"O istədiyi adamların hamısını götürsə, icra başçılarının 70%-i, nazirlərin də heç olmazsa 50%-i içəridə olmalıdır"
“Palanı döyəcləməklə iş bitmir, o adamları Prezidentə təqdim edənləri həbs etmək lazımdır”
Tanınmış politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik.
- Cümşüd müəllim, bir müddətdir görünmürdünüz, “Facebook” hesabınızı da işlətmirsiniz. Nə baş verir?
- Sosial şəbəkələr üzərində əleyhimə kampaniyalar aparmağa başladılar, guya mən dövlətə qarşı çıxıram. Həmçinin “Facebook” hesabımı ələ keçirməyə, müəyyən kompramatlar həyata keçirməyə çalışdılar. Ona görə də sosial şəbəkələrdən uzaq durmağı qərara aldım. Hazırda “Facebook” işlətmirəm, ancaq mediaya açığam, istənilən sualınızı cavablandıra bilərəm.
- O zaman ilk sualım Dövlət Təhlükəsizik Xidmətinin (DTX) son dövrdə həyata keçirdiyi əməliyyatlarla bağlı olacaq. Necə dəyərləndirirsiniz bu işləri?
- DTX-nın rəisi Əli Nağıyev çox peşəkardır, ümumiyyətlə, bu sahədə peşəkarlarımız çoxdur. Vaxtilə mən gömrükdə işləyəndə onların peşəkarlığına əyani şəkildə şahid olmuşam. Əli Nağıyev istədiyinin təxminən 10 faizini hələ həyata keçirə bilməyib. Çünki o istədiyi adamların hamısını götürsə, icra başçılarının 70%-i, nazirlərin də heç olmazsa 50%-i içəridə olmalıdır. Bu məmurların varidatları artıq milyardlarla ölçülür. Demək olar ki ölkə talan olunub və indi bunlar da talan olunmuş xarabazarlıqda nələrisə yenidən bərpa etməyə çalışırlar. Əli Nağıyev bu işləri yüksək səviyyədə həyata keçirməyə çalışır. DTX-nın Dövlət Sərhəd Xidmətinə girməsi, həmçiniN hələ cəmiyyətin bilmədiyi digər konfidensial tədbirlər buna əyani nümunədir. Əli Nağıyevin əməliyyatları icra başçılarını əməllicə təşvişə saldığından indi ayrı üsullara əl atıblar, evlərindən “imtina edirlər”, köhnə maşınlarda otururlar, həmçinin rüşvəti hamamda, hətta ayaqyolunda alırlar. Elə fikirləşirlər ki, çox ağıllıdılar, halbuki çox səviyyəsiz olduqlarını başa düşmürlər.
- Sizcə, əməliyyatların davamı olacaqmı?
- Bu prosesin davam etməsinin tərəfdarıyam, amma bütün hallarda Azərbaycanda icra hakimiyyəti strukturu dəyişilməlidir, dağıdılmalıdır, valilik sisteminə keçilməlidir. Cəmi 9-10 valilik olmalıdır. Bu zaman həm hakimiyyət strukturu, idarəetmə çox asan olacaq, həm də dövlət qulluğunda vəzifələr olmayacaq. Dünyanın hər yerində, məşhur ictimai seçim nəzəriyyəsinə əsasən, korrupsiyanın qarşısını almaq üçün ixtisar məsələsi gündəmə gəlir, bizdə ixtisarlar olunsa da, yenə də həddindən artıqdır. 10 milyonluq əhali üçün bu qədər nazirlik, komitə çoxdur. Hər nazirliyə, komitəyə bir padşah nəyə lazımdır ki, indi də bəziləri padşahlıqdan Allahlığa keçib. Nəmrudlaşıblar, pul bunları elə harınlaşdırıb, qudurdub ki, özlərindən başqa heç kimi saymırlar. Bu əməliyyatlar mütləq davam etməlidir, çünki pandemiya iqtisadi inkişafı dayandırıb, neftin qiyməti düşüb, bu adamların hər birinin İngiltərədə yüz milyonları var. Vəzifədən uzaqlaşdırılmış nazirlər də daxil olmaqla, həmin milyarderlərin ölkədən çıxardığı milyonlar geri qaytarılmalıdır. Bizim başıyoxlar bütün sərvətlərini aparıb Londona yığıb, ABŞ ərəb ölkələrinin rəhbərlərinin milyonlarını mənimsədiyi kimi, onların əmlakları da orada batıb gedəcək. Heç kimə sirr deyil ki, London xaricilərin, ən çox da müsəlmanların hesabına öz varidatını artırır, müəyyən müddətdən sonra da həmin milyonçuları bitirirlər. Onları İngiltərə bitirənə qədər, bu işi Azərbaycan özü görməlidir. Onlara aministiya elan olunaraq sərmayələri ölkəyə gətirilməlidir, onsuz da ölkədəki bütün obyektlər onlara məxsusdur, Azərbaycanın bütün varidatı çox az sayda ailələrin əlindədir.
- Yeni təyin olunan kadrları necə qiymətləndirirsiz, özlərini doğrulda bilirlərmi?
