İbrahim Sel
Bu yazını zəif şeirlər yazan, amma efir hekayələr yaratmaq potensialına malik bütün qələm adamlarının oxuması zəruridir
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da heç bir ədəbi qruplaşmaya qarışmayan, lakin ədəbi prosesləri başa düşən, duyan və öz daxili tələbatlarına uyğun olaraq yazıb-yaradan qələm əhli kifayət qədərdir.
Belə insanlardan biri də ixtisasca həkim, lakin bütün vücudu ilə ədəbiyyatımıza bağlı olan, bu sərvətin incəliklərinə qədər varan, onu mütəxəssis dəqiqliyi ilə araşdırmağı bacaran Möhtəmən Məmiş oğlu Məmiyevdir.
Mənim Möhtəmən Həkimi nə vaxtdan tanıdığam yadımda deyil, ancaq mənə elə gəlir ki, onu həmişə tanımışam. Çünki o qədər mehriban, o qədər səmimi, o qədər sadə bir insandır ki, elə ilk görüşdən qarşısındakının rəğbətini qazanaraq, onun qəlbində bir dostluq bayrağı ucaldır. Elə adamlar var ki, yiyələndiyi sənətdə hansı mövqeyi tutmasından asılı olmayaraq şəxsiyyəti ilə sənəti üst-üstə düşmür. Elə adamlar da var ki, bu iki xüsusiyyət onda vəhdət şəklində olur və həmişə də xalqın rəğbətini qazanır. Möhtəmən Həkim məhz belə şəxslərdəndir. O, istər həkimlik, istərsə də ədəbiyyat sahəsində kifayət qədər yüksəlməyinə baxmayaraq, sadəliyi həmişə onun böyüklüyünün üstünə bir pərdə salıb, çünki o insanlığını böyüklüyündən yüksək tutmağı bacaran bir azərbaycanlıdır. Bu alicənab insan Azərbaycanın ən mədəni və elit məkanlarından biri, intellektuallar yurdu Cəlilabadda yaşayıb-yaradır.
Heç bir janr rəngarəngliyi olmayan, təkcə şeir üstündə köklənmiş Cəlilabad şairlərindən fərqli olaraq Möhtəmənin yaradıcılıq diapazonu genişdir. O həm tənqidi məqalələr, həm esselər, həm də hekayələr yazır. Dövrü mətbuatda ara-sıra görünsə də, onun yazılarını həmişə böyük maraqla oxuyuram. Bu yazımda Möhtəmənin xüsusi önəm verdiyimiz nəsr yaradıcılığı, xüsusən “Dostların macərası” hekayəsi üzərində dayanmaq istərdim.
Bədii mətn sükutla son nöqtə arasındakı müəllif düşüncələridi. Onun dərinliyini ideya və səmimiyyət, enini peşəkar vərdişlər və təcrübə, uzunluğunu janrın məziyyətləri və proesesin özü müəyyənləşdirir. Dördüncü göstərici də var. Bu istedad və tərəddüddü (qeyri-müəyyənlik): yəni, müəyyən şərtiliklə buna “sıx zaman keyfiyyəti” də demək olar.
Yelinek esselərinin birində yazmaq üçün ona böyük tərəddüdün lazım olduğundan bəhs edir; “İlkin maliyyə yatırımı”na, “start kapitalı”na bənzədir qeyri-müəyyənliyi. Möhtəmənin “Dostların macərası” hekayəsinin də tərəddüd və qeyri-müəyyənliklə nəql edilməsi bu mənada rəmzidi və bəlkə də, bu cür giriş Möhtəmən kalibrli yazıçılar üçün labüddü. Eyni zamanda bu, əsərin böyük ədəbiyyata iddia edən ilk göstəricisi olduğunu xəbər verir.
Mən bu hekayəni bir-iki misra oxuduqdan sonra anladım ki, nəsə yeni bir forma ilə qarşı-qarşıyayam. Və oxuyub qurtardıqdan sonra bəzi yerlərinə bir də baxmaq məcburiyyətində qaldım. Əsərin çevik, mütəhərrik, tamlı bir dili var. Fikirlər və təsvirlər o qədər maraqlı və axıcı olaraq bir-birini əvəz edir, kəsişir ki, mütaliə vaxtının bir an kimi keçdiyini hiss edirsən.
