26.11.2020

O qədər oxuyub öyrəndiyim sən demə söz yığını imiş

Rəhim Əfəndi

Dostlar, mən ədəbiyyatçıyam, tarixçi yox.
1) Bəzi paylaşımlara görə sosial şəbəkələrdə bir sıra dost və tanışlar məndən inciyir və bəzən də "agent" kimi ittiham edirlər) Gəlin, bunun tarixçəsi barədə bir az danışım. Bunu bilməyinizi istəyirəm ki, mən heç vaxt heç birinizə kin, nifrət saxlamamışam. Məni realda tanıyanlar və burdakı əksər dostlarım bilir ki, elə mövqeyi olan insan da deyiləm. Dərslərdə, əsasən, sakit rejimdə, qalan vaxtları isə normal sizin kimi adam! Orta məktəb dövründən tarixə çox marağım olub. 5-ci sinifdə oxuyarkən 9-cu sinif tarixinədək əzbər bilirdim. Deməli, 5 il bundan əvvəl ilk dəfə bir iranlı ilə bəhsim düşdü. Mən də başladım Dərbənddən Şimali Koreyaya qədər Azərbaycan torpağıdır, farslar düşməndir zad. Zati-aliləri də götürdü Türkmənçay və Gülüstan müqaviləsinin sənədlərini atdı, qaldım belə. Gördüm yox, bu mənim kitabdan oxuduğum kimi deyil( Başladım başqa-başqa mənasız (elə sizin paylaşdığınız) yazıları yazıb göndərməyə, gördüm yox e alınmır. 6 ay, 7 ay ərzində mütəmadi müzakirə və bəhslərə girişdim. Gördüm həəə, nəsə mən deyən həqiqətə oxşamır( O qədər oxuyub öyrəndiyim, sən demə, söz yığını imiş... Başladım, araşdırmağa. Hər axtarışda məni təəccübləndirəcək yeni bir məlumatlarla tanış olurdum.
2) 3 il bundan əvvəl Feysbukda araşdırdığım bir məlumatı paylaşanda ciddi təzyiqlərə məruz qaldım. Nə qədər izah etdim ki, fakt belədir axı. Yenə başladı yalandan o tərəf bu tərəfə vurnuxmağa. Bir neçə paylaşım etdim, yenə eyni şəkildə münasibət bildirirdilər. Yaxşı, bunlar belə edirlərsə mən niyə etməyim? Yazılarımı daha kobud və sərt şəkildə yazmağa başladım ki, orda da bir təhqir yox idi, vəli "yandırıcılıq" dərəcəsi daha əzablı idi. Paylaşdığım məlumatlar son dərəcə dəqiq və sərrast olduğu üçün rəylərdə də yazmağa cürət edə bilmirdilər. Yazanda yazdığına görə peşman olurdu. Çünki bəzilərinin sosial şəbəkələrdə və ictimaiyyətdə yaratdığı ziyalılıq etibarlılığı təhlükə altında idi düşürdü) Gülməli olsa da həqiqətdir! Yəqin ki, yumşalma prosesi və kapitulyasiyaya gedəcəm. Çünki Türkiyənin bütün ehtimallarda mənəvi dəstəyi danılmazdır. 
3) Biri məni İran kəşfiyyatçısı adlandırır. Əziz müəllim, harada görmüsünüz ki, öz şəkli ilə bu qədər açıq şəkildə yazan agent olsun? Yərin ki çoxdan təhlükəsizlik orqanları aparmışdı.
4) Bəzilərinə onu bildirirəm ki, Türkiyəyə qarşı heç bir kinim yoxdur, mənim türkiyəli dostlarım da var ki, onlar mənim yazılarımı dəstəkləyirlər və doğru olduğunu qeyd edirlər. Eyni zamanda mən orijinal Galatasaraylıyam). Sadəcə, belə açıq-aşkar yazmağımın səbəbi "umduğumuz yerdən" zərbə almaq qorxusudur, düşmənçilik yox. Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən yəhudi-sionist mediaları var ki, İrana qarşı çox iyrənc yalanlara əl atıblar. Yadınızdadırmı müharibə başlayan gündən guya Ermənistana silah daşınması xəbəri yayımlanmışdı. Prezident bir çıxışında dedi ki, Ermənistanın Türkiyəyə torpaq iddia etməsi özünə qəsd etməsi deməkdir. Yaxşı, illərdir ərazisinə torpaq iddiası etdiyimiz İran dövləti bizim tərəfimizdə durursa, buna şükr etməliyik! Onlar bizim tarix kitablarımızdan xəbərdardır və bunu mənə dəfələrlə deyiblər. Amma son hadisələr göstərir ki, artıq tarixi birliyimizin yeni dönəmi başlayır. Prezidentimiz də bu barədə müsbət mesajlar verir. İlham Əliyevin bəzi son müsbət mesajlarına nəzər salaq: 
1. Müharibə zamanı İran barədə müsbət fikirlər. 
2. İranı günahlandıran millət vəkili Bəhruz Məhərrəmova Milli Məclis tərəfindən şiddətli töhmət.
3. İran sərhədinə və Xudafərin körpüsünə gedəndə bölgənin "dostluq sərhədi" olması barədə sözləri.
4. İranın Rus silahları mövzusunda rolunun aydınlaşdırılması və Türkiyənin bir sıra medialarının (İrana qarşı, bizə yox) qara təbliğatının neytrallaşdırılması.
5. Ermənistanla münasibətləri normallaşdırmaq istəyi (burda deyilməlidir ki, İran iki ölkəyə sülh əldə etməyə kömək edə bilər). Dünən İranın Azərbaycandakı səfiri Musəvi qeyd etdi ki, sülh prosesi İranın təqdim etdiyi plan əsasında həyata keçirilir. Rusiya və Türkiyə vasitəçi kimi sülhməramlıları göndərir. 
6. Xudafərinin öz tərəfinə düşən hissəsində İranın bayraq taxması ki, bu da bizim bayraq Xudafərinin şimalına taxılandan sonra baş verib (Bu ona görə idi ki, İran Qarabağı Azərbaycanın tərkib hissəsi bilirdi və oranı gəliş-gediş üçün bağlamışdı). Sosial şəbəkələrdə başqa cür təqdim edilsə də, əslində məsələ tamam başqa idi. Regional dövlətlərin birliyi və düşmənçiliyin yox edilməsi əsas prioritetdir. Ermənistan artıq məcbur ediləcək, çarəsi yoxdur.
7. Prezident qeyd etdi ki, Qoşulmama hərəkatı kişi kimi arxamızda dayandı.
8. İslam Əməkdaşlıq Təşkilatı öz mövqeyini ortaya qoydu.
5) Məsələ xırdaçılıq deyil, hər kəsin bir baxış perspektivi var. Məsələn, əsasən, tarixi ənənə və tarixi dövlətçilik faktorundan yazıram və düzgün tarixi məlumatların çatdırılmasını istəyirəm. Mən nə dindar deyiləm, nə də dini ayinləri yerinə yetirən bir şəxs deyiləm ki, məsələyə dini baxımdan münasibət bildirim və ona görə İran dövlətini tərif edəm. Məsələn, biriniz məsələyə daha çox ictimai-iqtisadi formasiyaya, quruluşa, digərinizsə onun yaratdığı hər hansı sosial problemlərə qədər xırdaçılıq edir. Günahlandırmağa htiyac varmı!? Əlbəttə, xeyr. Təşəkkürlər. Nə sualınız varsa buyurun.
Yenə də nəyi nə üçün yazdığımı tam səmimiyyətlə açıqlayacam.

Комментариев нет:

Отправить комментарий