Politoloq Elçin Əsgərov yazır: "Rusiya dağılmır. Dağılması da hələ ki, gözlənilmir. Putin və bütün komandası getsə də yerinə başqa prezident gələcək. Amma Rusiyanın imperiya gücü və vizionu qalacaq. Rusiya ordusu Yeltsin vaxtı, ən zəif çağında belə bir gecəyə "marş-brosok" edib Serbiyaya girib NATO qoşunlarının irəliləməsinin qarşısını ala bilən ölkədi. İran da dağılmır. İranda vəziyyət pisdi, embarqodadı, camaat narazıdı. Amma təhlükə hökumətədi. İrandakı hökumət və sistem devrilsə də yerinə yeni hökumət və sistem gələcək. Amma İran dövləti parçalanmayacaq, imperiya vizionu dəyişməyəcək. Nə Qərb, nə Rusiya, nə də başqa region ölkələri buna imkan verməyəcək. Odur ki mənasız yerə bu ölkələri Azərbaycan xalqı adından hədələyib bizə düşmən qazandırmayın. Tənqid başqadı, hədələmək, bu ölkələrin konstitusion sistemlərini dəyişməyə, ərazilərini işğal etməyə çağırış başqa. Unutmayın, o zaman kifayət qədər resursumuzun olduğu zamanda ölkəni vətəndaş müharibəsi astanasına gətirib bizim ərazilərimizin işğalına da həmin zehniyyət səbəb olmuşdu. Başınızı qaldırın, dünyaya burnunuzdan azca daha uzağa baxın. Heç olmasa Paşinyandan dərs alın".
Elçin müəllim çox geniş izah verib və bu barədə mənim əlavə nəsə yazmağımın yeri yoxdur. Hər şeyi çox əla izah edib. Lakin yenə də mən çox istərdim ki, hər bir insanımızın elementar təhlil və analiz qabiliyyəti olsun ki, sən heç vaxt qonşuda vəziyyət pis olsa, səndə yaxşı olacaq nağılına uymayasan.
Elementar misal çəkəcəm. Yardımlıdan bir nəfər rəy yazmışdı. Yazmışdı, mənim qohumlarım Rusiyada işləyir. Hər orda işləyən ailə burda 25 ailəyə şərait yaradıb. İndi tutaq ki, sən də öz malını Türkiyədən gətirirsən, olsun. Problem yoxdur. Sadəcə mənim üçün maraqlıdır, tutaq ki mənim həmin qohumum pis qazansa, vəziyyət pis olsa, səndən alver edə bilməyəcəm. Ona görə sənin gətirdiyin malın da bir əhəmiyyəti olmayacaq. O zaman necə düşünürsən, bu faydalı olacaq? Yox, deyirsənsə qohumum Rusiyada işini atıb gedib Türkiyədə işini qursun, bu da absurddur axı. Hər şeyi birdən birə necə sıfırlasın, 40 ildir qurduğu sistemi necə dağıtsın? Xahiş edirəm ki, rəy yazanda, paylaşım edəndə bizi də nəzərə alasiniz. Oxudum və düşündüm ki, necə də haqlıdır.
Digər tərəfdən də götürək İranı. Müalicəni qoyuram kənara. Cənub bölgəsi demək olar ki, ərzaq xərclərini qarşılamaq üçün daha çox ora gedirdi. Kimin imkanı nəyə, hara çatırdı, ora gedirdi. Üstəlik axı hamı milyonçu deyil. Hər kəs cibinə baxıb üz tutur. Niyə bir məsələdən deyənlər digər məsələləri nəzərə almır?
Reallıq hissini itirməyək. Fikir vermisinizsə, imkanlı adamların da nəyəsə ehtiyacı olur. Bu bilirsiniz nəyə bənzəyir? Yəni baxmayaraq ki, bizim neftimiz var, o var, bu var, güclüyük filan, amma bizim həmişə qonşulara ehtiyacımız olacaq və hər zaman qonşularla münasibəti yaxşı saxlamalıyıq.
Onlarda hər şey pis olsa, bizdə zor olmayacaq.
Bunu deyən və buna inanan ya sadəlövhdir, ya da təhlil bacarığı yoxdur.
Комментариев нет:
Отправить комментарий