24.11.2020

Pərvin Cəfərzadə: Tüpürüm o likeyə!

Mənə sizin likeləriniz lazım deyil və like yığmaq üçün burda deyiləm.
Kütlə üçün işləsəydim, indi on minlərlə izləyicim olardı və bəs qədər like də yığardım.
Sizin +18 paylaşımlarınızdan tutmuş, zəhləm gedən bütün mövzularınıza göz yumuram, rəy belə bildirmirəm, bir növ fikirlərinizə hörmət etməyə çalışıram.
Amma mənim İranla bağlı paylaşımlarıma ağzınıza gələni yazırdız, silirdim, yenə yazırdız.
Başa düşmürəm bu nə hörmətsizlikdir.
Kanada, Amerika, Almaniya və s. üçün ölürsüz, evinizi, maşınınızı satırsız getmək üçün, nə bilim filan futbolçu, bəsməkan müğənni və s. və i. məhəbbətiniz, rəğbətiniz var. Hələ əclaf Fransanın bayrağına bürünməyinizi demirəm. Bunlara görə bəlkə nəsə demişəm sizə?!
Mənim də 1979-dan bu yana olan İrana, İran inqilabına xüsusi hörmətim və simpatiyam var. Buna görə gəlib ağzınıza gələni yazacaqsınızsa və mənə şəxsiyə, qaqa səni belə-belə paylaşımlara görə like etməzlər, izləyicilərin azalar deyirsinizsə, rədd olun!
Kimin xoşuna gəlmirsə təcili dostluğumu tərk etsin.
Onsuz da bir-bir rastlaşdıqca silirəm.
Tüpürüm o likeyə ki, şəxsiyyətimi, fikirlərimi, mənliyimi əlimdən alar.
Məni şəxsən tanıyanlar yaxşı bilirlər ki, həmişə haqqı araşdırıb tapmışam və özümü haqq uğrunda xərcləmişəm.
Başqasına hörmət etməyin yolunu da deyim, biləsiz. Çalışın əvvəl özünüzə hörmət edin və bu səbəb olacaq ki, başqasına da hörmət etməyi öyrənəcəksiniz.
Özünə və başqalarına hörmət etməyi bacaran dostlara eşq olsun!❤️

Комментариев нет:

Отправить комментарий