5 ölkədə şirkətlər, dəbdəbəli malikanələr, gözəllik salonları, obyektlər və...
Tanınmış araşdırmaçı-jurnalist Cavanşır Həsənli və jurnalist-blogger Həbib Müntəzir keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin nəhəng biznes imperiyasının siyahısını paylaşıblar. Jurnalist Cavanşir Həsənli dəlilləri və sənədləri ilə sabiq nazirin biznes xanədanlığının çoxsaylı ölkələrdə kök saldığını yazır. C. Həsənli bildirir ki, nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Azərbaycan, Malta kimi coğrafiyaları aşır. Həmin pullar turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatları, gözəllik salonlarına, kənd təsərrüfatı və digər sahələrə yatırılıb.
gununsesi.org jurnalistlərin hər iki yazısını sizə təqdim edir.
Həbib Müntəzir: “26 illik nazir olan Əbülfəs Qarayevin bizə məlum olan ailə şirkətləri Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir.
Əmlak və obyektlər:
Yasamal rayonu, Naxçıvani küç. MƏH 618, ev 10 ünvanında mənzil
Bakıda “Saphire Plaza” binasında bir mənzil
Nəsimi bazarı, Travmatologiyanın yanındakı “Krevetka” Pub & Restaurant
Əlövsət Quliyev küçəsinin Nizamidən başlayan “Spar market”ə qədər olan hissəsinin binanın altı-üstlü bütün obyektlər
Bakının mərkəzindəki “NailRoom” gözəllik salonları
“Azturqaz” şəbəkə yanacaqdoldurma məntəqələri
“COLAB” biznes mərkəzləri (kirayəlik ofislər, seminar və konfrans salonları)
“Yol” jurnalının binası
“Jazz Dostları” ictimai birliyinin ofisi
Biləsuvarda 5 min hektar torpaq sahəsi
Londonda dəbdəbəli malikanə
Moskvada daha bir mənzil
Şirkətlər:
“SQ-FUTURE” Şirkəti
“YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI”
“GALS” Təmizlik Şirkəti
“TM GROUP” MMC şirkəti
Türkiyədə “KL Bodrum” əmlak şirkəti
Litvada “TRIAT EXIRE” UAB LTD daşınmaz əmlak şirkəti
Rusiyada “QALS” (ГАЛС ООО) daşınmaz əmlak şirkəti
Maltada “AS LIMITED” və “ADINOTEC LTD” şirkəti
Panamada RIMBA S.A. adlı ofşor şirkəti
Azərbaycanda RİMBA MMC şirkəti
“ECOGAS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
KREDO QƏZETİ REDAKSİYASI
“ENERAZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“LERGAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“CASPIAN LERGAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
ALTA COMMERCE LTD (Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya)
“AZTURQAZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“GREEN FARMS AZERBAİJAN” MMC
“GALS GALLERY” MMC
“GALS BEAUTY AND SPA” MMC
GALS şirkətinin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Garayev, Abulfas, Lala, Suad.
Cavanşir Həsənlinin araşdırması:
“Keçmiş nazirin yeganə övladı – qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən “SQ-FUTURE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.
Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən “YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydə alınıb. O, “Jazz Dostları” ictimai birliyinin də təsisçisidir.
Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi6 LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.
Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımının sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu Kuum otelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.
Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.
Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (ГАЛС ООО) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.
Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad.
Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6,7 milyon rubl (təxminən100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.
Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şifkəti isə Azərbaycandadır:
“GALS GALLERY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.
Muzey Mərkəzi Rus muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir. Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.
Həmin ünvanda keçmiş nazirin xanımına məxsus “GALS BEAUTY AND SPA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb.
Lalə Kazımova bu şirkətə bağlı, Bakının mərkəzindəki “NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.
Əbülfəs Qarayevin özü isə “otkat”lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı “sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik” anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib.
2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva – Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub.
O 2016-cı ildən Bakıda “COLAB” biznes mərkəzlərinin şərikidir. Paytaxtda iki ünvanda – NEFTÇİLƏR PR. 151-də PORT BAKU MALL-da və Time Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir.
Keçmiş nazirin kürəkəni 2016-cı ilin noyabrında Azərbaycanda GREEN FARMS AZERBAİJAN MMC şirkətini də qeydiyyatdan keçirib. Şirkətə aid saytda qeyd olunur ki, o Green Farms International şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir. Əbülfəs Qarayevin nazir kimi nüfuzu sayəsində GREEN FARMS AZERBAİJAN MMC 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb.
Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Əbülfəs Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub.
İcarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Əbülfəs Qarayevin yaxın dostu Mahir Quliyev aprelin 29-də DTX tərəfindən saxlanılıb.
Biləsuvarda böyük torpaq sahələrini ələ keçirən GREEN FARMS INTERNATIONAL LTD 2016-cı ilin oktyabrında Maltada qeydiyyatdan keçib. Maltadakı şirkətin təsisçisi isə Əbülfəs Qarayevin Avstriya və Monako vətəndaşı olan İsgəndər Malekidir.
O 2016-cı ilin iyunundan Maltada daha bir şirkətin- A&S LIMITED-in səhmdarıdır. Şirkətin digər səhmdarı qismində ADINOTEC LTD offşor şirkəti çıxış edir.
İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. İsgəndər Maleki özünün, xanımı Fatimə Maleki və oğlu Şəhriyar Malekinin 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.
Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Əbülfəs Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sotheby’s incəsənət auksionunun daimi müştəriləridir. Güman ki Qarayevlərin Malekilərlə qohumluğu da burdan başlayır.
Ümumiyyətlə Sotheby’s hərracında Azərbaycana aid tarixi mədəniyyət əsərlərinin satışa çıxarılıb-çıxarılmadığının çox ciddi araşdırmaya ehtiyacı var”.
gununsesi.org

Комментариев нет:
Отправить комментарий