***
Kimdir həvəskar yazıçı? Nəzəriyyə kitabları, ensiklopedik məlumatlarla yüklənmiş “Filfak”ın uşaqlarının, məsələn, İbrahim Fərhadoğlunun yanaşması maraqlı olardı. Potensial yazıçıların sayı real yazıçılardan həmişə çoxdu və bu yaxşıdı, çünki ikinciləri məsuliyyətə çəkir. Həvəskar bunu bilmir, hiss eləmir. Sözlərlə də belədi; bir əsərdə- istər Qasid Nağıoğlunun xoykuları olsun, istər Ceyms Coysun “Uliss”i,- istifadə olunan sözlər istifadə olunmayanlardan, yəni lüğəti potensialdan həmişə və böyük fərqlə azdı. Həvəskar bunu hiss eləmir. Həvəskar yazıçı onu da hiss eləmir ki, hər bir əsər oxunması üçün vaxt tələb edir; bu mütaliə edənin oxumayacağı təqdirdə başqa, daha qiymətli işə sərf edəcəyi vaxt ərzində mümkün ola bilər. O anlamır ki, Jül Renar geriyə baxıb böyük sənətkarları görəndən sonra “sən həmişə heç kim olacaqsan” sözlərini ağrıyla deyirdi. O anlamır ki, Kafka ömrü boyu tərəddüd edirdi, Pedro Qrafias acı gülüşlə “lazımi sifəti tapanda yazacam” deyirdi, Xuan Rulfo yazmamağını ona bütün bu əhvalatları danışan uydurma dayısının ölümüylə əlaqələndirirdi… Bir sözlə, həvəskar əsərə, professional yazıçı sənətə can atır.
Bu yaxınlarda müasir ədəbiyyat nümunələri ilə bağlı bir ədəbi toplu əlimə keçdi. Maraqla oxudum. Həmin topluda ən yaxşı əsər ədəbiyyatdan uzaq bir sahənin adamına məxsus idi. Bir professional oxucu kimi bildirirəm ki, bu qədər ortada olan, piar edilən, zor-xoş gündəmdə saxlanılan Azərbaycan yazıçılarlarının içərisində ən səviyyəli, diqqətəlayiq əsər yazan Orxan Fikrətoğlu idi. Onun “Milad gecəsi” hekayəsindən başqa orda normal əsər görmədim. Dünyaya çıxarılacaq ən yaxşı əsərimizi televiziya işçisi yazır! Mən bu faktı milli ədəbiyyatımızın ən böyük faciələrindən biri kimi qəbul etdim. Bəs niyə tanınmış, “görkəmli” yazıçılıarımız çeynə-tüpür yazırlar? Bu, bir daha sırf ədəbiyyatla məşğul olan adamlarımızın necə bir biabırçı durumda qalduqlarının göstəricisidir. Ona dəlalət edir ki, bizim Professional Ədəbiyyata oturuşmuş adamların ədəbiyyata çox az dəxli var.
Əsl ədəbiyyatı Möhtəmən kimi həvəskar yazıçılar yaradırlar, cənab AYB generalissimmusları və AYO ştrurmbannfürerləri!
Bu qənaətdəyəm ki, Möhtəmən Həkim həvəskar yazıçı olsa da, milli ədəbiyyatımızın tarixi boyu, həm də çağdaş ədəbi proesesimizdə hekayəçiliyin əvəzolunmaz ustasıdır, onun yazdığı bir çox hekayələr isə konkret şedevrlərdi.
Amma “Dostların macərası”nda Möhtəmən öz-özünü belə geridə qoyub. Sözün düzü, şeirlərini bəyənməmişdim, güc-bəla ilə bir neçəsini seçib saytda dərc etmək üçün arxivimə atmışdım. Şablona varırdı, mənim artıq saydığım şeyləri yazdığı məqamlar olmuşdu. “Hamı yazır mən də yazım” ovqatında yazılan mətnlər çoxdu. Ancaq təmiz danışaq- hekayələri bir başqa aləmdi.
Mən də yazıram. Mən yüz il də çalışsam, “Dostların macərası” tipində bir şey yaza bilmərəm. Halbuki bəzi dostların dediyi kimi, pis yazmıram. Amma o hekayə həqiqətən bir başqa ləzzət verdi,- yazımın bu hissəsini səmimi qəbul edin- ömrü boyu bu cür şeylər yazmaq arzusunda olmuşam. Di gəl ki… Alınmır.
