Yasәmәn Qaraqoyunlu Xural TV-dә Әvәz Zeynallıya müsahibә verib.
Yenә öz ampluasındadır. Deyir, Azәrbaycanın Türkiyә ilә konfederasiyada birlәşmәsinә qarşı olanlar Azәrbaycanın düşmәnlәridir. Onlar İranın vә Rusiyanın Azәrbaycanda olan 5-ci kolonudur.
İndi burda nә deyәsәn, bilmirәm.
Adam Azәrbaycanı Türkiyәyә burlәşdirmәk arzusundadır- bunun üçün әlindәn gәlәn hәr şeyi edir. Yәni faktik olaraq, özü Türkiyәnin vә İsrailin Azәrbaycandakı 5-ci kolonudur, amma özünü milli qüvvәlәrin nümayәndәsi vә vәtәnpәrvәr adlandırır.
Tәәccüblüsü budur ki, bu ilhaqa qarşı olanları Azәrbaycana düşmәnçilukdә ittiham edir.
Hәlә bir az da qabağa gedәrәk deyir İran biz türklәrin dövlәtidir. Min illәr İranda türklәr hakim olub, 1925-ci ildә ingilislәr biz türklәrin dövlәtini perslәrә tәhvil veriblәr.
Vallah, burda daha söz tapa bilmirәm. Bu xarabada hәr cür tәrәvәz var, bunu bilirik. Daha bu qәdәr dә yox...
Daha bir misal deyim. Osmanlı dövlәtinin sultanlarının heç biri özünü türk hesab etmәyib. Osmanlı saraylarında ünsiyyәt vә rәsmi sәnәdlәrin dili dә fars dili olub. Görәsәn, Qaraqoyunlu Osmanlı dövlәtini fars dövlәti hesab edirmi?
Qaraqoyunluya biri izah etsin ki, dövlәtin başında kimin olmasından asılı olmayaraq, o dövlәt onun mәnbәyi olan millәtә mәxsusdur. İran әrazisindә olan dövlәtlәrin hamısı özünü İran dövlәti kimi tәqdim edirdilәr vә bütün dünya da onları İran dövlәti kimi tanıyırdı. Şәrqdә bu dövlәtә İran desәlәr dә, Qәrbdә Persiya deyirdilәr vә hәr yerdә dә Persiya kimi göstәrirdilәr. Heç olmasa, onun türk adlandırdığı şahların dövründә çap edilmiş pulların üstünә baxsın. Bir üzündә fars dilindә "İran bankı" yazılsa da, digәr üzündә ingiliscә "Persian bank" yazılıb. Yәqin Qaraqoyunlu İranın türk padşahlarından daha yaxşı bilir İran kimin dövlәtidir?
Belә oxşayır ki, bizim bu satqınlara öz yerlәrini göstәrmәk zamanı artıq yetişir. Yoxsa onların әlinә imkan düşsә, vәtәnimizi quruşa satmağa hazırdırlar. Belә çox istәyirlәrsә, onları Türkiyәyә yola salmaq çox çәtin deyil. Özü dә Qaraqoyunlu kimilәr üçün vәtәn nominal xarakter daşıyır. Dünәn onun üçün Ermәnistan vәtәn idi, bu gün Azәrbaycan vәtәndir, eybi yoxdur, sabah da Türkiyә vәtәn olar.
Hәm o öz arzusuna qovuşar, hәm dә biz vәtәnimizi onu hәr kәsә satmağa hazır olan bu satqınlardan tәmizlәyib, azad vә sivil bir dövlәt qurarıq...
Rosta Merd
https://www.facebook.com/photo.php?fbid=579366679684392&set=a.195261241428273&type=3
Комментариев нет:
Отправить комментарий