təxminən 25% çox, 1938-ci ildə olduğundan bir o qədər azdır... Yəni praktik olaraq heç bir fərq yoxdur.
Həm Stalinin dövründə, həm də indu həbsxanaya düşmək ehtimalı praktik olaraq eyni idi.
SSRİ-də dustaqların sayı həmişə o illərin SSRİ-nin əmək resurslarının 2%-dən az hissəsini (təxminən 120 milyon insan) təşkil edirdi, ona görə "sənayeləşmə dustaqların əliylə həyata keçirilmişdir" iddiası həyasız və abırsız yalandır. 2% heç vaxt iqtisadiyyata həlledici yox, heç nəzərə çarpacaq töhfə belə verə bilməzdi, bundan başqa, onlara yalnız xüsusi hazırlıq tələb etməyən işləri tapşırmaq olardı. Amma ən əsası budur ki, 1938-ci ilə sənayeləşmənin əsas məsələləri artıq müvəffəqiyyətlə yerinə yetirilmişdi, özünün isə təxminən 80%-i başa çatmışdı: sənayeləşmə artıq 10 il idi ki, davam edirdi, 1928-ci ildən başlamışdı, və 1939-cu ildə praktik olaraq yekunlaşmışdı.
1938-ci ilə qədər düşərgələrdə və koloniyalarda bir milyona yaxın məhbus var idi, sənayeləşmənin ən çətin illərində isə heç yarım milyon məhbus yox idi, necə ki, məsələn, 1934-cü ildə. Yəni bütün sənayeləşmə illəri boyunca, 1937-ci il də daxil olmaqla, "milyonlarla dustaq" haqqında danışmaqdan söhbət gedə bilməz. Sənayeləşmə dövründə məhbusların orta sayı SSRİ-in əmək resurslarının təxminən 0,8 faizini təşkil edirdi. Tam əsaslanmış şəkildə bildirmək olar ki, məhbusların SSRİ iqtisadiyyatının qurulmasına verdikləri töhfə əhəmiyyətsizdir.
Hansı ki, yeri gəlimşkən, bunu ciddi tədqiqatçılar şübhəsiz qəbul edir. Tutuquşu kimi abırsız yalanları təkrarlayaraq iki sayı müqayisə edə bilmədiyini göstərən həmyerlilərimizə baxmaq acınacaqlıdır.
Qəribədir, niyə ABŞ iqtisadiyyatının dövrümüzdə məhbusların qul əməyinə əsaslanması haqda səslər eşidilmir, bunun üçün daha çox əsas var, nəinki 30-cu illərin ortasında SSRİ üçün?! Və bütün bunlar yiyəsiz Vətəndaş müharibəsi nəslinin, ekstremal şəraitdə Rumıniyadan, Polşadan, Macarıstandan, Finlandiyadan, Çindən və s. ölkələrdən minlərlə başlı-başına atılmış diversantın böyüməsindən sonra baş verir. Ölkənin faktiki olaraq hərbi düşərgə, dalbadal müharibə olduğu şəraitdə: basmaçılıq, Şərq-Çin dəmir yolu, İspaniya, Həsən, Xalxin-Qol... Və bütün bunlarla bərabər adambaşı əhaliyə düşən məhbusların sayı, praktiki olaraq hazırda ABŞ-da olduğu qədər idi.
Zemskovun məqaləsi 1991-ci ilin iyununda işıq üzü gördü. Yəni yuxarıda oturan alçaqlar hər şeyi yaxşı bilirdilər və KİV-də məqsədyönlü şəkildə cəmiyyətə yalan danışırdılar! Öz xalqı qarşısında bu cinayət ona görə daha ağırdır ki, o digər böyük cinayətin- ölkəsinin məhv edilməsinin gizlədilməsi aksiyası kimi həyata keçirilirdi.
Bəlkə SSRİ-də bütün əhali mələk kimi qanuna riayət edən idi, həbsxanalarda isə tamamilə günahsızlar otururdular? Əfsuslar olsun ki, "həqiqətdə SSRİ-də 1921-ci ildən 1953-cü ilə kimi, 33 il ərzində, siyasi motivlərə ("əksinqilabi cinayətlər" üzrə) görə ittiham edilmiş insanların sayı 3,8 milyon təşkil edirdi ".
