22.11.2020

Sözümüz pantürkist, vahhabi, ziddoş, ateist və sair sionist nökərlərinədi

1992-ci ildə İran Azərbaycan xalqına yardım etmək, ermənilərin Qarabağı işğal etmələrinin qarşısını almaq və işğal olunmuş Azərbaycan ərazilərini erməni işğalından təmizləməkdən ötrü özünün hərbi yardımını və ən təcrübəli zabit heyətini Azərbaycana göndərdi. Amma o vaxt silahlı çevriliş nəticəsində Azərbaycan hakimiyyətini işğal edən AXC-Müsavat hökuməti, xüsusilə də Əbülfəz Əliyev İran hərbiçilərini geri göndərdi. Əbülfəz Əliyev utanmadan dedi ki, "Qarabağı İran alacaqsa, elə erməniyə qalsa yaxşıdır!"
Amma buna rəğmən İran Azərbaycan xalqının taleyinə biganə yanaşmadı, qaçqınlar üçün çadır şəhərcikləri qurdu, Azərbaycan xalqına maddi yardımlar etdi və s. Azərbaycan hakimiyyəti İranın Qarabağda hərbi iştirakına icazə verməməsinə baxmayaraq,  Zəngilan ermənilər tərəfindən işğal edilən zaman, erməni terrorçularının mühasirəsində qalan Zəncilan və Qubadlı əhalisi canlarını qurtarmaqdan ötrü İran sərhədlərinə tərəf üz tutanda və erməni terrorçuları onlara çatmaqda olanda, 400 min azərbaycanlı ya Xocalıdakı kimi soyqırıma məruz qalmaq, ya da əsir düşmək təhlükəsi ilə üz-üzə qalanda, İran səhnəyə daxil olub erməni terrorçularını top atəşi ilə vuraraq, onlarla ermənini cəhənnəmə vasil etdi və ermənilər qorxaraq azərbaycanlıları təqib etməyi dayandırdılar. Bundan sonra İran öz tank və BTR-ləri ilə azərbaycanlıları Araz çayından öz ərasizinə keçirdi, onları isti yemək, geyim, isti yataq dəstləri və tibbi yardımla təmin etdi və öz ərazisindəki Aslanduz şəhəri hissəsindən Azərbaycan tərəfinə sağ salamat təhvil verdi.
Ey pantürkit, vahhabi, ziddoş, ateist və s. kimi sionist əqidələrinin dalına düşən bəzi azərbaycanlılar! Gəlin açıq danışaq və bütün bunları bir tərəfə qoyaq. Sizcə bu 400 min əhalimizin neçəsi qız-gəlin-qadın idi? İran bu əhalini xilas etməklə onların, ailələrinin və Azərbaycan xalqının qeyrət və namusunu ləkələnməkdən xilas etməyibmi? Əgər siz - Kəlbəcər əhalisi mühasirədə qalanda və Türkiyə o əhalini xilas etməkdən ötrü cəmi 4 ədəd helikopter belə verməyəndə, Kəlbəcərin ismətli qız və gəlinləri erməni əlinə düşməməkdən ötrü özlərini qayalardan atmasını unutmusuzsa, biz bu faciələri unutmamışıq!
İran Zəngilanda bu faciənin yaşanmaması üçün əlindən gələn bütün imkanlardan istifadə etdi!
Ey, pantürkist, vahhabi, ziddoş, ateist və s. sionist nökəri, əgər sənin qeyrətin və namusun olsaydı, o halda heç olmasa İranın Azərbaycan xalqının namus və qeyrətinin erməni əlinə düşməməsi üçün göstərdiyi səylərə xatir İranla düşmənçiliyini dayandırardın!
Amma sən, nəinki bunu ermirsən, əksinə öz pozğun təbliğatları ilə Azərbaycan xalqının əxlaqını pozan, azərbaycanlı qadınları iş adı ilə aldadaraq öz ərazisinə aparıb orda fahişəliyə məcbur edən Türkiyəni tərifləmək və İrana hürməklə məşğulsan.
Bu, sənin kimliyini elə sənə sübut etməyə bəs etmirmi?

Baba Pünhan

Комментариев нет:

Отправить комментарий