- Yenilər özünü doğrultmur. Rayonlara yeni təyin olunanlarla maraqlanmışam, əvvəlkilər rüşvəti də yüksək məbləğdə alırdılar, ancaq bunlar o qədər ucuzlaşıblar ki, əhalinin 50-100 manatına göz dikiblər. Əgər səhvim varsa, DTX araşdıra bilər. İkincisi, rayonlara getsələr də, kənd təsərrüfatından anlayışları yoxdur. ASAN xidmətdə çox gözəl işlər görmüş İnam Kərimovu gətirdilər Kənd Təsərrüfatı Nazirliyinə, ancaq onun kənd təsərrüfatından xəbəri yoxdur. Nazirin özü diplomat, bir müavini riyaziyyatçı, biri də texnardı, kənd təsərrüfatı işçisi hanı bəs? Halbuki kənd təsərrüfatı hazırda Azərbaycanın ən aparıcı nazirliyi olmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bərbad işləyir. Provayderlər istədiyi qiyməti qoyur, internet çox pis işləyir. Guya bu vəziyyətlə yeni texnologiyaya açılırıq, hamısı yalandır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Yeni nazir gələndən sonra nə iş gördü, nə yaratdı, mənə də başa salın. Əksinə olan-qalan da dağıldı. Düzdür, demirəm ki, əvvəl orada hər şey gül idi, amma nazir yeni heç bir şey gətirə bilmədi. O biri gənclər də elə. Kimsə bunu deməlidir axı, deyən kimi də hər tərəfdən hücum edirlər adama, trollara adamı söydürürlər. Reallıq onu göstərir ki, bunlar Prezidentə kömək etmək istəmirlər, əməlli-başlı tayfabazlıq formalaşıb, ancaq öz qohumlarını yığıblar başlarına, çox pis gündəyik.
- Çox pis gündə olmağımızın səbəbi nələrdir və ya kimlərdir?
- Çox uğursuz kadr siyasəti aparılırdı, Yeni Azərbaycan Partiyasından (YAP) da həm deputatlığa göndərilənlər, həm də vəzifəyə təyin edilənlər ancaq bir nəfərin adamları və ya qohum-əqrəbaları idi. YAP-ın 700 min üzvü olmasına baxmayaraq, ancaq eyni adamlar deputat seçilirdi. Ağıllı adamları da camaata söydürürdülər, camaat elə düşünürdü ki, ziyalılar ağzına su alıb oturub. Halbuki ziyalının sözünün heç bir hökmü yox idi, həqiqəti deyənlərə qarşı provakasiyalar aparılırdı, ziyalı da utandığından çəkilib yerində otururdu. Bu işlərin başında duran şəxslər də ermənidən dönmüşlər idi, Haykanuşun uşaqları ölkədə ağalıq edirdi, monopoliya formalaşmışdı. Prezident də, DTX da çalışır ki, bunları dağıtsın, amma bu iş həddindən artıq çətindir, çünki bu illər ərzində bunlar Prezident Aparatıdan üzü aşağı hər yeri tutublar. İcra başçılarını Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsi tapıb bəh-bəhlə ölkə başçısına təqdim edilib, Prezident nə tanıyır ki, onlar kimdir. Palanı döyəcləməklə iş bitmir, o adamları Prezidentə təqdim edənləri həbs etmək lazımdır. Azərbaycanda normal kadrlara qarşı kütləvi soyqırımı həyata keçirildi. Bunu tam məsuliyyəti ilə deyirəm. Saxta diplom alanlar, sonradan görənlər, cahil adamların hamısı vəzifəyə gətirildi, onlar da oturduqları budağı kəsdilər.
- Əvvəldə YAP-la bağlı fikir səsləndirdiniz. Yeri düşmüşkən, belə bir ehtimal var ki, yeni iqtidar partiyası yaradıla bilər, çünki YAP artıq tənəzzülə uğrayır. Siz necə düşünürsünüz bu barədə?
- YAP-dakıların bəziləri özlərini çox xərcləyib, bəziləri də “I əməliyyatı” filmindəki kimi hər yerə çıxır, hər şeydən danışır. Belə çıxır ki, YAP-ın potensialı ancaq 5-6 nəfərdən ibarətdir. Hansı telekanala baxırsan, onlar danışır, ortalıqda da yeni bir şey yoxdur, sanki onlar YAP-ı monopoliyada saxlayırlar. Ona görə də bəli, YAP çox sürətlə hörmətini itirir, partiyanın bir üzvü kimi bunu mən də görürəm. YAP-ın 10 il əvvəlki hörməti ilə bugünki nüfuzu arasında yerlə göy qədər fərq var. Bunun sürətlə davam etməsi yeni bir partiyanın doğuşunu tələb edir. Bu, iqtidar partiyası olmalıdır, təbii ki parlamentdə olan iqtidar partiyalardan söhbət getmir, onların heç biri iqtidar partiyası deyil. Yeni potensialı üzə çıxarmaq üçün onsuz da Azərbaycanda bu baş tutacaq. Azərbaycanda hazırda ən ideal partiyanı Mehriban xanım Əliyeva yarada bilər. Onun yaradacağı partiya, nəinki qoşa qanad olacaq, eyni zamanda YAP-ı iflasdan qurtaracaq. Əksər ölkələrdə bir neçə iqtidar partiyası olur, biri uduzanda digəri qalsın. /moderator.az/

Комментариев нет:
Отправить комментарий