Yəni "on milyonlarla qurbana" olmamışdı və bu saya yaxın deyildi! "Siyasi motivlərə" görə ittiham edilmişlər polislər, cəzalandıranlar, basmaçılar, xarici kəşfiyyatların agentləri, diversantlar və s. hesab edilir. Həm də sürgün və mühacirət də daxil olmaqla, tamamilə müxtəlif cəzalara ittiham edilmişlər (765 180 insan).
80-ci illərin sonunda Qorbaçovun sərəncamına əsasən "bəraət üzrə komissiya" yaradılmışdı. Komissiya öz işini genişləndirilmiş şəkildə "demokratik Rusiyada" da davam etdirdi ("Siyasi repressiya qurbanlarına bəraət qazandırılması Haqqında" 18 oktyabr 1991-ci ildən Rusiya Federasiyasının qanunu). Baş prokurorluğun məlumatına görə, "Siyasi repressiya qurbanlarına bəraət qazandırılması Haqqında" qanunun qüvvədə olduğu dövr ərzində 901 127 insan barəsində 636 302 cinayət işi təkrar gözdən keçirilmişdir, bunlardan 637 614 nəfərinə bəraət qazandırılmışdır.
İcazə verin soruşaq, bəs "çox milyonlu qurbanlar" haradadır?! Axı bu cinayətkar sistemin məhv edilməsinin əsas motivi məhz bu idi. Yəni SSRİ – ölümə məhkum edilmiş ölkə, günahsız idi?!
Bu komissiyanın fəaliyyətini son dərəcədə ədalətsiz adlandırmaq çox yumşaq olardı – orada baş verənləri "tamamilə özbaşınalıq" ifadəsi ilə adlandırmaq olar”.
Hamıya toplu şəkildə haqq qazandırılırdı, tamamilə aydın cinayətkarlar bəraət qazanırdılar, "işin yenidən baxılması" ən yaxşı halda bir neçə dəqiqə çəkirdi. Yalnız veteranların kütləvi etirazına görə Vlasova bəraət qazandırılması cəhdininin baş tutmaması çox şeydən xəbər verir. Bəzi açıq cinayət işləri əllərində silahla sərhəd keçidi vaxtı tutulmuş diversantların və cəsusların "bəraət qazandırılmasının" sonsuz həyasızlığını göstərir.
Bu "komissiyanın" sədri Yakovlev idi. Onun göstərişinə əsasən, " bir halda ki bütün məhkəmədən kənar orqanlar qeyri-qanuni şəkildə formalaşmışdı, uyğun olaraq, bütün hökmlər, hansılara əsasən repressiyalar aparılırdı, etibarsız idilər, deməli ona görə də, bütün cəzalandırılmışlar istisnasız, avtomatik olaraq bəraət qazandırılmış elan edilir".
Yeri gəlmişkən, qeyri-qanuni olması yalandır, "üçlər" faktiki olaraq tribunal idi, hansılar ki sürətləndirilmiş variantda əsasən təqsirli olması şübhə doğurmayan şəxslərin, məsələn, silahlı sərhəd keçidi zamanı cinayət üstündə tutulmuşların və s. məsələlərinə baxırdılar (İqor Pıxalov, "Repressiyaların qurbanları günahsızdırmı").
Qorbaçovun dövründə təxminən 900 min insana "bəraət qazandırılmışdı". Tez-tez bura Xruşovun dövründə təxminən 700 min "bəraət qazandırılmışı" da daxil etməyə çalışırlar. Amma o zaman bəraət qazandırılmışlar, yəni siyasi günahsız elan edilmişlər, təxminən 15 min nəfər idi, yerdə qalanları sadəcə əfv etmişdilər və ya cəza müddətlərini azaltmışdılar. Yəni xruşovçuların fikrincə, "günahsız qurbanların" sayını gərəksiz olaraq, cəzalandırılmış və əhv olunmuş cinayətkarlarla artırırlar. Həmin 700 000 insan Yakovlev komissiyası tərəfindən artıq bəraət qazanmışlar, yəni bu insanlar ikinci dəfə yenidən hesablanır.