İndi də bu fikirdləyəm ki, dokumentalistika ilə bədiyyatın sərhədində hökmən vaxt amili var və müəlliflər bununla hesablaşmalıdırlar. Şeir yazmaq cəfəngiyyatdır; oxucuunu həyatda gördüklərinin metafora forması yox, hekayət forması daha çox maraqlandırır- yaradıcılığa yeni qədəm qoymuş yazıçılar bunu nəzərə almalıdırlar. Dokumentalistika oxucunu özünə çəkir. Memuar poeziyadan qat-qat çox oxunur oxunur. Kitab dükanlarında nəsr şeirdən daha çox satılır, bu faktdır. Poeziya nədir ki? Heç nə. Boşluq. Gicbəsərlik. Xüsusən də bizim Azərbaycan şeiri. Daley-daley-daley-daley… yar, aman, aman, aman... Nəsr lazımdır. Gündəliklər göydə uçur, halva iyi verən Füzuli ruhunda qəzəllər yerlə sürünür. Taxt-tacda publisistikadır, Azərbaycansayağı poeziya isə uçuq təndirin yanında yıxılıb qalıb. Əlbəttə, debütantlar barmaqları ilə heca saymağı bir kənara atıb, maraqlı hadisələri, biməzə əhvalatları, lap yuxuda gördükləri süjeti qələmə alsalar, uduzmazlar. Dəqiləşdirsəm, belə deyərdim: arxivlərdə elə sənədlər olur onların üstünə 10, 20, 30, 40, 50 ildən sonra açıla bilər deyə qriflər qoyulur, möhürlər vurulur, təsnifləşdirilir. Ədəbiyyatçılar da janrın xüsusiyyətlərini nəzərə alaraq öz daxili senzuralarının möhürlərini hiss etməlidirlər… Hamı nəsrə! Dalıyca publisistikaya start! Poetika bizə lazım deyil, davay dosvidaniya!
***
Möhtəmən söylədiyim “macəra”sında personajları ilə çox xeyirxah davranır, onun ironiya və yumorundan belə sevgisi sezilir. Sanki türk aktyoru Şabanın filmlərinə baxırsan. Yazıçı çərçivələrdən çıxır, ədəbiyyatımıza xas olmayan replikalar atır, “özü-özünü yazır”, daha heç kəsi yamsılamır. Bu da onun yazdıqlarına bir orijinallıq gətirir, nəsrinə bir bahar təravəti, qaynarlıq verir. Həm də hekayələrin duzlu-məzəli bir dillə yazılması adamı özünə çəkir. Bütün bunlar müəllifi böyüdür, eyni zamanda onun yaratdığı mənfi personajları da sevməyə başlayırsan. Mən hər dəfə böyük Üzeyir bəyin Məşədi İbadını düşünəndə, öz-özümə sual verirdim ki, görəsən niyə, belə deyək, bu mənfi qəhrəmana acığım tutmur. Bir gün başa düşdüm ki, Üzeyir bəy xalqını məşədiibadları ilə birlikdə sevirdi. Möhtəmən Həkimin hekayələrində biz camaatımızı gerilikləri, uğursuzluqları, çatışmazlıqları ilə birlikdə sevirik.
Biz bu gün qarşımızda zəif şeirlər yazan, lakin şedevr hekayələr yaratmaqçün böyük potensiala malik bir qələm əhlini görürük. Qoy o mənim sözlərimdən inciməsin; axtarışlar lazımdır, hökmən lazımdır- qələmini müxtəlif rakuslarda sınamalısan ki, öz daxili “Mən”ini tapasan. Bu gün Möhtəmən Həkimin böyük ədəbiyyata gedən yolu nəsrdən keçir. O ki qaldı şeirlərə, onlara da kiminsə kolleksiyasında yer tapılar yəqin. Amma bu ümumxalq zöqü üçün deyil.
Herman Hessenin xatırlamadığım bir yazısının məğzini çatdırıram. Hesse yazırdı ki, uşaq ikən ibtidai sinifdə müəllimimiz bizə vətənpərvərlik şeiri oxuyar, sonra bizdən soruşardı, hə, uşaqlar necədi, xoşunuza gəldi? Biz də bir ağızdan xorla “hə” deyərdik. Gənc idim, ədəbiyyatla ciddi məşğul olmağa qərar verdiyim vaxtlarda, bir gün evimin çardağında köhnə kitabların, əlyazmaların arasında eşələnərkən həmin kitabı tapıb, bir vaxtlar müəllimimizin bizə oxuduğu şeiri təkrar oxudum. Öz-özümə dedim ki, bu nə zəif şeir imiş, necə olub ki, biz o vaxt bu şeiri bəyənmişik. Amma indi yaşımın bu çağında, yaxşı xatırladığım o şeirin pis olduğuna heç cürə qərar verə bilmirəm. Hesse esseni belə qurtarır. Ruhdan düşmək lazım deyil. Daha böyük bir mətinliklə yaradıcılığın yeni-yeni üfüqlərini açmaq lazımdır. Əlisəmid Kürün bir sözünü də xatırlayıram, bir dəfə zəif şeirlər yazan şair haqqında belə deyibmiş ki: “Neyniyir e, adam öldürmür ki, zəif şeir yazır da…”
Hamınıza Möhtəmən müəllim qarışıq yaradıcılıq uğurları və dəmir əsəblər arzulayıram.

Комментариев нет:
Отправить комментарий