20.11.2020

Erməni generaldan etiraflar: Döyüşlərin 5-ci günü artıq 1500 fərarimiz var idi

Ermənistan ordusunun general-polkovniki, sabiq Baş Qərargah rəisi Movses Akopyan geniş açıqlamalar verib.
modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o Qarabağ döyüşləri sırasında ordudakı dəhşətli faktlardan danışıb.
“Döyüşlərin 5-ci günü artıq 1500 fərarimiz var idi. Onlar müəyyən ərazidə saxlanılır, onlara yemək payları ayrılırdı. Həmin fərarilər məqsədli şəkildə Ermənistana buraxılmırdı ki, insanlarda çaşqınlıq yaranmasın. Həmin fərarilər kim idi? Nəinki könüllülər, həmçinin, əsgər və zabitlər də bu siyahıda idi”.
Akopyan 2018-ci ilin mayında Paşinyan hakimiyyətə gələn zaman Baş Qərargah rəisi postuna ən hazırlıqsız generalı – Artak Davtyanı təyin etməsini pisləyib.
General-polkovnikin fikrincə, Paşinyan hökuməti Müdafiə Nazirliyi və Baş Qərargahda işçilərin sayı 3 dəfə artırılsa da, döyüş generallarının sayının azaldıldığını əlavə edib.
“Müdafiə Nazirliyinin Vahid İnformasiya Mərkəzi ictimaiyyəti cəbhədə baş verənlərlə bağlı məlumatlandırmalı idi. Qaydaya görə, belə Mərkəzlər 30% yalan və 70% doğru məıumat yaymalı idi. Amma bizim mərkəzin yalanlıarı 1005-i ötüb keçmişdi. Məhz buna görə, insanlar üçtərəfli razılaşma barədə eşidəndə belə çaşqınlıq yaranmışdı”.

Комментариев нет:

Отправить комментарий