Yeri gəlmişkən, "əsassız kütləvi bəraət" altına düşmüşlərin əsl sayını tapmaq elə də asan deyil. Yakovlev komissiyanın rəsmi nəticəsi – 637 614 insandır. İcazənizlə, bəs Yakovlevin bəyan etdiyi "32 milyon günahsız qurban" hardadır?
Sovet insanlarının Stalindən və "kütləvi repressiyalardan" bərk qorxmaqları üçün əsasları vardı? İyirmi il ərzində hər cür yalançı teleekrandan və qəzetlərdə ciyildəyirlər ki, bəli, hər şey dəhşətli idi, "kütləvi repressiya ətçəkənində" sağ qalmaq böyük uğur idi və bütün xalq dəhşətdən sarsılmışdı. "Hamı” sabah səhər işə gedəcəyini və ya Daxili İşlərin Xalq Komissariatının zirzəmilərinə düşəcəklərini bilmədən gecə soyuq tərlə yatırdı. Bu halda hansısa "şahidlərin" və "həmin dövrlərdə yaşamış" nənələrin sözlərinə istinad edirlər, hansı ki guya bütün həyatlarını qorxu ilə keçiriblər.
Nənələr öz yerində, bugün xatırlayanlar və üçüncü şəxslərin sözlərindən izah edənlər azdırmı, – baş vermiş hadisələrə saylarla obyektiv baxmamaq imkanı varmı? Xüsusən də bunların əksini iddia edən xeyli sayda nənələr və qohumlar var. Düzdür, telequtuya daxil olmaq imkanı olmayan.
Var, və kifayət qədər sadə, hər kəs üçün əlçatan metodika, "risklərin müqayisəli analizi" adlanır. Stalin dövründə "repressiya" olmaq riski nə qədər idi və bu digərlərilə, qorxmalı olduğumuz, bizim adət etdiyimiz hadisələrlə müqayisədə nə qədər çoxdur?
Siz dəhşətə gələcəksiniz, amma SSRİ-nin məhv edilməsindən sonra, rəsmi statistikaya görə, quldurlar tərəfindən yarım milyonundan çox insan öldürülmüşdür, və milyondan çox insan ağır bədən xəsarətləri almışdır.
Ümumi olaraq, Rusiyanın demokratiyaya keçdiyi illər ərzində cinayətkarlar ildə təxminən 30 min insan öldürüblər. Bu 17 il ərzində yarım milyondan çox insan deməkdir.
Stalinin hakimiyyətdə olduğu 33 il ərzində təxminən 650 min insan güllələməyə məhkum edilmişdi, 50%-dən aşağı halda hökm icra olunub (S. Mironin, "Növbəti mifin ifşası"). Stalin vaxtı SSRİ-in əhalisi təxminən 200 milyon insan təşkil edirdi, indi Rusiyanın əhalisi 150 milyondan azdır ki, bunu da biz, təbii ki, qiymətləndirilmələrimizdə nəzərə alacayıq.
Stalin dövründə ölkədə 300 milyondan çox insan yaşayırdı – tam bir nəsil artmışdı və əvəz olunmuşdu.
Beləliklə, birinci beşillik illərində Daxili İşlərin Xalq Komissariatından və Stalindən qorxmaq üçün insanların heç bir əsası yox idi. Onlar heç qorxmurdular da, bunu iddia edənlər yalan danışırlar, on milyonlarla "repressiya olunmuşlar" haqqında yalan danışdıqları kimi. Sovet insanı üçün "Daxili İşlərin Xalq Komissariatının güllələnmə zirzəmisində " həlak olmaqdan qorxmağın heç bir mənası yox idi, əgər o cinayətkar və ya başdan xarab deyildisə, xüsusən onlar haqqında informasiya, yumşaq desək, elan edilmirdi.
