23.11.2020

Putin Makronu başa saldı: Fransa Qarabağı Azərbaycan ərazisi kimi tanıdı

“Cənubi Qafqazdan əli üzülən Fransa ATƏT-in Minsk Qrupunun yenidən fəallaşmasında maraqlıdır”. teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Rusiya və Fransa liderləri arasında baş tutan telefon danışığına toxunub: “Fransa prezidenti Makron geri addım ataraq, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dedi. Bu, həm də Fransa Senatında Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması üçün irəli sürülən qətnamənin üzərindən xətt çəkir. Makronla yanaşı, Rusiya Prezidenti Putin də Qarabağın Azərbaycanın suverenliyinə daxil olduğunu vurğuladı. Görünür, Putinin Makronla danışıqları Parisin mövqeyində dəyişiklik edib. Çünki Fransanın tutduğu mövqe Rusiyanın regionda fəaliyyətini təhdid edirdi. Xüsusilə Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınmasını təklif edən sənəd ciddi skandala yol aça bilərdi”.
Məhəmməd Əsədullazadə bölgədə maraqlarını təmin edə bilməyən Fransanın ATƏT-in Minsk Qrupunu yenidən fəallaşdırmaq səylərinə diqqət çəkib: “Hesab edirəm ki, Fransa prezidentinin bu açıqlaması Minsk Qrupunun yenidən aktivləşdirilməsinə də hesablana bilər. Şübhəsiz ki, əli bölgədən üzülən Fransanın bu yola əl atması mümkündür. Bunula Paris yenidən danışıqlar və qondarma rejimin Xankəndidəki fəaliyyətini təmin etmək səyləri istisna olunmur”.

Комментариев нет:

Отправить комментарий