Hazırda Azərbaycan türkləri kimi tanınan etnos (ki mən də bu etnosun təmsilçisiyəm) son dərəcə mürəkkəb etnogenezis proseslərinin məhsuludur.
Əvvəla, buranın türklərinin soykökündə müxtəlif türk tayfaları ilə yanaşı, İran və Qafqaz qövmləri də fəal iştirak ediblər.
Həm də bura gələn əski türklər də Sibirdəki əcdadlarından köklü fərqlənirdi. Məsələn, oğuz tayfaları Orta Asiyada türkeşlər və yerli İran kökənli Soğd-Bəlx əhalisinin yüz illər boyu davam etmiş mürəkkəb təmasları nəticəsində təşəkkül tapmışdılar.
İkincisi, bu gün Azərbaycan türkü deyə özünü bilən əhalimizin mühüm qismi dünənə kimi ya İran, ya da Qafqaz dilli olub. Məsələn, Şirvan və Abşeronun əhalisinin önəmli hissəsi XIX əsrin az qala ortalarınadək tat olmuşdur. Eynən Qax rayonunun bir sıra saxur kəndləri türkləşmiş və bu gün özünü Azərbaycan türkü sayır. Şirvan-Dərbənd zonasında minlərlə soydaşımız əslində bura VII-IX əsrlərdə köçürülmüş ərəb qəbilələrinin nəsilləridir.
Üçüncüsü, bizə Azərbaycan dünyamız kifayətdir. Yetər mürtəce əsatiri xülyalar qurdunuz.
Bizim etnik ailəmizdə talış, tat, ləzgi, saxur, udin... qardaşlarımız buranın türkləri ilə ətlə dırnaq kimidir. Buraxın türkçülük ağızlarını.
Azərbaycançılıq - bax budur bizləri birləşdirən ümumi ideoloji dəyər. Türkü ilə, talışı ilə, ləzgisi, tatı ilə biz - azərbaycanlıyıq.
Yüzlərlə qeyri-türk yurddaşlarımız-qardaşlarımız həyatlarını bu Vətənin bütövlüyü uğrunda fəda etmişlər, əsatiri "Turan birliyi" naminə deyil.
Комментариев нет:
Отправить комментарий