Praktiki olaraq bütün dəlillərə görə, Xruşovun məruzəsi insanlar üçün şok idi – onlar "kütləvi repressiyalar" haqqında heç şübhələnmirdilər də. Axı bu nə "kütləvi repressiya" idi ki, insanların bundan xəbəri yox idi?! Çox milyonlu qurbanlar haqqında bilməmək – Vətəndaş müharibəsi zamanı insanların öldürürdüyü və onların aclıqdan və yatalaqdan (təxminən 7 milyon insan) öldükləri haqda bixəbər olmaq kimi bir şeydir. Eynilə müasir "Pepsi nəsilinin" səfeh nümayəndəsinin məktəb inşasında qeyd olunduğu kimi: "Soljenitsinin kitablarından Sovet insanları bildilər ki, bu ölkədə yaşamaq necə də qorxuludur..."
Bəs o vaxtlar kimlər yatmağa qorxurdu? Cinayətkarlar və onların köməkçiləri. Məsələn, istənilən ölkədə istənilən vaxtlar cəsus və ya oğru yatmağa hazırlaşarkən səhər öz yorğan-döşəyində, yoxsa ilkin həbs kamerasında oyanacağını bilmir.
Nəticə çıxır ki, Stalin vaxtı qorxudan "beşinci kolonna " və onlara çox ürəkyandıran simalar əzab çəkirdi, xalqın isə qorxmağa heç bir əsası yox idi.
O, sərt illərdə günahsızlar əzab çəkirdilərmi?
Əlbəttə, əzab çəkirdilər, necə ki indi əzab çəkirlər. Haqq-hesab çəkmək də vardı, paxıllıq edənlərin alçaq tələləri, istintaq orqanlarının səhvləri də vardı. Və nəticədə bütün bunlar – hər yerdə olan məhkəmə səhvləridir.
Əmin-aman Amerikada, məsələn, "ədalətin səhvi" ittiham edilənlərin təxminən 5%-ni təşkil edir. Bu Amerika hakimlərinin etirafına əsaslanan rəsmi məlumatlardır. Bu o deməkdir ki, ABŞ həbsxanalarında hal-hazırda yüz mindən çox günahsız insan oturur- 30 il ərzində nə qədər olacaq?
Yeri gəlmişkən, hüquq müdafiəçiləri və vəkillər assosiasiyaları 2-3 dəfə böyük rəqəmlər söyləyirlər.
Bu o deməkdir ki, bəşəriyyət ədalətdən imtina etməlidir? Əfsuslar olsun ki, istənilən cəmiyyətdə məhkəmə səhvləri – qaçılmaz şərdir. Əməliyyat vaxtı xəstələrin müəyyən faizi həyatlarını itirir deyə- bu onu bildirmir ki, əməliyyatları tamamilə ləğv etmək lazımdır. Eynilə bu qayda ilə də heç kəsin ağlına məhkəmələri və istintaq orqanlarını ləğv etmək gəlmir, onların bütün xərclərinə və çatışmazlıqlarına baxmayaraq, – onlardan imtina daha böyük ağır nəticələrə gətirib çıxaracaq. Əgər bunu etsək, cəmiyyətdə yaşamaq mümkün olmayacaq. Edilməli olan yeganə şey, periodik olaraq işlərə yenidən baxmaqdır, və bütün ölkələrdə bu da yerinə yetirilir.
Görünür, o haqda nəticə çıxartmaq olar ki, "repressiyalar ümumiyyətlə mifdir, sərt vaxtlar idi, düşmənlər çox idi, bəzən hardasa ayrı-ayrı çatışmazlıqlara rast gəlinirdi, amma qeyri-adi heç nə yox idi". Bundan başqa, Rusiyanın Baş prokuroru vəzifəsində olduğu vaxt ittiham edilmiş cinayətkarlarla bağlı məsələlərə baxan Kazannik açıq şəkildə bildirmişdi ki, "Stalin dövründə qanunilik pozulmurdu".
Bəs doğrudanmı repressiyalar olmayıb? Xeyr. Mən bunu iddia etmirdim, onu bildirirdim ki, ittiham olunanların sayında qeyri-adi heç nə yoxdur, həm də onların əksəriyyəti günahkar idilər. Repressiyaların olması haqda nəticə çıxarmaq yanlışdır. Repressiyalar baş vermişdi, amma onların miqyası anti-sovetçilərin tərəfindən olduqca şişirdilmişdir.
Tərcümə: Günel Muradova eco-socialistsofazerbaijan.blogspot.com
Комментариев нет:
Отправить комментарий