Ermənistanla apardığımız müharibədə Türkiyə faktoru ilə bağlı amilləri haqlı olaraq gündəmdə saxlayan Türkiyəsevərlər nədənsə ilk baxışda lokal xarakter daşıyan, əslində isə münaqişadə dolayısı yolla iştirak edən, hətta onu istiqamətləndirən, perspektiv geosiyasi imkanlar vəd edən, qlobal masştablı oyunçulardan birinin adını çəkmirlər- hər yerdə, hər zaman, ingilis barmağının olduğunu bilənlər nədənsə indi onun şəhadət barmağını görməməzdən gəlirlər.
Müharibənin başlanması ərəfəsində Britaniyanın məşhur Mİ6 kəşfiyyat xidməti rəisinin Ankaraya olan səfərləri, bu cənabın Ərdoğanla sıcaq munasibətlərinin olması, bu munasibətlərin onun Britaniyanın hələ Türkiyədə fövqəladə və səlahiyyətli səfir olduğu dövrdən başlaması barədə bir soz demirlər, Azərbaycanda yaşanan siyasi təlatümlərin arxasında BP faktoru, onun Xəzər neftinə xüsusi maraqları ilə bağlı amilləri sanki unudurlar.
Cənablar, doğrudanmı bu müharibənin ancaq iki dovlət və xalq arasında getdiyini düşünürsünüz?
Artıq ABŞ və Fransa muharibənin bölgədə doğurmuş olduğu yeni geosiyasi reallıqlardan narazı qaldıqlarını gizlətmirlər. Ankarada ABŞ dövlət katibi Pompeonu fitə basırlar, aydın məsələdir, o gəmisi batmaqda olan Trampın adamıdır, Ərdoğanla isə Baydeni qalib etmiş dərin ABŞ dövləti, daha doğrusu, Ümumdünya Məxfi Hökuməti ilə dil tapmaq lazımdır, Federal Ehtiyatlar Burosunu haqlı olaraq ABŞ dövlətinə tabe etmək istəyən biçarə Trampı ona görə yola salırlar. Nizami müəllimin opponentlərindən biri Putinin də Ümumdunya hökumətinin "adami" olduğunu söyləyir və əlbəttə yanlışlığa yol verir, məsləhət görürəm Bolşakovun "Всемирная закулиса против Путина" kitabını oxuyasınız.
Bu gün Cümhuriyyət dönəmində Osmanlı dövlətinin bizə yardım etməsindən haqlı olaraq çox danışılır və bu da müasir dövrümüzün reallıqları baxımından anlaşılandır. Ancaq nədənsə böyük Atatürkün hürriyyət və istiqlal savaşında ona dəstək olan böyük Nəriman Nərimanovu əksər hallarda xatırlamaq istəmirlər. Mustafa Kamala 500 kiloqram qızıl, sayı on minlərlə ölçülən tüfəng, tapança, top göndərən həmin Nərimanovu. Sovet Rusiyası və Kamalçılar Türkiyəsinin arasında siyasi, hərbi əməkdaşlığı yada salın. Cənablar, məhz Azərbaycanda Türkiyə və Rusiyanı üzbəüz qoymağa çalışmayın- hərəkətlərinizlə, çıxışlarınızla, yazılarınızla buna əsla yol verməyin, bulanıq suda balıq tutmaq istəyənlərin hiyləsinə uymayın.
Putin dünən haqlı olaraq qeyd etdi ki, əməkdaşlığımız üçün geniş imkanlar var, bəli, tarix elə gətirib ki, Osmanlı və Rusiya azı 13 dəfə müharibə ediblər, qarşı qarşıya durublar, məgər İkinci Dünya Müharibəsində Almaniya, Fransa və ya elə İngiltərənin, ABS-ın özü ilə müharibə etməyiblərmi, indi adı cəkilən olkələr AB və NATO tərkibində əməkdaşlıq edirlər. Xoşbəxt və işıqlı, təhlükəsiz gələcək naminə tarixin ağır murasından qurtulmağı bacarmaq lazımdır- yalnız etimad, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətlə təhlükəsiz gələcəyə getmək mümkündür. Turançılıq özlüyündə gözəl sevda olsa da o daha çox bir ilğımdır, böyük Cavid demişkən "bu ğun Turan qılıncından da əfzəl mədəniyyət, mədəniyyət gərəkdir".
Diqqət yetirin, Ərəb dövlətlərinin liqasında 22 ərəb dövləti var, amma bir İsrail dövlətinin əlində aciz qalıblar, çünki birlik və vəhdət ərəb olkələrinin siyasi isteblişmentlərinin maraqlarına cavab vermir- zamanında ingilis siyasəti onları elə parçalayıb, ona görədir.
Комментариев нет:
Отправить комментарий