11.06.2020

Akşin Sultanov: Stalin olmasaydı çox güman ki, siz də həyatda yox idiz. Xəbəriniz varmı ki, ABŞ SSRİ-nin bir çox şəhərinə, o cümlədən Bakıya və Lənkərana nüvə zərbəsi endirəcəkdi? MKİ-nin arxivindən çıxan sənədlərdən belə bir planın olduğu məlum olmuşdu. Yoldaş Stalin nüvə proqramı ilə bağlı işləri sürətləndirməseydi, bəlkə də ABŞ planını həyata keçirmişdi və bu gün Azərbaycan xalqı yox idi. Bundan başqa, SSRİ-nin müharibədə qələbəsini ləkələyənlərin xəbəri varmı ki, nasist Almaniyası Bakının adını dəyişib “Vestfaliya” qoyacaqdı? Azərbaycanlıların əksəriyyətini qıracaqdılar, fiziki qüvvəsi olanları saxlayıb qul kimi işlədəcəkdilər. Belə olan təqdirdə Hitleri tərifləyib Stalini pisləyənlər əcdadlarının Hitlerə politsay işləməsi şərtilə dünyaya gələ bilərdi.

Комментариев нет:

Отправить комментарий