14.11.2020

Orda oturub erməniylə çörək kəsən adamların muzəffər Azərbaycan ordusuna "bizim ordumuz" deməyə haqqı yoxdur

İlqar Fəhmi

44 gün ərzində susmağa məhkum edilmiş "Avropalı demokrat vətənpərvərlər" yenə deə Youtubedə, Facedə və başqa sosial şəbəkələrdə aktiv işə başlayıblar. Təbliğ istiqaməti də məlumdur...
Ən maraqlısı isə bilirsiz nədi? Bu 25 il ərzində orda müxtəlif layihələr çərçivəsində ermənilərlə sıx işləyiblər, birgə layihələr həyata keçirdiblər, bir növ Demokratiya nəğmələri altında qol-boyun olublar.
İrad tutanda da, deyirdilər ki, bilirsiz, burda başqa cür mümkün deyil, burda vəziyyət fərqlidi, burda ayrı-seçkilik salmaq olmaz  və sair və ilaxir...
Və bu "vətənpərvər"lər indi özlərinə əl qatıblar ki, niyə "bizim ordumuz"u saxladılar? 
Burda iki sual ortaya çıxır. Birincisi, əgər sənin özünün orda erməniyə hansısa narazılıq bildirməyə hünərin çatmırsa, onda bizdən nə istəyirsən? 
İkincisi, orda oturub, onilliklər boyu əsl humanist demokrat kimi erməniylə çörək kəsən adamların muzəffər Azərbaycan ordusuna "bizim ordumuz" deməyə haqqı varmı? 
O bizim ordumuzdu, sizin yox...
Biri zəng vurub deyir ki, mən cəbhəyə yaxın bölgələrdənəm, 88-ci ildə hərbi xidməti bitirib, evlənib  burda qalmışam... Bəs niyə ordumuzun tam qələbəsinə imkan vermədilər? 
Deməli,  özü əsgərlikdən sonra bir rus qızınna evlənib qalıb orda,  nə o vaxtkı müharibədə, nə də təbii ki indikində iştirak etməyib, amma bizə ağıl öyrədir...
Bir məqama da diqqət çəkək... Hər şey o "demokrat"ların dediyi kimi olsaydi, məgər hay-küyləri kəsiləcəkdi?
Yox, əlbəttə. 
Onda da deyəcəkdilər ki, Qarabağı almağın hesabına Türkiyə burda öz təsirini o qədər çoxaltdı ki, azad ölkəmiz Türkiyənin bir vilayətinə çevrildi, asılı vəziyyətə düşdü və sair...
Yəni, narazılıq heç vaxt bitməyəcək, deyinməyə, qışqır-bağır salmağa mütləq nəsə bir mövzu tapılacaq...
Çünki heç bir iş görməyi bacarmayan adamın əlindən gələn şey yalnız budur...

Комментариев нет:

Отправить комментарий